Millət vəkili oğluna Londonda 4 ev aldı - FOTOLAR

İngiltərədə 3.3 milyon dollarlıq 4 ev alan deputatın kimliyi məlum olub.

 
BakuPost-un xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
C.Həsənli bildirib ki, deputat Ülvi Quliyev Londonda dəyəri 700 min funt olan 4-cü ev üçün sövdələşmişib: "Deputat bu il martın 2-də oğlunun Londondakı "Ugano Limited" şirkəti vasitəsilə İngiltərənin Hampshire Trust Bankı üzərindən 124 Squires Lane ünvanındakı daşınmaz əmlaka ödəniş edib. Britaniya paytaxtının bu səmtindəki evlərin dəyəri 500 mindən 1 milyon funta qədər dəyişir. Bundan əvvəl isə 2019-cu ilin fevralında deputatın oğlu Orxan Quluzadə Londonun "Sellincourt Road" 149 və 151 ünvanlarındakı iki ev üçün sövdələşib. Sövdələşmə Britaniyanın Lendinvest Security Trustees Limited şirkəti vasitəsilə edilib. Əmlak şirkətləri həmin mənzillərin birini 750 min, digərini isə 500 min funt dəyərində qiymətləndirirlər. Hampshire Trust Bankı üzərindən ötən ilin iyununda həyata keçirilən daha bir sövdələşmə isə "Barnet, 20 Mays Lane"-dəki daşınmaz əmlaka - 4 otaqlı mənzilə aid olub. Yerli əmlak agentləri tərəfindən mənzil 712-787 min funt aralığında dəyərləndirilir".
 
 
0.12192916870117