Azərbaycanın əməkdar artisti İbrahim Əliyev vəfat edib

Azərbaycanın əməkdar artisti, aktyor İbrahim Əliyev (Əlizadə) vəfat edib. 

Bu barədə Hakimiyyet.Az-a aktyorun oğlu Elçin Əliyev məlumat verib.

İ. Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti müəllimi olub.

Qeyd edək ki, İbrahim Əsgər oğlu Əliyev 1949-cu il iyul ayının 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Müxtəlif tamaşalarda, o cümlədən “Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film" (2003), “Əmək və qızılgül" (1962), “Güllələnmə təxirə salınır!” (2002), “Qətl günü” (1990), “Yazıçı” (2013) filmlərində çəkilib.

Hakimiyyet.Az kollektivi adından ailəsinə baş sağlığımızı bildiririk.  Allah rəhmət eləsin!

0.65522289276123