Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəp Tayyip Ərdoğan
Pakistan Respublikasının Baş Naziri cənab İmran Xan
Terrorçu Ermənistana qarşı antiterror koalisiyası yaradın!
Sayın Prezidentlər! Azərbaycan özünün qanuni torpaqlarını erməni işğalçılarından azad edtikcə terrorçu Ermənistan dövləti Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhər və kəndlərindəki yaşayış binalarını mülki əhaliyə qarşı işlədilməsi qadağan olunan kasset raketləri, ballistik raketlər və s. silahlarla vurur.
Azərbaycanın Baş Prokurorluğu müharibə cinayətlərini törədən Ermənistana qarşı cinayət işləri açsa da, bu cinayət işləri haqqında dünyaya bəyanatlar versə də Ermənistan özünün terrorçu fəaliyyətini dayandırmır. Mülki əhalimiz yaşayan şəhərlər hər gün minlərlə bombalar və raketlərlə vurulur. Ermənistanın terrorçuluğu nəticəsində minlərlə mülki sakinlərin yaşadıqları evlər dağıdılmış, 100-lərlə insan ölmüş və 100-lərlə insanlar yaralanmışdır ki, onların da içərisində azyaşlı uşaqlar, körpələr və qocalar da var.
Sayın Prezidentimiz İlham Əliyev özünün yüksək humanizminə sadiq qalaraq, Ermənistanın mülki obyektlərinin bircə dəfə də mərmilərlə, bombalarla və raketlərlə vurulmasına icazə verməyib. Xalqımız da İlham Əliyevin bu müqəddəs humanizmini dəstəkləyir. Prezidentimiz İlham Əliyevin bu humanizmindən nəticə çıxarmaq əvəzinə Ermənistan daha da qızışır və arxayın- rahat şəkildə özünün terrorçuluq fəaliyyətini daha azğın bir şəkildə davam etdirir.
Sayın Prezidentlər! Mən Sizi Ermənistanın terrorçuluq hərəkətlərinin qarşısını almağa, Ermənistanın terrorçuluq üçün istifadə etdiyi bütün silahlarını və terrorçuluqla məşğul olan bütün canlı qüvvəsini məhv etməyə çağırıram!
Sayın Prezidentlər, mən Sizi Azərbaycanın, Türkiyənin və Pakistanın iştirakı ilə “Terrorçu Ermənistana qarşı antiterror koalisiyası” yaratmağa çağırıram. Burada göstərdiyim ad şərtidir. Bu təşkilatın adı “Terrorçu dövlətlərə qarşı antiterror koalisiyası” da ola bilər.
Fikrimcə bu sahədə Suriyada, İrakda, Liviyada terrorçuluqla böyük müharibələr aparmış Türkiyənin təcrübəsi böyükdür.
Türkiyənin antiterror əməliyyatlarında mülki əhali cüzi ziyan çəkdi. Türkiyə İşidi, PKK-nı, PYD-ni zərərsizləşdirdi.
Antiterror koalisiyasının yaradılması Ermənistana silah verən dövlətləri durduracaq.
Antiterror koalisiyasının yaradılması nəticəsində Azərbaycan öz torpaqlarını tezliklə geri qaytaracaq.
Antiterror koalisiyasının yaradılması və onun gələcək inkişafı bütün dünyada dövlət terrorizminə son qoyulmasına səbəb olacaq.
Antiterror koalisiyasının yaradılması dünyadakı terror təşkilatlarının fəaliyyətini məhdudlaşdırmaqla yanaşı, həm də onların özlərini buraxmasına vəsilə olacaq.
Dərin hörmət və ehtiramla,
Prof.Dr. Qüdrət İsaqov .