Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - ŞİKAYƏT

Sabunçu rayon prokurorluğunun müstəntiqlərinin 12 qərarını məhkəmələr ləğv etsə də, cinayət işi hərəkətsiz qalmaqdadır

“Magna Trans” MMC-nin təsisçisi Ağasəf İsmayılov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu oxucularımıza təqdim edirik:

“Hörmətli Baş prokuror!

Təsisçisi olduğum “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayev öz müavini Ramil Xəlilovla, digər həmtəsisçilər olan Bürhan Həmidov və Namiq Hacıyevlə, həmçinin digər bir qrup şəxslə əlbir olaraq, etibar edilmiş MMC-nin əmlakını mənimsəyib talamalarına dair şikayətim əsasında 04.11.2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2. maddəsi ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri aparılmışdır və mən cinayət işi üzrə cərərçəkmiş şəxs qismində tanınmışam.

«Magna Trans» MMC-nin direktor müavini Ramil Xəlilov istintaqa vermiş olduğu ifadəsində və üzləşmə ifadəsində üzv olduğu mütəşəkkil dəstənin bütün cinayət əməllərini istintaqa tam etriaf etmişdir və 25.12.2021-ci il tarixdə o, təqsirkar şəxs kimi istintaqda cəlb edilərək, haqqında qəti imkan tədbiri seçilmişdir.

29.03.2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs Ramil Xəlilovun əməlləri Cinayət Məcəlləsinin 179.3.2. maddəsinə tövsüf edilmişdir və cinayət işi aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon prokurorluğuna göndərilmişdir.

Həmin vaxtdan cinayət işi Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlovun icraatında olmuş, 26.12.2023-cü il tarixdən indiyə kimi müstəntiq Fuad Babayevin icraatındadır.

Prokurorluğun hər iki müstəntiqi cinayət işinin istintaqını qanunla tələb olunan qaydada aparmamışlar və indi də həmin vəziyyət davam etməkdədir. Cinayət işinin istintaqı ilə bağlı müstəntiqlərin qeyri-qanuni hərəkətləri və hərəkətsizlikləri barədə Baş Prokurorluğun rəhbərliyinin nəzarət qaydasında və şikayətlərim əsasında məhkəmələr tərəfindən müvafiq qərarlar verilmiş olsa da, zəruru istintaq hərəkətləri yerinə yetirilmədən qalmışdır. 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı buraxılmış qanun pozuntularına dair qərarları nəzərinizə çatdırıram:

Birinci qərar. Müstəntiq Tural Mürsəlov 19.05.2022-ci il tarixli qərarla cinayət işinin istintaqını CPM-nin 53.1.1. maddəsi ilə dayandırılması barədə qərar vermişdir.

MMC-nin direktor müavini Ramil Xəlilov istintaqa vermiş olduğu ifadədə və üzləşmə ifadəsində bir qrup şəxslə “mənimsəmə” cinayətini törətmiş olduqlarını etiraf etdiyi halda, müstəntiqin “cinayət törətmiş şəxsin müəyyən edilmədiyi” barədə qərarı həqiqəti əks etdirmədiyi üçün, Baş prokurorun birinci müavini Eıçin Məmmədov prokuror nəzarəti qaydasında özünün  04.07.2022-ci il tarixli qərarı ilə müstəntiq Tural Mürsəlovun 19.05.2022-ci il tarixli qərarını “qanunsuz və əsassız olması” səbəbinə ləğv etmişdir və müstəntiqə istintaq hərəkətlərini davam etdirmək göstərişini vermişdir.

İkinci qərar. Baş prokurorun birinci müavini Elçin Məmmədovun qərarını və göstərişini icra etmək əvəzinə, müstəntiq Tural Mürsəlov heç bir istintaq hərəkəti aparmadan, cəmi 4 iş günündən sonra - 11.07.2022-ci il tarixdə mənim “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” qərar vermişdir.

Sabunçu rayon Məhkəməsi 30.09.2022-ci il tarixli qərarla şikayətimi təmin edərək, mənim “zərərçəkmiş şəxs qismində cinayət prosesində iştirakıma xitam verilməsi barədə” müstəntiq Tural Mürsəlovun 11.07.2022-ci il tarixli qərarını ləğv etmişdir və yenidən araşdırma aparılması üçün iş materiallarını Sabunçu rayon prokurorluğuna göndərmişdir.

Üçüncü və dördüncü qərarlar. 29.08.2022-ci il tarixdə müstəntiq Tural Mürsəlov “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu barəsində “Təqsirləndirilən şəxsin cinayət prossesində iştirakına xitam verilməsi haqqında” qərar vermişdir. Sabunçu rayon Məhkəməsi 29.01.2024-cü il və 09.02.2024-cü il tarixli qərarlarla şikayətimi təmin etmiş və direktor müavini Ramil Xəlilov haqqında “cinayət işi üzrə icraata xitam verilməsi barədə” müstəntiq Tural Mürsəlovun 29.08.2022-ci il tarixli qərarını qanunsuz və əsassız olması səbəbindən ləğv etmiş və yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərmişdir.

Beşinci qərar. Sabunçu rayon Məhkəməsi 03.11.2022-ci il tarixli qərarla cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmamasına dair şikayətimi təmin etmiş və mənim - cinayət işi üzrə zərərçəkmiş şəxs Ağasəf İsmayılovun Xəlilov Ramil Mətləb oğlu və başqaları ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından ibarət müstəntiq Tural Mürsəlovun hərəkətsizliyini qanunsuz hesab etmiş və yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərmişdir.

Altıncı qərar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20.07.2023-cü il tarixli qərarında göstərilmişdir:

“İsmayılov Ağasəf İslam oğlunun məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilsin. 210050957 nömrəli cinayət işi üzrə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Tural Mürsəlovun “cinayət işi üzrə icraatın dayandırılması” haqqında 02.03.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilsin.

İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti AR CPM-nin 85.2.7., 220.2., 220.3. maddələrinin tələblərinin pozulmasına cəlb edilsin və bu tələblərin yerinə yetirilməsi təmin edilsin.

Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz”.

Yeddinci qərar. 26 dekabr 2023-cü il tarixdə 210050957 saylı cinayət işi müstəntiq Fuad Babayevin icraatına verilir. İki gün sonra - 29 dekabr 2023-cü il tarixdə F.Babayev mənim “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” qərar vermişdir;

Sabunçu rayon Məhkəməsi 01.02.2024-cü il tarixli qərarla F.Babayevin “zərərçəkmiş şəxs qismində cinayət işində iştirakıma xitam verilməsi” barədə 29 dekabr 2023-cü il tarixli qərarını ləğv etmişdir.

Səkkizinci qərar. 30 dekabr 2023-cü il tarixdə isə, müstəntiq Fuad Babayev heç bir tutarlı əsas olmadığı halda, CM-nin 39.1.1-ci maddəsinə əsaslanaraq “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar vermişdir.

Sabunçu rayon Məhkəməsi 13.02.2024-cü il tarixli qərarla Fuad Babayevin “cinayət işi üzrə icraata xitam verilməsi” barədə 30 dekabr 2023-cü il tarixli qərarını ləğv etmişdir.

Doqquzuncu qərar. 31 may 2024-cü il tarixdə, müstəntiq Fuad Babayev mənim “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi haqqında” sayca dördüncü qərarı vermişdir.

Sabunçu rayon Məhkəməsi şikayətimi dördüncü dəfə təmin edərək, 25.06.2024-cü il tarixli qərarla Fuad Babayevin “zərərçəkmiş şəxs qismində cinayət işində iştirakıma xitam verilməsi” barədə 31 may 2024-cü il tarixli qərarını dördüncü dəfə ləğv etmiş və məhkəmə qərarının icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırmışdır.

Məhkəmənin qərarında göstərilmişdir: “...müstəntiqin “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi” haqqında qərarda istinad etdiyi dəlillər əsassız olmuşdur. ... 31 may 2024-cü il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməlidir”.

Onuncu qərar. Göstərilən məhkəmə qərarından narazı qalan prokuror İbrahim Ləmbəranski mənim “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakıma xitam verilməsi”nə birdəfəlik nail olmaq üçün Sabunçu rayon Məhkəməsinin 25.06.2024-cü il tarixli qərarından apellyasiya protesti vermişdir. Həmin protestlə bağlı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.07.2024-cü il tarixli qərarından sitat:

”...Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin.

Sabunçu Rayon Məhkəməsinin 25.06.2024-cü il tarixli, 6(008)-57/2024 saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdilmədən saxlanılsın.

Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz”.

Mənim “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi” barədə müstəntiqlərin dörd qərarına və prokuror tərəfindən Apellyasiya protesti verilməsinə münasibətdə isə, Apellyasiya Məhkəməsinin bu qərarında göstərilmişdir:

“...məhkəmə iclasında iştirak edən Sabunçu rayon prokurorunun köməkçisi və müstəntiq apellyasiya protestinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər.

...müstəntiq qanunvericiliyin göstərilən normalarını, o cümlədən, bundan öncə qəbul edilmiş Sabunçu rayon Məhkəməsinin 30 sentyabr 2022ci il tarixli, 6(008)-42/2022 və 01 fevral 2024-cü il tarixli, 6(008)-14/2024 saylı qərarlarındakı xüsusatları nəzərə almadan, yenidən eyni əsasla “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi” haqqında qərar qəbul etmişdir. Məhkəmə onu da nəzərə alır ki, müstəntiq “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı qəbul etmədən öncə zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verməklə zərərçəkmiş şəxsi “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından da şikayət vermək hüququndan məhrum etmiş olur ki, bu isə qanunun tələblərinə əsasən yolverilməzdir”.

On birinci qərar. 31.05.2024-cü il tarixdə müstəntiq Fuad Babayev ikinci dəfə “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar vermişdir.

Sabunçu rayon Məhkəməsinin 04.07.2024-cü il tarixli qərarından sitat: “...müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 31 may 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilsin.

İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın.

Qərarın surəti şikayətçiyə, müstəntiqə və yuxarıda qeyd olunan göstərişlərin icra olunmasına nəzarəti həyata keçirmək üçün ibtidai istintaq üzərində prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna göndərilsin”.

On ikinci qərar. 31.05.2024-cü il tarixdə müstəntiq Fuad Babayev “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu barəsində “Təqsirləndirilən şəxsin cinayət prossesində iştirakına xitam verilməsi haqqında” sayca ikinci qərarı vermişdir. Sabunçu rayon Məhkəməsi 10.07.2024-cü il tarixli qərarla ikinci dəfə şikayətimi təmin etmişdir və direktor müavini Xəlilov Ramil Mətləb oğlu haqqında “cinayət işi üzrə icraata xitam verilməsi barədə” müstəntiq Fuad Babayevin 31.05.2024-cü il tarixli qərarını qanunsuz və əsassız olması səbəbinə iikinci dəfə ləğv etmişdir və iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları ikinci dəfə Sabunçu rayon prokurorluğuna göndərmişdir.

Hörmətli Baş prokuror!

04.11.2021-ci il tarixdə başlanılmış və Cinayət Məcəlləsinin cəmisi bir maddəsi (179.3.2.), yəni mənimsəmə faktlarına dair istintaqı aparılmalı olan 210050957 saylı cinayət işi üzrə prokuror nəzarəti qaydasında Baş prokurorun birinci müavini Elçin Məmmədovun, şikayətlərim əsasında Sabunçu rayon Məhkəməsinin, prokuror İbrahim Lənbəranskinin apellyasiya protesti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada icralarının təmin olunmasında köməklik göstərilməsini Sizdən xahiş edirəm”.

“Hürriyyət”

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

0.067889928817749