Tanınmış ictimai xadim Eldar Sabiroğlu Zakir Qaralovun işdən çıxarlmasına dair fikirlərini bölüşüb.
Gununsesi.org həmin yazını sizə təqdim edir:
“Nəhayət, Zakir Qaralov yola salındı. Prezident İlham Əliyevin bu qərarının bütövlükdə cəmiyyətdə və o cümlədən siyasi düşərgələrdə böyük razılıq hissi ilə qarşılanacağına heç bir şübhəm yoxdur. Yeganə adam idi ki, təyin olduğu gündən xalqın nifrət və hörmətsiz münasibətilə qarşılaşıb.
Zakir Qaralova yüksək etimad göstərilmişdi. Prezident ona inanmışdı. Lakin buna baxmayaraq çalışdığı müddətdə o yalnız öz maraqlarını təmin etmiş və xoşlamadığı adamları heç nədən cəzalandırıb həbsxanalara göndərmişdi. Dirsəyə qədər qanın içərisində olan Baş Prokuror saysız-hesabsız kəsdiyi başların bədəlini mütləq ödəyəcək. Bu böyük dövlət orqanı 100 illik tarixi ərzində belə keyfiyyətsiz, insani hisslərdən, haqq və ədalətdən, qanun və qaydalardan uzaq düşmüş şəxsiyyətsiz Baş Prokuroru görməmişdir.
Bu gün uşaqdan da soruşsan onu spirtli içkilərin aludəçisi qismində tanıdıqlarını deyər. Zakir Qaralova ictimai rəy həmişə mənfi münasibətdə olub. Fikrimcə, belə bir adamın Baş Prokuror təyinatı doğru addım deyildi. Ancaq bu qədərdən sonra dövlət başçısının etimadını qiymətləndirməməsi göstərdi ki, Baş Prokurorun həqiqətən düşüncə tərzində problem varmış. Hakimiyyətlə ictimaiyyət və siyasi çevrələr arasında narazılıq yaradan, prezidentə əlavə problemlər gətirən Zakir Qaralovun bundan sonra özünün birbaşa törətdiyi cinayətləri görə biləcəyik.
Hakimiyyətin yüksək eşalonda başladığı islahatı müdafiə edir və bu zəruri təşəbbüslərin davamını yubanmadan görmək istərdik”.
Eldar SABİROĞLU
Yazı müəllifin sosial şəbəkə hesabından götürülüb.