Biləsuvardan gələn hesabatlar – yeyinti, kəsir, talan

Yaxın on gün ərzində bir sıra rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsi planlaşdırılır. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, artıq yola salınma qərarı qətiləşən Biləsuvar rayon icra hakimiyyətinin hazırki başçısı Mahir Quliyevin məsələsi reallaşmaq üzrədir.

Mənbənin dia.az-a söylədikləri: "Mahir Quliyevin adı yerli KİV-də daha çox büdcə kəsirləri ilə diqqətə gəlməkdədir. Yəni bu adam başçı olandan rəhbərlik etdiyi qurumun maliyyə hesabatını doğru-dürüst ortaya qoya bilməyib. Əslində başqa çarəsi də yoxdur. Bu gün Biləsuvar icra başçısı tərəfindən ən çox talanan bir rayon olduğundan hansısa maliyyə mütəxəssisinin sənəd üzərində başçını təmizə maksimum şəkildə çıxarması da imkansızdır. Ona görə də KİV-lər Mahir Quliyevin büdcə açıqlarını daima işıqlandırırlar.

Bu fakt isə təbii ki, müvafiq dairələrin diqqətindən kənarda qala bilməz və gözlənilən yenilənmə prosesində ilk "vurulacaqlar"dan biri də məhz Mahir Quliyev olacaq".

0.043483018875122