Dövlət işçilərin haqqını qoruyur, Cavid Qurbanov isə... - İTTİHAM

Keçən günlərdə Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisində işləmiş bir qrup şəxsin şikayət məktubunu yayınlamışdıq. Qeyd edək ki, hələ də maaşlarını ala bilməyən narazı vətəndaşlar mətbuat vasitəsi ilə prezident Əliyevdən və Mehriban Əliyevadan kömək istəyirlər.

Müraciətdə deyilirdi ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanova məxsus olan Azəryol Tikinti MMC-nin rəhbərliyi 4 ay qul kimi işlətdiyi işçilərin əmək haqqını vermək istəmir.

Müraciəti təkrar olaraq diqqətinizə çatdırırıq: "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən Azəryol Tikinti MMC –də fəhlə, mühafizəçi və digər vəzifədə işləmişik. Azəryol Tikinti MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynov 4 ay bizi qul kimi işlədib əmək haqqımızı vermədi bizi aldadıb aradan çıxdı. Həttda Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov biz şikayətçilərə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə məndə sizə pul vermirəm. Azər Hüseynov Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun əlaltısıdır.

Biz indi çıxılmaz vəziyyətdə qalmşıq.4 ay qul kimi işlədik ki, çörək-ərzaq maqazinlərinə olan borclarımızı verək halal zəhmətimizlə qazndığımız pulla ailəmizi dolandıraq. Ancaq Cavid Qurbanovun yaxın adamı. ona məxsus Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov bizi aldadıb daha da yoxsul, ac vəziyyətə saldı".

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, haqqı yeyilən işçilər hələ də pullarını ala bilməyiblər. Bu barədə redaksiyamız adanışan fəhlələrdən birinin sözlərinə görə, onlar artıq şikayət etməkdən də yorulublar.

Qeyd edək ki, Azərbaycan da daxil bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda dövlət rəhbərləri öz vətəndaşlarının sosial haqqalrının müdafiəsi məqsədilə milyonlarla vəsait xərcləməkdədirlər. Son olaraq Azərbaycan dövlətinin bu yöndəki addımı belə diqqətləri cəlb etdi.

Amma görünəni odur ki, hətta vətəndaşlarımızın acınacaqlı durumu belə Cavid Qurbanovda sarı simə toxunacaq həddə deyil. Yəni adamı işçilərin haqqı əsla maraqlandırmır... Yəqin ki, belə bir məmur elə hakim komandanın özü üçün də mənfi imic formalaşdırması səbəbindən uğurlu kadr hesab olunmur. Bunun belə olub-olmadığını isə yaxın vaxtlarda görəcəyik.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

0.059134960174561