10 oktyabr 2019-cu ildə EK-72903 qeydiyyat nömrəli, Ermənistan qeydiyyatında olan An-72 təyyarəsi Konqo Demokratik Respublikasında qəzaya uğrayıb. Qəzada bütün ekipaj üzvləri - Rusiya, Ukrayna və Qazaxıstan vətəndaşları həlak olublar.
"Nastoyaşaya vremya" qəzetinin yazdığına görə, qəzaya uğrayan təyyarənin sahibi eyni zamanda bir neçə təyyarənin sahibidir, Konqoda və offşor zonada qeydiyyatdan keçmiş South Airlines CO şirkətinin sahibi olan erməni əsilli rusiyalı iş adamı Vahram Simonyandır.
Nəşrin məlumatına görə, Konqoda baş verən hadisədən sonra Ermənistan hakimiyyəti təyyarənin saxta qeydiyyat nömrələri altında uçduğunu bildirib. Bort iki il əvvəl erməni reyestrindən çıxarılıb. Bununla yanaşı, “Hetq” erməni nəşrinin jurnalistləri Vahram Simonyanın təyyarələrinin silah qaçaqmalçılığı ilə məşğul olduğunu araşdırıblar.
“Afrikada -Somalidə, Darfurda, Cənubi Sudanda, Konqoda işləyən beynəlxalq təşkilatların işçiləri Vahram Simonyanın təyyarələrinin Konqoya uçması və bu ölkənin ordusu üçün çalışması barədə mənə məlumat veriblər. Bir neçə il əvvəl mənə onun Darfurda işlədiyini dedilər. O, hökümət ordusu, yəni Xartumdakı hakimiyyət üçün yük daşıyıb. Somalidə, Cənubi Sudanda, hazırda isə Konqoda işləyir. BMT-nin mütəxəssislər heyəti Vahramdan soruşub ki, o, hansı növ yük daşıyır, məsələn, Darfurdan. O isə öz növbəsində bunun humanitar yük olduğunu deyib. Lakin BMT ekspertləri bunun humanitar yük deyil, şəxsi heyət olduğunu aydınlaşdırıblar. Hərbi və ya mülki, bunu demək çətindir ”, - deyə “Hetq.am” saytının araşdırmaçı jurnalisti Vahe Sarukhanyan bildirir.
Bundan əvvəl South Airlines CO Seyşel adalarında qeydiyyatdan keçib, baş ofisi BƏƏ-də yerləşib. Şirkət “Panama Papers” sızması ilə ortaya çıxıb – məlum olub ki, Vahram Simonyan South Airlines CO-nun sahibidir. Bu şirkət ilk Maydan ərəfəsində Ukrayna prezidentinin dövlət idarəsindən satın alınan iki İl-76 və “An” təyyarəsinə sahib olub.
Sonradan məlum oldu ki, erməni qeydiyyatı olan təyyarələr üçüncü şəxs olaraq Simonyanın Ermənistanda qeydiyyatdan keçmiş “Skiva Air” şirkətinin sərəncamında olub.
“Conflict Armament Research”mütəxəssisləri 2018-ci ildə bir araşdırma yayımlayıb: "Cənubi Sudanın silahlı qüvvələrinə kim silah verir". Ölkədə vətəndaş müharibəsi gedir, buna görə Cənubi Sudan və onun ordusuna qarşı beynəlxalq embarqo tətbiq edilib.
BMT və “Conflict Armament Research” mütəxəssisləri Ermənistanda qeydiyyata alınan ən az dörd təyyarənin 2014-cü ildə Cənubi Sudan ordusunu təchiz etmək üçün istifadə olunduğuna dair sübutlara malikdir.
Vahram Simonyanın firmalarından biri keçmiş Moskva vilayətinin rəsmisi, Kaşirski rayonunun rəhbəri Dmitri Bobrovla əlaqəli olan “Rus Sobor MMC” ilə əməkdaşlıq edib. Afrikada Ermənistan vətəndaşlarına aid və ya əlaqəli digər daşıyıcılar da olub. 30 noyabr 2012-ci il tarixində, IL-76 Ridge Airways təyyarəsi Konqo Respublikasının paytaxtı Brazzavilldə Maya-Maya Hava Limanından 500 metr məsafədə, yaşayış məntəqəsində qəzaya uğrayıb. Pilotlar-beş Ermənistan vətəndaşı və 32 sərnişin həlak olub. Sənədlərə əsasən, “Ridge Airways”i yüksək rütbəli hərbçinin - Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Galstyanın həyat yoldaşı tərəfindən idarə olunduğu məlum olub.
Konqoda fəlakətdən bir qədər əvvəl, 9 oktyabrda daha bir hadisə baş verib. Somalidə “An” tэyyarəsinin Mogadişo Hava Limanına enərkən, şassi açılmayıb. Lakin qəza zamanı təyyarədə heç kim zərər görməyib.
Təyyarə Ermənistanın "Mars Avia" aviaşirkətinə məxsusdur: Ermənistan vətəndaşının adına qeydiyyata alınıb, nəşr həmin adamın Simonyanın partnyoru olduğunu bildirir. Təyyarələr isə yuxarıda göstərilən “Skiva Air”də qeydə alınıb. Ümumilikdə, Ermənistanla əlaqəli olan və Afrikada fəaliyyət göstərən aviaşirkətlər iyirmidən çox müxtəlif növ təyyarələrə malikdir.// virtualaz.org
Hakimiyyet.Az