"Hakimiyyət son zamanlar yürütdüyü siyasətə uyğun olaraq dəst-xəttinə davam edəcəksə, Dövlət Gömrük Komitəsində kadr islahatları zərurətə şevrilmiş olacaq. Bu, artıq yuxarı dairələr üçün prioritet məqamdır və müzakirə olunmaqdadır". Bu barədə DİA.AZ-a hökumətdəki mənbə informasiya verib.
Xəbəri verən qaynaq bildirir ki, yaxın vaxtlarda DGK ilə bağlı kardinal islahatların start düyməsinə basılacaq:
"Dəyişiklik mütləqdir. Kimsə düşünməsin ki, Nazirlər Kabinetinin son qərarı ilə Səfər Mehdiyevin qoltuğunun altına qarpız verildi. Vəziyyət belə deyil. Səfər MEhdiyev özü də yaxşı başa düşür ki, iynə üstündə oturub və vəziyyət hər an dəyişə bilər. Odur ki, Əsas qərarlar hələ irləidədir".
Mənbə dia.az-a bildirir ki, yaxın günlərin qərarı isə sentyabrdan uzağa getməyəcək: "Səfər Mehdiyevin qohum şəbəkəsi onu rəsmən hədəfə çevirib. Əgər DGK sədri müəyyən mənada "yuxarıların" inamını qazana bilirsə də, yaxınları var olanları darmadağın edir. Ona görə də geci-tezi bu imperiya süquta uğryacaq. Həm də hökumət yaxşı başa düşür ki, Səfər Mehdiyevə hüdudsuq imkanlar yaratmaqla, ümumiqtidar mənafeyini zərbə altına qoymuş olurlar... Bu isə yolverilməzdir və kimsə üçün əlahiddə deyil..."
Məlumatlarda o da deyilir ki, Səfər Mehdiyevlə bağlı qərar verildiyi an yeni DGK sədrinə geniş islahatlar üçün total islahatlar tapşırığı da verilmiş olacaq: "Yeni sədr DGK-nı kökündən dəyişməlidir. Əks halda, gömrük "yuxarılar" üçün ciddi başağrısına çevrilə bilər..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...