Bərdədə 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov milyarder həyatı yaşayırmış.
Xezer.org mətbuatda yayılan xəbərlərə istinadən bildirir ki, İ.Əzimov idarənin texnikasını, maşınlarını icarəyə verib, qazanır.
Onun hektarlarla torpaq sahələri, maşın kolleksiyası, ferması, yeni tikdirdiyi malikanəsi olduğu deyilir.
Bərdə yol idarəsi təkcə özü varlanmayıb, rayonda icra nümayəndəsi olan qudasına da geniş imkanlar yaradıb.
Həmçinin, İ.Əzimovun kürəkəninə avtoyuma məntəqələri açdığı, “Range Rover” markalı maşın aldığı iddiaları səslənir.
Bu pulların idarənin hesabına köçürülən vəsaitlərdən mənimsənilərək əldə olunduğu, biznesə yatırıldığı bildirilir.
Əks halda yol idarəsi rəisi oliqarx olmazdı. İ.Əzimov dövlətin rayonun daxili yollarının təmiri üçün ayırdığı vəsaitləri mənimsəyir.
Onun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla yaxşı əlaqələri olduğu, onun tərəfindən himayə edildiyi deyilir. Bu səbəbdən İlham Əzimovun Bərdədəki maxinasiyaları, biznesi necə əldə etməsi araşdırılmır.
Gundemsok yazmışdı ki, idarə müdirinin tək gördüyü iş yay aylarında yollarda əmələ gəlmiş çalalara torpaqlı çınqıl tökməkdən ibarətdir. Bərdədə idarə müdirinə el arasında “orden” verilib.
Ona “əməkdaş yol pulu yeyən” deyilir. Son illər ölkədə yeni yolların çəkilməsi və daxili yolların yenidən qurulması istiqamətində xeyli işlər görülür.
Hər il dövlət büdcəsindən milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq, görülən işlərin bir çoxu keyfiyyətsiz olur.
Belə vəziyyətlərdən biri də Bərdə rayonunda yaşanır. Bərdədə əksəriyyət onu “asfaltyeyən” kimi tanıyır.
Bunun da səbəbi odur ki, Əzimovun çəkdiyi yolların ömrü ən yaxşı halda bir neçə aydan o yana keçmir. Bir maşın asfaltın da qiyməti işçi pulu qarışıq 1000 manata gəlib çıxır. Bu da İlham Əzimovun işinə yarayır.
Sozcu.info xəbər vermişdi ki, Bərdənin küçələrinin asfaltlaşdırılması məqsədilə büdcədən ayrılan 450 min manata yaxın pul Bərdə rayonuna heç bir aidiyyatı olmayan, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 108, mənzil 89-da yerləşən və Teyyub Qasımov adlı şəxsin rəhbərlik etdiyi "Rels-İnşaat” MMC-nin hesabına keçib.
Bundan əlavə onun digər qazanc yeri isə idarənin balansında olan maşınları şəxsi məqsədlər üçün istifadə etməsidir.
Bəzi iddialara görə, idarəyə məxsus yük maşınlarının bir çoxu qeyri-qanuni olsa da ayrı-ayrı adamlara icarəyə verilib.
Bundan başqa, idarənin balansında olan və istifadə üçün nəzərdə tutulmuş xüsusi rənglər də İlham Əzizov tərəfindən satdırılır.