Gömrüyün rüşvətdən yoğrulmuş mayası... - Bu xəmir həddən çox su aparıb...

Son günlər Dövlət Təhlükəsizlik Komitəsinin və Baş Prokurorluğun ölkədə korrupsiya və rüşvətxorluğa qarşı atdığı intensiv addımlar bütün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Təbii ki, DTX-nin həbs etdiyi icra başçılarının ifşa olunan əməllərinin ardından oxşar xarakterdə olan icra başçılarının zülmlərindən əziyyət çəkən sadə vətəndaş müraciətlərinin də sayları durmadan artmaqdadır.

DİA.AZ bildirir ki, dövlətin yürütdüyü bu məlum siyasətdən fərəhlənən vətəndaşlar DTX-ni öz rayonlarında anoloji əməliyyatlar keçirməyə dəvət etməklə yanaşı, tutarlı faktlar da təqdim etməkdədirlər.

Təbii ki, bu əsnada DTX və Baş Prokurorluğun sösügedən əmıliyyatlarının miqyasının genişlənəcəyi və daha da üst qurumlara sirayət edəcəyi də gözləniləndir. Həm Mədəniyyət Nazirliyində və həm də Dövlət Sərhəd Xidmətində həyata keçirilən həbslərdən də bunu duymaq mümkündür.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə isə bildirir ki, növbəti hədəflərdən birinin Dövlət Gömrük Komitəsinin (DGK) olacağı daha ço ehtimal olunur. Mənbənin dia.az-a söylədikləri:

"Çünki hazırki sədr Səfər Mehdiyevin yeni təyin olunduğu gündən bu çağacan bütün addımları və gömrük sistemindəki real mənzərəni xarakterizə etdikdə belə qənaətə gəlmək mümkündür ki, nələrin, hansı müdaxilənin baş verməsindən asılı olmayaraq mayası rüşvətdən yoğrulmuş gömrük sistemində islahatlar daha radikal və kəskin olmalıdır. Eyni zamanda sərt cəzalar olmalıdır ki, digərləri də nəticə çıxara bilsinlər.

Yoxsa Səfər Mehdiyev özünü "Bağdadın kor xəlifəsi" sanaraq toxunulmaz olduğu qənaətindədir və bu gün onun qohum-dost şəbəkəsi Azərbaycanda gömrük işinin parodiyasını həyata keçirməkləd dövlətimizin ana qapısı hesab olunan gömrük sistemimizi rəsmən ələ salmaqdadırlar. Bu gün DGK-nın fəaliyyəti Azərbaycan qanunları ilə yox, Səfər Mehdiyevin və çevrəsinin müəyyən etdiyi biznes maraqları ilə müəyyən olunur. Səfər MEhdiyev dövlət büdcəsinə ödnəişləri bir qədər artırmaqla özü barəsində "yuxarılarda" müsbət rəy formalaşdırmağa çalşşsa da, real mənzərə fərqli olduğundan nəhayətdə bu şirmanın günlərin birində süni şəkildə üfürülmüş bir şar kimi partlayacağı şəkksizdir.

Bundan daha çox əziyyət çəkəni isə Azərbaycan dövləti olacaq və necə ki hazırda da Səfər Mehdiyev və onun çetesinin fəaliyyətinin zərbəsi məhz Azərbaycan dövlətinə dəyməkdədir".

Mənbə iddia edir ki, yaxın vaxtlarda DGK ilə bağlı yekun qərarın veriləcəyi istisna deyil: "Təbii ki koronavirus pandemiyası dövründə bütün dünyada ticarət əlaqələri əvvəlki dövrlərlə müqayisədə zəiflədi. Və bu dönəmdə Səfər Mehdiyev özü üçün əlavə nəfəslik qazanmış oldu. Amma bu müvəqqəti xarakter daşıyır və ümid etmək olar ki, artıq dövlətin müvafiq qurumlarının da əlində Səfər Mehdiyev və onun çetesi ilə bağlı yetərincə dəlil-sübutlar var ki, günlərin birində DGK-nın da qapılarında qara maskalılar dayana bilsinlər..."

0.05821418762207