Gömrük Komitəsinin ölkədə ən korrupsiyalaşmış, ən çox qanun pozuntularına yol verilən, əhalinin hüquqlarının ən çox pozulduğu qurumların başında gəldiyi artıq uzun illərdir heç kimdə şübhə doğurmur. Qurumda baş verən qanunsuzluqların və korrupsiyanın miqyası o qədər böyükdür ki, əminliklə komitənin hər il dövlət büdcəsinə köçürdüyü pulun iki qatı qədəri gömrük orqanlarında rəhbər postlarda əyləşən bu və ya digər məmurların ciblərinə axır.
DİA.AZ bildirir ki, əslində son illərdə aparılan kadr siyasətində müşahidə olunan yenilənmələrin başlıca səbəbi də məhz korrupsiya ilə mübarizə istəyidir. Yəni SƏBƏB BUDUR. Amma nədənsə DGK rəhbərliyi ilə bağlı bu məsələdə radikal dəyişikliyə gedilmədi və gömrük orqanları yenidən köhnə bir kadra - Səfər Mehdiyevə həvalə olundu.
Təbii ki, bu da neqativlərlə müşaiyət olunmalı idi. Olundu da. Bir ara mətbuatla intensiv polemikaya girən Səfər Mehdiyev artıq köhnə vərdişlərinə qayıtdığını rəsmən etiraf etməklə yanaşı, hətta mətbuat xidməti səviyyəsində belə yazılan ittihamları cavablandırmaqdan yayınır ki, bu da iddia olunan faktların təsdiqi kimi başa düşülməkdədir.
Elə bu fikir "yuxarılarda da" var... Əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, hazırki koronavirus təlaşının ilk səngidiyi ərəfədə DGK sistemində köklü islahatlar həyata keçiriləcək. Mənbənin dia.az söylədikləri: "Belə bir niyyət var. Buna qədərsə gömrük sistemində total təftiş də planlaşdırılır".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...