"Lukoil" yanacaq doldurma məntəqəsində açıq-aşkar oğurluq... - Sürücülərin cibinə girirlər...

7NEWS.az xəbər verir ki, uzun müddətdir sürücülər "Lukoil" şirkətinin yanacaq doldurma məntəqələrində aldadıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, "Lukoil"da avtomobillərinə benzin vurularkən 10 manat yerinə yerinə 7 və ya 6 manatlıq benzin vururlar. Şikayət bununla da bitmir. Belə ki, sürücülər iddia edir ki, yanacağın az vurulmasından əlavə, benzinin keyfiyyətində də problemlər var.

Dəfələrlə hər iki problemlə bağlı yanacaq doldurma məntəqəsində yerindəcə şikayət etdiklərini vurğulayan sürücülər 7NEWS.az-a bildirdi ki, narazılıqlarına heç bir məhəl qoyulmayıb:

"Mən 8-ci mikrorayonda yaşayıram. "Lukoil" yanacaq doldurma məntəqəsinin "qoşazapravka” deyilən ərazisində mütəmadi olaraq yanacaq doldururam. Artıq bir neçə dəfədir ki, aldadıldığımı hiss edirdim. Bundan qabaq 4 dəfə cinayət başında yaxaladım. Şikayət etmirdim, vicdanım buna yol vermirdi. Sonuncu dəfə isə bu şirkətin əməkdaşları lap ağını çıxardılar. Göz görə-görə 10 manatlıq benzin yerinə 6.38 manatlıq benzin vurdular. Mən də videoya çəkdim, oradakı nəzarətçiyə yaxınlaşdım, bundan öncə də 4 dəfə aldadıldığımı qeyd etdim. Hiss etdim ki, bu onlar üçün adi haldır. Reaksiya tamamilə sıfır idi. Görünən odur ki, bu formada cinayət tək adamın işi ola bilməz. Bu birbaşa sürücülərə qarşı bir qrup mütəşəkkil dəstənin qurduğu sistemdir. Bu şikayəti verməkdə əsas məqsədim isə sürücülərin daha diqqətli olmasına yardımçı olmaqdır. Ümid edirəm günahkarlar layiqli cəzalarını alacaqlar"

Məlumat üçün qeyd edək ki, mətbuatda "Lukoil" yanacaq doldurma məntəqəsinin sürücülərə qarşı etdikləri təxribatlarla bağlı kifayət qədər şikayətlər dərc edilibdir.




0.063245058059692