Bir müddət əvvəl "Azəravtoyol" Dövlət Agentliyinin ağacları məhv etməsi ilə bağlı yazı yazmışdıq.
Azerinfo.az-ın araşdırmamızdan sonra Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda aparılan yol tikintisi ilə əlaqədar tikinti altına düşən ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı məlum oldu. Eyni zamanda, köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkar edildi. Faktla bağlı "Azəravtoyol" Dövlət Agentliyi barəsində protokol tərtib olundu və toplanmış materiallar məhkəməyə verildi.
Nazir Muxtar Babayevin faktla bağlı tədbir görəcəyinə şübhəmiz yox idi və ehtimalımızda yanılmadıq.
Qeyd edək ki, Bakıda yenidən anoloji hal yaşanır və bu barədə məlumat verməyə məcburuq.
Hazırda “Salyan kazarması” tərəfdən “Lider tv”-yə qalxan yolun sağ tərəfində "Azəravtoyol" iş aparır.
Və Əsgər Ələkbərov küçəsində, həmin tərəfdə olan ağaclar "Azəravtoyol" tərəfindən budanır. Budanmaq burda çox zəif çıxır. Əslində qırılır.
Axı bu budanma işlərini ETSN əməkdaşları, Bakı Şəhər Yaşıllaşdırma İdarəsi və onun profesianal işçiləri görməlidi. Onlar bu işin mütəxəssisidirlər.
Niyə hər dəfə yaşıllıqları "Azəravtoyol" Dövlət Agentliyinin traktorçuları, fəhlələri məhv etməlidir.
Həmin ərazidən süjetləri təqdim edirik.