Azərbaycan dövlətinin milyonlarını SOCAR dan Xarici Banklara daşıyan dələduz – RÖVNƏQ ABDULLAYEVLƏ -ANAR ƏLİYEV.VİDEO

Anar Alizadenin 500 MİN euroluq BRABUSU SOCARa aid nömrəylə

Anar Əlizadənin 500 min avroluq Brabus avtomobili

Şəkildə gördüyünüz qiyməti 500 min avro  dəyəri olan Brabus Mersedes markalı avtomaşın SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu SOCAR TREDİNG  şirkətinin drektoru  Anar Əliyevə məxsusdur. Bunu keçən il mayda status kimi feysbukumda paylaşdım  və bir neçə sayt öz səhifəsində dərc etdi. Lakin  Rövnəq Abdullayevin dayısı oglu Anar Əliyev himayə etdiyi Əzəmət Zahir adlı reket jurnalistlərin dəstəyi ilə saytları susdurmağı bacırdı bəzi saytlara isə DDOSS hücumu təşkil edərək saytların fəaliyyətini qisa müddətlidə olsa əngəllədə bildi

ARDNŞ prezidenti „Rövnəq Abdullayev neft sənayesində çalışan   işcilərinə maaş verə bilmir,amma dayısı oglu Anar Əliyev 500 min dollara BRABUS alır.“ Bu necə olur

İndi isə Anar Əliyevin (soyadın hal-hazırda dəyişdirib Əlizadə edib ) milyonlarla dollar dəyərində biznesi haqqında oxucularimıza məlumat vermək istərdim

ARDNŞ qanun çərçivəsində fəaliyyət göstərsə də, onun təcrübəsiz ofşor şirkətlər və kimliyi gizlədilən şəxslərlə əməkdaşlıq etməsi korrupsiyaya yol verə biləcək hallar barədə suallar yaradır, təbii sərvətlər haqqında yaranan münaqişə və korrupsiya halları ilə bağlı araşdırmalar aparan Global Witness qeyri-hökümət təşkilatının hesabatında deyilir.

“Anonim Azərbaycan” adlı hesabatda Anar Nüsrət oğlu Əliyev adlı şəxsin ARDNŞ ilə əlaqəsi olan “ən azı 48 yüksək mənfəətli sövdələşmədə” iştirak payına malik olması iddia olunur.

“Sual olaraq qalır: necə olur ki, nisbətən gənc, bundan əvvəl tanınmamış sahibkar altı il ərzində dövlət neft şirkətilə 48 sazişdə (iştirak edib)”, hesabatda deyilir.

ARDNŞ Global Witness-in suallarına ətraflı cavab verməsə də, şirkətin ümumi cavabı belə olub: “ARDNŞ öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları və beynəlxalq miqyasda tanınmış şirkətlərin təcrübəsindən bəhrələnməklə yaradılmış daxili prosedurlar və normativlər əsasında qurur və bu əsasda da qərarlar qəbul edir”, hesabatda deyilir.

BBC Azərbaycancanın məsələ ilə bağlı sorğusu hələ ki, cavablandırılmayıb. ARDNŞ-nin Londondakı ofisindən iddialardan “xəbərsiz” olduqları və Anar Əliyev adlı şəxsi tanımadıqları bildirilib.

Socar Trading SA
Araşdırma əsasında iddia olunur ki, ARDNŞ bir çox halda „müvafiq tender prosesindən keçməyərək“ Anar Əliyev adlı şəxsə məxsus və ya əlaqəli olan şirkətlərlə sövdələşmələr imzalayıb.

Hesabatda üç nümunə təqdim olunur. Birincisi, İsveçrədə qeydiyyatdan keçən, ARDNŞ-nin neft ticarətilə məşğul olan törəmə şirkəti, SOCAR Trading S.A. ilə bağlıdır.

Məlumata görə, 2007-ci ildə SOCAR Trading S.A. qeydiyyatdan keçəndə, onun sahibkarı – Supra Holding Ltd. adlı şirkət olub. Supra Holding, SOCAR Trading S.A. şirkətinin yaradılmasından altı gün əvvəl qeydiyyatdan keçib.

O zaman Supra Holding Ltd.-in 50 faizi ARDNŞ-yə, 25 faizi Britaniya Virgin Adalarında yerləşən Renfrel Holding şirkətinə, 25 faizi isə BƏƏ-də yerləşən, Anar Əliyevə məxsus olan Heritage General Trading FZE şirkətinə məxsus olub.

ARDNŞ-nin gəlirləri çoxdur, Anar Əliyevin?
ARDNŞ Global Witness-ə cavabında qeyd edir ki, şirkət 2007-ci ildə fəaliyyətini müxtəlifləşdirəcəyi barədə qərar vermişdi.

“[…] geniş təcrübələri və layihələrimizi daha yaxşı kommersiya şərtlərilə maliyyələşdirməyə hazır olduqlarına görə, biz birgə beynəlxalq partnyorları cəlb etdik. Davamlı və uğurlu əməkdaşlığın nəticəsi olaraq, ARDNŞ inkişaf etdi və … rahatlıq əldə etdikdən sonra öz əməliyyatlarına nəzarət etməyə başladı”, ARDNŞ-nin cavabında deyilir.

Amma Global Witness dövlət neft şirkətinin məhz bu fərdi şirkətləri nə üçün seçdiyini sual edir: “ARDNŞ-nin bu sövdələşmədəki partnyorlarının tanınmış beynəlxalq şirkətlər deyil, sahibliyi qeyri-şəffaf olan gizli ofşor varlıqlar olması, bunun məqsədləri barədə narahatlıqlar doğurur”.

Beş il bundan sonra ARDNŞ SOCAR Trading S.A.-nin qalan 50 faizini həmin fərdi şirkətlərdən, satdığı qiymətdən qat-qat yüksək qiymətə alıb, hesabatda iddia olunur.

“Heritage səhmlərini $5 milyona almışdı, Renfrel isə $1.25 milyona. ARDNŞ isə Heritage-dan səhmləri $103 milyona, Renfrel-dan isə $30 milyona alıb“.

“Beləliklə Socar Trading S.A.-nin 100 faizinə sahib olsa da, bunu nəzərə alandan sonra görünür ki, beş il ərzində ARDNŞ cəmi $48.5 milyon gəlir əldə edib. […] O zaman Anar Əliyevə məxsus olan Heritage 118 milyon, Renfrel isə $33.75 milyon gəlir əldə ediblər”.

Anar Əliyevin $10 000-lik otel hesabı
Anar Əliyevə gətirib çıxaran ikinci nümunə, Sumato Energy Group şirkətlər qrupu ilə bağlıdır.

Mediada yayılan məlumatlara istinadən iddia olunur ki, qrupa daxil olan dörd fərdi şirkət neftini yalnız ARDNŞ-dən və ARDNŞ ilə bağlı olan şirkətlərdən alır. ARDNŞ Sumato qrupunun 2007-ci ildə tender qalibi seçildiyini bildirsə də, tender prosesi barədə heç bir məlumat yoxdur, Global Witness yazır.

Təşkilata əsasən Sumato-nun Anar Əliyevə məxsus olması barədə sübut olmasa da, onu Sumato-ya bağlayan bəzi məlumatlar aşkar olunub.

Onlardan biri, Cenevrədəki Grand Kempinski Hotel mehmanxanasından olan hesabdır. Təşkilat deyir ki, 2012-ci il 2-4 yanvar tarixindən olan, $10 000-lıq bir hesabın Anar Əliyevə məxsus olduğu güman edilir. Bu hesabı isə Sumato Energy Services təşkilatının menecerlərindən biri, Metin Talışlı ödəyib.

Cənab Əliyevi Sumato şirkətinə bağlayan digər məlumatlar:

Sumato Energy PTE Ltd Anar Əliyevə məxsus olan Union Grand Energy şirkətilə eyni ünvanda qeydiyyatdan keçib;
Sumato Energy PTE Ltd-in direktor və katibi, vaxtilə Anar Əliyevə məxsus olan iki şirkətlə eyni olub;
cənab Əliyevin otel hesabını ödəyən Sumato rəsmisi Metin Talışlı, Anar Əliyevə məxsus olan iki şirkətin direktoru olub.
Bu əlaqələr maraqlar konfliktinin ola biləcəyinə işarə edir: Anar Əliyev həm ARDNŞ-yə, həm də müştərisi Sumato-ya bağlı ola bilər.

Anar Əliyevlə ARDNŞ arasında daha bir sövdələşmə
2011-ci ilin may ayında Azərbaycan parlamenti UGE-Lancer adlı şirkətlə hasilatın pay bölgüsü sazişi imzalayıb. Bu saziş, Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının inkişafı barədədir.

Global Witness-in araşdırmasına əsasən, bu sazişdə səhmlərin 75 faizinə UGE-Lancer, 25 faizinə isə ARDNŞ malikdir.

“ARDNŞ-nin UGE-Lancer-i necə seçməsi aydın deyil; Global Witness tenderin baş verməsi barədə … məlumat əldə edə bilməyib”.

Amma UGE-Lancer, Anar Əliyevə məxsus olan Union Grand Energy-nin törəmə şirkətidir. Global Witness-in araşdırmasına əsasən, bu, ARDNŞ ilə Union Grand Energy arasında olan 40 sövdələşmədən biridir və Union Grand Energy-nin fəaliyyətinin əksəriyyəti yalnız ARDNŞ-ə bağlıdır.

“Nə üçün UGE-Lancer digər, daha təcrübəli və tanınmış şirkətlərdən üstün tutulub?” – Anonim Azərbaycan adlı hesabatda sual edilir.

Bu araşdırma sövdələşmələrin korrupsiyaya uğramış olduğunu iddia etməsə də, proses şəffaflığa ehtiyac duyur, Global Witness yazır:

“Bu tədqiqat sövdələşmələrin mahiyyəti barədə ciddi suallar qaldırır və bu suallar cavablandırılmasa, korrupsiya və xətalar barədə şübhələr yaradır.”

Azərbaycan 10 ildir ki, üzvü olduğu Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (EITI) standartlarına əməl etsə də, enerji sənayesnin “digər sahələrində mövcud olan qeyri-şəffaf mühit korrupsiya riskini artırır”, hesabatda deyilir.

0 faiz vergi
Dövlətin rəsmi vergi saytında verilən məlumata görə, Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı Neft yatağının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin tərkibinə daxil edilən qanuna əsasən UGE-Lancer şirkəti Karbohidrogen fəaliyyətləri ilə bağlı „sıfır faiz (0%) dərəcəsi ilə Əlavə dəyər vergisindən azaddır“.

Hazırda bu verginin dərəcəsi 18 faizdir.

Protokol 1 avqust 2012-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət Komissiya və UGE-Lancer arasında bağlanmışdı.

0.066541194915771