Paytaxtın Nəsimi rayon İcra Hakimiyyəti başçısının “pilot layihələr bazarı” haqda Mediatv.az saytında təqdim olunan yazı geniş oxucu marağına səbəb olub. Həmin bazarın iştirakçıları olan, fəaliyyətləri rayon sakinlərini narazı salan bəzi firmaların adlarının çəkildiyi məqalə belə bir qənaətlə yekunlaşırdı ki, cənab başçının məqsədi heç də rayonu abadlaşdırmaq deyil,vətəndaşları narazı salmaq, tikinti şirkətlərinə pilot layihələr satmaqdır. Bu qənaətin doğruluğunun göstəricisidir ki, redaksiyamıza həmin müstəvidə baş alıb getməkdə olan neqativ hallar barədə yeni-yeni məlumatlar daxil olmaqdadır.Vətəndaş Orucova Sevinc Mirxan qızı Mediatv.az-ın redaksiyasına müraciət edərək Nəsimi rayonunun Səməd Vurğun küçəsi 941-ci məhəllədə pilot layihə icra edən “Teymuroğlu” Mənzil Tikinti Kooperaivindən (MTK) şikayətlənmişdir.Şikayətçinin verdiyi məlumata görə “Teymuroğlu” Mənzil Tikinti Kooperaivinə dörd nəfər şərikdir.Onlardan biri Akif Əsgərov 2016-çı ilə kimi Sumqayıt Telekominikasiyanın rəisi vəzifəsndə çalışıb,tikinti sahəsindən xəbərsizdir.2-ci şərik Elşad 2008-ci ildən Nəsimi rayon ərazisində tikdiyi bina hələ də yarımçıq olaraq qalır,vətəndaşlar mənzilinə köçə bilmirlər.3-ci şərik Münasib,4-ci şərikin adı isı Yusif adlı şəxsdir. Qeyd olunan ünvanda Sevinc Orucovanın etibarnamə ilə adından çıxış elədiyi anası Zivər Dədəkişi qızı Orucovanın hələ 1954-cü ildən qalma 101,7 m2 qeyri-yaşayış sahəsi olub. Bildirir ki, onun və digər qonşu sakinlərin müraciəti əsasında Nəsimi rayon məhkəməsi 26.01.2018-ci il tarixdə adı çəkilən MTK-nın söküntü işlərini dayandırması barədə qərar qəbul etmişdir. Lakin qərara məhəl qoymayan MTK məhkəmə icraçılarının gözü qarşısında binanı uçurmaqdadır. Sevinc xanım yazır ki, obyektin sökülməsinə etirazını bildirmək istərkən firmanın hüquqşünası Elnur adlı şəxsin kobud hərəkətlərinə məruz qalmış və xəsarət almışdır. Xəsarətin aşkar izləri tibbi-ekspertizanın rəyi ilə də təsdiqlənmişdir və Sevinc xanım aldığı xəsarətdən bu günə kimi müalicə alır.S.Orucova bildirir ki, onlara məxsus, söküntüyə məruz qalan obyektin 9 metr eni və üç tərəfə çıxış qapısı olub ki, bu da həmin obyektin iqtisadi baxımdan əsas cəlbedici cəhəti idi. Lakin MTK bunun qarşılığında onlara tikiləcək binada, fəaliyyət perspektivi aşağı olan 4 metr enində azsahəli(62m2), bir girişli qeyri-yaşayış sahəsi təklif edir ki,ya bununla razılaşmalısan ya da obyektsiz qalacaqsan deyirlər,bununla da heç cür razılaşa bilməzlər. Bu da müvafiq qanunvericiliyin tələblərinin pozulmasıdır.S.Orucova MTK-nın minimum məsrəflə sakinlərin köçməsinə nail olmaq, onları şərtləri firmaya sərf eləyən müqaviləyə qol çəkdirmək üçün hər cür təzyiq metodlarına əl atdığını qeyd edir ki, bu da yolverilməzdir….Amma yol verilir.Vətəndaşları incidən,tikinti sahəsində təcrübəsi olmayan,nizamnamə kapitalı 10 AZN olmayan,heç bir qanuna məhəl qoymayan və göbələk kimi çoxalan belə MTK-lara vətəndaşların talehini həll etməyi Asif Əsgərov görəsən nə məqsədlə tapşırır? Tikinti şirkətlərinin vətəndaşların başına gətirdikləri müsibətlərə məhz RİH başçısı tərəfindən göz yumulması heç cürə başa düşülən deyil.
Mövzuya qayıdacağıq.