Dövlət başçısı bütün sahələrdə islahatlara start verib. Ölkənin bütün sosial-iqtisadi, siyasi həyatını əhatə edən dərin, köklü islahatlar kursu “özünü buraxan” parlamentdən yan keçdimi? Bir çox seçilmiş namizədlər üzərində cumhuriyyet.az olaraq apardığımız təhlillər onu göstərir ki, parlament islahatına qarşı ciddi müqavimət göstərilir. Məsələn, 15 saylı Yasamal seçki dairəsindən deputat “seçilmiş” Ülvi Quliyevin növbəti dəfə mandata sahiblənməsi Azərbaycan üçün olduqca mühüm olan belə bir situasiyada bir çox suallar yaradır. Axı nə baş verir? Uzun illər yasamallılların problemlərinin həllində zərrə qədər həlledici vintilə çevrilməyi bacarmayan Ü.Quliyeviə növbəti etimad nəyin göstəricisidir? Ü.Quliyevi YAP üçün keçilməz edən nədir? Yaxud hakim partiya narazılıqların daha çox olduğu Yasamal rayonunda deputatını niyə dəyişmək istəmir? Həm də elə bir halda ki, Ülvi Quliyevin “seçilmə” prosesi ilə bağlı kütləvi qanun pozuntularını əks etdirən videokadrlar var. Həmin videokadrları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
Xatırladaq ki Ülvi Quliyev 2015-ci ildə də 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilib. Ü. Quliyevin adı bu vaxta qədər bir çox qalmaqallarda hallanıb. Belə ki, cumhuriyyet. az olaraq onunla bağlı media üzərindən apardığımız araşdırmalarda ölkədən qanunsuz kürü çıxartmaqdan tutmuş, biznes fəaliyyətinə, MTN-lə ilişkilərə qədər müxtəlif məlumatlara rast gəlindi. Ancaq cumhuriyye.az olaraq indi təqdim edəcəyimiz iddia Ülvi Quliyevin nəinki deputat kimi karyerasına son qoya bilər, hətta onun azadlqda olmasını şübhə altına salar. Belə ki, söhbət Deputat Ülvi Quliyevin dostu, Avropa mühacir müxalifətinin fəallarından biri olan Laçın Məmişovla hazırkı əlaqələrindən gedir. Çünki Ülvi Quliyevlə Laçın Məmişovun arasındakı əlaqələr depuatatın hakimiyyət komandası yanında daha da gözdən düşməsinə səbəb olub.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, Ü.Quliyevin Avropadakı Azərbaycan siyasi mühacirlər arasında özünəməxsusluğu ilə seçilən və radikal müxalifət nümayəndələrindən biri hesab olunan Laçın Məmişovla isti münasibətlər mövcuddur. Məlumatda bildirilir ki, Laçın Məmişov 2000-ci illərin əvvələrində Ülvi Quliyevin yaxın ərtafında yer alıb. Laçın Məmişov, həmçinin Ülvi Quliyevin bəzi biznes layihələrində də iştirak edib. Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyini irəli sürərkən onun seçki qərargahının ən aktiv üzvlərindən biri, bəlkə də birincisi Laçın Məmişov olub. Ölkə mediasında yer alan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, Laçın Məmişov 2005-ci ildə Ülvi Quliyevin seçkiqabağı təbliğatı ilə məşğul olmur, həm də seçicilərlə görüşlərində cangüdənliyini edirmiş. Ülvi Quliyevin deputat seçildiyi elan olunduqda isə Laçın Məmişov öz FB səhifəsində Ülvi Quliyevin seçildiyini vurğulayaraq, “dəfələrlə “Allaha şükürlər olsun…” postunu paylaşıb. Daha sonra isə Laçın Məmişov bilinməyən səbəblər üzündən Azərbaycanı tərk edib və siyasi sığınacaq alaraq İsveçrənin Bern şəhərində məskunlaşıb. Hazırda o, Azərbaycan hakimiyyətinin Avropadkı ən radikal müxaliflərindən biri hesab olunur. İsverçərinin de-fakto paytaxtı olan Bern şəhərində Laçın Məmişov kiçik telestudiya quraraq Azərbaycan əleyhinə filmlər çəkir, youtube.com şəbəkəsi vasitəsilə verilişlər yayımlayır. Onun Avropadakı mühacirlərlə bağlı filmi və digər filmləri xeyli vəsait hesabına başa gəlib. Laçın Məmişov həm də digər mühacirlərdən fərqli olaraq Avropada komfort həyat sürür. Onun belə komfort həyatının, çəkdiyi filmlərinin maliyyə qaynağının Ülvi Quliyevə bağlı olduğu ehtimal edilir. Eyni zamanda iddialı məlumatlar arasında Ülvi Quliyevin gənc oğlu Orxan Quluzadənin Avropadakı həyatında da mühacir şəxsin ciddi dəstəyinin olduğu yer alır. Bildirək ki, Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi.