Zakir Qaralovla qaynı arasında savaş başladı - SABIQ BAŞ PROKUROR BİZNESƏ YATIRDIĞI MİLYONLARININ AXTARIŞINDA

Azərbaycanın Baş Prokuroru olduğu 20 ilə yaxın müddət ərzində həm də özü üçün biznes strukturları yaradan Zakir Qaralov bu sahədə böyük itkilərlə üzləşib.

Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Baş Prokurur postunu itirən Zakir Qaralov bu yaxınlarda biznesinin idarə edilməsini həvalə etdiyi qaynı Elmar Əliyevlə hesabat apararkən on milyonlarla vəsaitinin yoxa çıxmasını iddia edib.

Belə ki, qaynı vasitəsi ilə qurduğu biznes üçün on milyonlarla pul qoyan Qaralov hesabat zamanı qoyduğu pulların nəinki gəlir gətirdiyi, əksinə, ortalıqda yoxa çıxmasını görüb. Bununla da Elmar Əliyevlə kəskin konfliktə başlayan Zakir Qaralov ondan pulllarını tələb edir.

Öz növbəsində isə Elmar Əliyev vəsaitləri mənimsəmədiyini, biznesdə uğursuzluğa düçar olduqlarını iddia edib.

Mənbəmiz Zakir Qaralovun sərmayə qoyduğu sahələri də açıqlayıb.

Bu, dərman biznesindən tutmuş, mebel və bir sıra xarici məhsulların idxalına qədər gedib çıxır.

Yeznə-qayın arasında başlanan bu savaşın kimin xeyrinə bitəcəyi isə bəlli deyil.

Mövzuya qayıdacağıq.

0.06213903427124