"Meydan TV"-nin hazırki rəhbəri Həbib Müntəzir (Abdullayev) ötən gün Azərbaycan Dövlət Gömrük Komitəsi barədə 2 il əvvəl yazdığı statusunu xatırladıb. Buna səbəb, Gömrük şefinin öz barəsindəki bəzi məlumatı gömrük qurumuna məxsus saytdan sildirməsi olub.
"Demokratik.Az" bildirir ki, media rəhbərinin xatırlatmasında maraqlı məqam daha çox diqqət çəkir. Aydın olur ki, mühüm komitədə təmsil olunan ən yüksək vəzifə postları sədr Səfər Mehdiyevin həmyerliləri, dostları, bəlkə də yaxın qohumlarıdır.
H.Müntəzirin feysbuk statusunu olduğu kimi təqdim edirik:
"Bu gün bir araşdırma ilə əlaqədar Gömrük Komitəsinin saytına girdim, təsadüfən nə görsəm yaxşıdır? Gömrükbaşı Səfər Mehdiyev əmr verib, saytda islahat aparıblar. Nə ediblər? Komitə sədrlərinin harada doğulmağı ilə bağlı məlumatlar silinib. ???? Səbəb nə imiş? Mənim 2018-ci ildə yazdığım status. Statusu olduğu kimi paylaşıram və nehrəmli Səfər məllimə demək istəyirəm ki, Allah Mirzə Cəlilə rəhmət eləsin, islahat nəyisə silməklə olmur, hazırlaş, sənin barəndə araşdırma gələcək. 1 ildən çox vaxt keçib, istefa vermədin, indi görək villa-obyektlərini göstərsəm necə siləcəksən?!
27 dekabr 2018-ci il yazdığım status:
Gömrükbaşı Səfər Mehdiyev deyib ki, Azərbaycan gömrüyündə 1% inhisarçılıq, monopoliya göstərin, istefa verim. A kişi, sən gömrüyü qohum, əqraba və kəndlilərinlə zəbt etmiş adamsan, utanmırsan hələ danışırsan da:
▪️Sədr - Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.
▪️Müavin - Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.
▪️Müavin - Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.
▪️Müavin - Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri
Digər struktur rəisləri:
▪️Daxili Təhlükəsizlik İdarəsi rəisi - Rəşad Zalov, 1980, Naxçıvan.
▪️İnzibati İdarəetmənin Təşkili idarəsi - Nüsrət Qurbanov, 1963, Naxçıvan.
▪️Xarici Əlaqələr İdarəsi rəisi - Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.
▪️Hüquqi təminat şöbəsi rəisi - Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.
▪️Mətbuat Xidmətinin rəisi - Natiq Axundov, 1977, Naxçıvan şəhəri.
▪️Katibliyin rəisi - Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.
▪️Avtomobil Nəqliyyat İdarəsi - Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi.
▪️İnfrastrukturun İnkişafı İdarəsi - Qasımov Kamil, 1960, Babək, Çeşməbasar". Demokratik.Az