POLİSİN GÖZÜ QARŞISINDA “YAŞIL SOYQIRIM”: YASAMALDA AĞACLARI KİM MƏHV EDİR? – VİDEO + FOTO

Bakıda ağacların qanunsuz qırılması ilə bağlı müntəzəm olaraq xəbərlər gəlir. Bu dəfə isə reportyorumuz Bakı şəhəri Ə.Hüseynzadə 64 ünvanında yerləşən İstanbul Eğitim Mərkəzinin həyətində ağac kəsimi faktının şahidi olub.

Cebhe.info xəbər verir ki, qırılan ağaclar doğrandığından və oduncaq şəklində salındığından cəmi nə qədər ağacın kəsildiyini müəyyən etmək mümkün deyil.

Qalaqlanmış ağacların yaş və sağlam olduğu çəkilən videodan da aydın görünür. Ərazidə polis əməkdaşının olmasına baxmayaraq, o, prosesə seyirçi qalıb.

Bildirək ki, Yasamal rayonu 60 saylı Mənzil Təsərrüfat Komunnal birliyinin məişət tullantılarının daşınmasını həyata keçirən əməkdaşlar qırılan ağacların ərazidən təmizlənməsini həyata keçirib.

İstanbul Eğitim Mərkəzinin rəhbəri Hasan Yılmaz ağacların kəsilmədiyini, sadəcə budamanın həyata keçirildiyini bildirib. Hər halda hansısa məqsədlə növbəti dəfə kütləvi ağac “edamı” göz qarşısındadır.

Məsələ ilə bağlı Cebhe.info-nun əməkdaşı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov əlaqə saxlayıb.

Bia.az

 

 

 

0.053755044937134