“…Biz bu yazıda icra başçılarına pulu daha asan və daha rahat gətirə bilən Mahir Mirzəyevlə bağlı söhbət açacağıq. O, iri şirkətlərə, saxta MMc-lərə, onlarla binaya, yüzlərlə hektar torpaq sahələrinə, fermalara, onlarla texnikalara və Bakıda xeyli sayda mülklərə sahibdir…”
Belə bir iddia ilə Yardımlı ziyalıları mediaya müraciət ünvanlayıb.
Qaynarxett.az xəbər verir ki, şikayətçi ziyalılar iddia edir ki, Yardımlı icra başçısının müavini, sözün həqiqi mənasında “imperiya” qurub. Bu qurulmuş “piramida”nın illərdir Yardımlını məhv etdiyini, onu geri saldığını, rüşvətin və korrupsiyanın tüğyan etməsinə rəvac verdiyini bilməyən yoxdur.
Müraciətdə deyilir:
“Hörmətli media nümayəndələri: Bu il büdcə vəsaitləri Mahir Mirzəyevin şirkətlərinə köçürülür və ordan da Mahir Mirzeyev tərəfindən mənimsənilir. Yardımlı rayonunda da Yaşıllasdirma, Kamxoz, Mənzil kommunal və İşıqlandırma hamısı eyni qurumdur. Sadəcə parcçalayib bu yolla Yardımlı RİH başçısı Ayaz Əsgərov və müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və YAP rayon təşkilatının sədri Mahir Mirzeyevlə əlbir olaraq dövlət vəsaitini rahat şəkildə mənimsəyirlər. Mahir Mirzəyəv 2005 -ci ildən bu vəzifədədir və Süleyman Mikayılov başçı gələndə Mahir Mİrzəyevi müavin vəzifəsinə təyin edib. Suleyman Mikayılovdan sonra Qəzənfər Ağayev gəldi çıxartmadı. Qəzənfər Ağayev getdi, Xəzər Aslanov gəldi, yenə də dəymədi Mahir Mirzəyevə. Xəzər Aslanov gedi, Sevindik Hətəmov gəldi, yenə de Sevindik Hətəmovda Mahir Mirzəyevlə işlədi, dəyişiklik etmədi. Hazırkı başçı, 2016- cı ilin may ayindan gəlib. Ayaz Əsgərov da bu gunə kimi Mahir Mirzəyevə lazımı güzəştlər edir. Nəzərinizə çatdıraq ki, M. Mirzəyev heç də savadlı deyil, ya da hər hansi işin öhtəsindən gəlməyi bacarmır. Fakt odur ki, Mahir Mirzəyev başçının pulun daha asan və daha rahat gətirir. Bu səbəbdən Mahir Mirzəyev sadəcə bunun üçün lazimdir və ayrılan vəsaitləri rahat yolla başçıya gətirir. Necə ola bilər ki, M. Mirzəyev idarə, təşkilat görmədən müqavilə yazılır və icra hakimiyyətinin işçiləri imza atır. “PECORA” Məhdud Məsuliyyətli Cəmiyyəti yoxlanılsa, kimin adına olduğu məlum olacaq və noyabr, dekabr aylarında bu müəssisəyə gorun nə qədər pul köçürlüb. Abadlıq, dəftərxana, çari təmir, maşin avadanliıgı pulları və digər pullar nə üçün bu müəssisəyə köçürülür?
Hörmətli redaksiya, çünki “PEKORA”, Sanofen MMC, Trendservis MMC, RMT inşaat MMC, Terminal -A MMC, Azadlıq LTD, Constella MMC, Sistem -X MMC, Retro inşaat MMC, Aktiv 2019 MMC, Ag Asto MMC, Papyalak MMC, Kaştasfiyer MMC, Ceburacka MMC, Lavars X4 MMC, Kayseri MMC, Uruqvay MMC Mahir Mirzəyevin şəxsi mülküdür…”
Bildirək ki, bu müraciətin bir qismidir. Növbəti sayda müraciətdə göstərilən daha dəhşətli faktların şahidi olacaqsınız!
Bildiririk ki, apardığımız araşdırma zamanı rayonda həyata keçirilən və keçirilmiş tenderlərin hamısı bəlli şirkətlər tərəfindən reallaşdırlıb ki, onların da hamısı Mirzəyevlə bağlıdır. Məlumat üçün bildirək ki, Mahir Mirzəyevin bəlli olan 40-dan çox şirkəti var.
Bundan başqa Mahir Mirzəyevin Bakıda da geniş imkanları var. Məsələn, Bakıda 28 May metrosunun yaxınlığında mənzillər isə ilkin kapital qoyulmuş sahələrdir. Çünki Patamdarda böyük həyət evi, Mərdəkanda həddindən artıq bahalı olan bağ evi Mirzeyevin saxta MMC-lərdən qazandığı pulların hesabına ərsəyə gəlib.
Mirzəyevin sahib olduqları bununla bitmir. Mənbənin iddiasına görə, Yardımlı rayonunun mərkəzindəki Universamın binasını, rayonun çıxışındakı Yanacaq Doldurma Məntəqəsini, köhnə Maliyyə İdarəsinin binasını özəlləşdirərək sahibkara çevrilib. İcra başçısı müavininin son illərdə oliqarxa çevrilməsi onun 150 min manatlıq avtomobillərə də sahib olması və dəbdəbəli həyat tərzi keçirməsi Yardımlıda hər kəsə ayandır.
Fəhləliydən, məmurluğa qədər yüksələ bilən, işlədiyi icra başçılarının pul kisəsinə çevrilən Mahir Mirzəyev medianın gözündə necə formalaşdığını oxuculara təqdim edək:
1. Vəzifə maaşı 600-800 manat arasında dəyişən Mirzəyevin aldığı 99 MM 999 dövlət nömrə nişanlı bahalı avtomobil öz adınadır. 150 min dollar maşına verən başçı müavini, 50 min manat isə nömrəyə xərclədiyi bildirilir.
2. Mirzəyev saxta MMC-lərdə, DOST iş layihəsi vasitəsi ilə hər ay 25-30 min manatdan çox büdcə vəsaitini mənimsənilməsində və digər qaranlıq məqamlarda adı hallanan yerli məmurdur.
3. Onun Yardımlıda və paytaxtda çox sayda obyektləri, evləri və bir neçə malikanəsinin olduğu da bildirilir.
4. Eyni zamanda Neftçala rayonunda bu gunlərdə aparılan və xeyli sayda vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatla bağlı həbs edilən icra başçısının Yardımlı rayonuna 2006-2012-cı illərdə rəhbərlik etmiş Xəzər Aslanovun qaynı olmasını və Yardımlı rayonu icra hakimiyyətinin başçısının müavini Mahir Mirzeyevin Xəzər Aslanovun kadırı olmasını diqqətə çəkərək bildirlir ki, hazırkı Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov cənabları ilə Mahir Mirzəyev cənabları tərəfindən rayonda küllü miqdarda maxinasiyalar həyata keçirilir. Neftçalanın icra başçısına rüşvət verən şəxsin biri Yardımlı rayon sakini Akif Teyubovdur: “Akif Teyubov kimdir, bilirsinzmi? Yardımlı rayonu üzrə tikintinin pullarını Mahir Mirzəyev bu şəxsin əli ilə yeyir. Bütün vəsait Akif Teyubovun adına açılan şirkətlərə yönəldilib və oradan da mənimsənilir. Bu prosses 2006-cı ildən, Xəzər Aslanov Yardımlıya rəhbərlik etdiyi vaxtdan bu günə kimi davam edir”.
5. Yardımlı rayonunda Mahir Mirzəyev rayona ayrılan dəftərxana xərci, abadlıq xərci və Yardımlı rayonu ücün ayrılan digər xərclərin hamısını öz müəssisələrinə yönəldir, qarşılığında nazirliyə faiz verir və qalan məbləği icra başçısıyla birlikdə qara yollarla talan edir.
6. Yardımlı rayon məşğulluq üzrə nə işçilər var hamısı M. Mirzəyevlə Ayaz Əsgərovun qapısından keçməlidir. İş üçün müraciət edən şəxs 500 manat verməlidir. Məşğulluğa təyin etdikləri müdir Fikrət müəllim, birbaşa M.Mirəzyevin pul dağarcığı olunanlar sırasında yer alıb.
Bu siyahını 60 sıra sayına qədər artıra bilərdik. Məqsədimiz medianın nəyi düz, nəyi yalnış yazdığını sübut etməyə çalışmaq deyil, ümumiyyətlə belə bir iddia arxasında deyilik. Amma, adı qalmaqallarda çəkilən Mahir Mirzəyev bir həftə qabaq verdiyi müsahibədə bir daha özünü və işlədiyi icra başçılarını ifşa edə bilib. Özünü qorumaq üçün ondan yazılanları təkzib amacı ilə, pul gücünə qurduğu müsahibə, Mirzəyevi qurtarmaq əvəzinə onu rəzil günə saldığını görürük. Özünü bilmədən ifşa edən məmur ondan yazılanların həqiqət olduğunu təstiq edir. Gülməli müsahibə verən oliqarx məmur pul müqabilində işə düzəltiyi qohumlarını, icra başçısından yazılanların həqiqət olduğunu, ondan yazılanların hamısı icra hakimiyyətindən qaynaqlandığını və ən nəhayət başda rayon rəhbəri Ayaz Əsgərov olmaqla hər kəsə əzələ nümayiş etdirdiyi verdiyi müsahibədə aşikardır.
Vaxtı ilə icra başçısı olacağını iddia edən Mirzəyev, Yardımlıda Ayaz Əsgərovun rüşvətə görə həbs ediləcəyi xəbərini də media dostlarına ötürərək, məsuliyyəti digər müavinin üstünə yıxaraq məngənədən azad olmağı bacarmışdı. Bu gün isə Mirzəyevə yaxın mediasında, icra başçısı və müavinini hədəfə çevirilməsini qeyri-ciddi hesab etmək olmaz. Ən azı ona görə ki, artıq Mirzəyev savaş halında olduğunu öz müsahibəsində bəyan edib.
Qeyd edək ki, Mahir Mirzəyev parlament seçkilərində kimlərin tapşırığını həyata keçirirdi. Hər namizədə Mirzəyev nə qədər pul ödəyəcəyini vəd etmişdir. Seşkilərdə Mirzəyevin qazandığı nə oldu? Mandat alverinə məcbur edilən Mirzəyev hüquq -müafizə orqanlarına çağrılmasının əsas səbəbi nə idi?
Ən nəhayət:
Mahir Mirzəyevin verdiyi müsahibəni vergülünə qədər təhlili hansı xəyanəti üzə çıxaracaq?
Oliqarx məmurun son müsahibəsi əslində kimlərə nə mesaj idi?
Xəzər Aslanovun donuz məsələsi, Süleyman Mikayılovun 200 min manatlıq mafioz tələbi, Sevindik Hətəmovun ehsan ovçusu olması. Mirzəyev rakursunda şok məlumatları bizdən oxuya biləcəksiniz! mexvi.tv
Ardı davam edəcək...