Böyük Britaniyada yaşayan Elizabet Perkins şəkərsiz kola içdikdən sonra komaya düşüb.
2 uşaq anası olan Elizabetin şəkərsiz içkilərin tərkibinə qatılan süni şəkərəvəzedici olan aspartama allergiyası varmış. O, restoranda adi içki sifariş etsə də, qadına şəkərsiz kola gətiriblər.
“Bir udum aldıqdan sonra başım fırlandı, özümü pis hiss etməyə başladım. Daha sonra nə olduğunu bilmirəm. 3 gün komada olmuşam” deyə, o bildirib.
Qeyd edək ki, aspartama allergiyası olan insanların bədənində onu parçalayan ferment çatışmadığı üçün bu cür içkilər həmin insanların hətta ölümünə səbəb ola bilər.
Hakimiyyet.Az