AĞAQARDAŞ QARAŞOV CƏNUB MEŞƏLƏRINDƏ “YAŞIL SOYQRIM” HƏYATA KEÇIRIR—ŞOK İTTİHAMLAR

Ağaqardaş Qaraşov cənub meşələrində “yaşıl soyqrım” həyata keçirir—ŞOK İTTİHAMLAR -
Ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması, zaman-zaman hər kəsi düşündürən məsələlərdən biri olub. Ona görə də meşə zolaqlarının, yaşıllıqların mühafizə olunması və hansısa səbəblər üzündən bəzi ərazilərdə əmələ gələn erroziyanın qarşısının alınması və s. kimi məsələ və problemlərin həlli, daim aktuallığı ilə diqqəti cəlb edib. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və onların həlli məqsədilə, aidiyyətı qurumlara müvafiq tapşırıqlarını da verdi. Ölkə rəhbərinin belə bir addım atmasına, məhz bir çox amillərin varlığı səbəb oldu.


Hətta, cənab Prezident meşə zolaqlarında və digər ərazilərdə ağacların qanunsuz yollarla kəsilməsinin yolverilməz olduğunu və belə bir hallara qol qoyan şəxslərə qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, eyni zamanda həmin şəxslərin birbaşa məsuliyyətə cəlb olunmalı olduqlarını Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində vurğulayaraq bildirmişdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm.


Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Bəli, belə bir tapşırıqların verilməsi, məhz ölkə rəhbərinin ətraf mühitlə bağlı ortaya qoyduğu mövqe oldu. Bu da onu söyləməyə əsas verir ki, ölkəmizin hər bir ərazisində yaşıllıqların salınması, ekoloji tarazlığın qorunması və s. istiqamətində müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsilmələrinə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, bu gün də yaşıllıqların məhv edilməsi, meşə zolaqlarının qanunsuz yollarla kəsilməsi hallarına qol qoyulmaqdadır.


Məsələn, redaksiyamıza daxil olan ilginc məlumatlarda bildirilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamentinin direktoru vəzifəsini daşıyan cənab Ağaqardaş Qaraşov, bu gün ətraf mühitə qarşı “ağayanə qətllər”ini həyata keçirməkdədir. Baxmayaraq ki, adı çəkilən bu şəxs ETSN-nin əməkdaşıdır və bu qurumda olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir. Onu da vurğulamaq yerinə düşər ki, Ağaqardaş Qaraşov bu gün daşıdığı vəzifəsinin imkanlarından lazımınca yararlanmağa çalışan vəzifə sahibi olduğu üçün, hal-hazırda da oxşar addımlarını atmaqdadır. Bu şəxsin qol qoyduğu əməllərlə, atdığı addımlarla, sahib olduğu əmlaklarının varlığı haqda bugünə kimi redaksiyamıza o qədər məlumatlar daxil olub ki, məhz bunlarla bağlı açıqlama hazırlamaq üçün, ən azından bir həftə vaxt gərəkdir. İndi isə, Ağaqardaş Qaraşova məxsus var-dövlətin müəyyən bir qismi haqda açıqlamanı hər kəsin diqqətinə çatdıraq.


Teref.az yazır ki,deryaz.az-a daxil olan məlumatlara görə bu şəxsin Masallı rayonunda qudası ilə şərik olduğu mebel sexi, şəxsən özünə məxsus olan “Hədiyyələr dükanı”, MRX-nın yaxınlığında ikimərtəbəli mağazası, Masallı-Yardımlı yolunun üst hissəsində, daha dəqiq desək “Əli körpüsü”nə çatmamış “Piknik” çay evi və Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Masal mebel”i, “moyka”sı, “proflaktura”sı və s. kimi obyektləri var. Məsələnin düşündürücü tərəfi odur ki, Ağaqardaş Qaraşov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamentinin direktoru vəzifəsini daşımasına baxmayaraq, bu gün təkcə Masallı rayonunun Binəxocavar və Xocavar kəndlərində 120-yə yaxın taxta sexlərinin fəaliyyət göstərdiyi bildirilir. Gündəlik Yardımlı meşələrindən onlarla maşın Cəlilabaddakı taxta sexlərinə kəsilmiş odun parçaları daşıyırlar. Yardımlı rayonunun Honuba kəndinin ətraf ərazilərindəki meşə zolaqlarından isə,


«Dəryaz» qəzetinin redaksiyasına daxil olan məlumatlara görə Masallı rayonunun müxtəlif ərazilərində fəaliyyət göstərən taxta sexlərinə gündəlik kəsilmiş ağac materialları daşınmaqdadır. Cəlilabad rayonunun Fətullahqışlaq, Oğrubulaq və Axtaxana kəndlərində kömür ocaqlarının fəaliyyət göstərmələri, birbaşa cənub bölgəsindəki meşə zolaqlarının məhvi ilə nəticələnir. Cəlilabad rayonunun Adaş və Vənlik kəndlərinə məxsus bazarlarda, meşə zolaqlarından kəsilmiş müxtəlif ölçüdə odun parçalarının açıq şəkildə alqı-satqısının həyata heçirilməsi, məhz Ağaqardaş Qaraşovun üzərinə düşən vəzifəsini hansı formada yerinə yetirdiyini sübut etməyə əsas verir. Qanunvericiliklə qadağan olunmasına baxmayaraq, bu rayonların meşə zolaqlarında iribuynuzlu və xırdabuynuzlu heyvanlar (fermalar var) saxlanılır. Ölkəmizin cənub bölgəsinin meşə zolaqlarında, ələlxüsus Cəlilabadın meşə zolaqlarında aqrobağlar tammamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Bütün bunlar onu göstərir ki, Ağaqardaş Qaraşovun yarıtmaz iş fəaliyyəti, hal-hazırda həyacan təbili çalmağa tam əsas verir. İndi olub keçənlərə diqqət yetirək. Ölkəmizin cənub bölgəsinin meşə zolaqlarından qanunsuz yollarla kəsilən odun parçalarının taxta sexlərinə daşınmasının özü cinayət əməli olsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin inkişafı departamenti rəisinin maddi maraqlarının təmin olunması hər şeydən üstün tutulduğundan, bu gün də belə bir qanunsuzluq əməllərinə qol qoyulmaqdadır.


Təəccüblü halın varlığı odur ki, bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyevlə bərabər, ekologiya və təbii sərvətlər nazir cənab Muxtar Babayev də hər kəsi ədalətli olmağa, meşə zolaqlarını qanunsuz yollarla məhv etməməyə çağırır. Belə bir çağırışın varlığına baxmayaraq, bu gün Meşələrin inkişafı departamentinin direktoru vəzifəsini daşıyan Ağaqardaş Qaraşov, bu cür əməllərə məşğul olan şəxslərə hər cür şərait yaratmaqdadır. Bu da o deməkdir ki, bu şəxs verilmiş tapşırıq və tövsiyyələri saya salmır. Əldə etdiyimiz məlumatlara görə, taxta sexinə daşınan ağac parçalarından yeşiklər düzəldilir, müxtəlif ölçülü taxta materiallar və s. hazırlanır. Belə bir yolla da, cənub rayonlarının meşə təsərrüfatına elə bir zərbələr vurulur ki, ümumi mənzərəni görən hər kəs, sanki “qan ağlayır”. O halda sual oluna bilər ki, görəsən Ağaqardaş Qaraşovla bərabər, ərazilər üzrə cavabdehlik daşıyan vəzifə sahibləri də, belə bir “qətliam”lara niyə göz yumurlar?
İndi olub-keçənlərə bir daha diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən Ağaqardaş Qaraşov və onun himayə etdiyi şəxslər isə, verilmiş tapşırıqlara məhəl qoymurlar. Xoşagəlməz halın varlığı odur ki, meşə zolaqlarına yaxın ərazilərdə yaşayan sakinlər baş verən qanunsuzluqlara qarşı haqlı narazılıqlarını ifadə etsələr də, bir kimsə onların narazılıqlarına məhəl qoymurlar.

Bir halın varlığını da xüsusi qeyd edək ki, xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən «Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir» demişdir. Belə bir kəlamın işlədilməsi onu söyləməyə əsas verir ki, xalqımızın Ulu Öndəri həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdur. Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyətdə olduğu illər ərzində meşə zolaqlarının qorunmasına, yaşadılmasına hər zaman xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlarını da vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2010-cu ilin «Ekologiya ili» elan olunması
isə, bir daha ölkə rəhbəri tərəfindən ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.


Bəli, bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, Ağaqardaş Qaraşov və onun himayə etdiyi şəxslər isə, verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atmaqdadırlar. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçirilər. Atılan addımlar zamanı onminlərlə ağaclar əkilir, yeni-yeni yaşıllıqlar salınırr, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atılır. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki…

P.S. Hörmətli oxucular! Biz bu yöndə araşdırmalarımızı davam etdirib, Ağaqardaş Qaraşovun hər kəsi şoka sala biləcək gizlinlərini, araşdırma apardığımızdan bizə hansı vasitələrdən istifadə edərək hədə-qorxu gəlməsini sizlərin diqqətinə çatdırmağa çalışacağıq.

0.14215993881226