Ölkəmizdə Qanun şahdır, yoxsa "Şah" qanundur?!

Oxucuların diqqətə çatdırmaq istərdim ki, 22 dekabr 2020-ci il tarixində saat 12:36-da “Proqress-2016” MTK-nın direktoru Emil Səməndərov özünə məxsus mobil telefonundan mobil telefonuma iki dəfə zəng vuraraq məni və ailəmi çox pis söyüşlərlə təhqir etmişdi.

Səbəbi isə o idi ki, Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda fəaliyyət göstərən “Proqress-2016” Mənzil Tikinti Kooperativi tərəfindən aldadılan bir qrup vətəndaşın problemlərini və cənab Prezidentə, eləcə də Mehriban xanım Əliyevaya ünvanladıqları müraciətlərini ("Emil Səməndərov tərəfindən aldadılan vətəndaşlar Prezident İlham Əliyevdən və I Vitse-Prezident Mehriban xanım Əliyevadan kömək istəyir") adlı məqalədə (http://milletinsesi.info/article/az/259538onun törətmiş olduğu cinayət xarakterli əməllərinin ifşa olunmasıdır.

Həmçinin, vətəndaşların mülkiyyət hüquqlarının pozulması istiqamətində apardığımız araşdırmalardan bəlli olmuşdur ki, “Proqress-2016” MTK-nın inşa etdiyi, 5 bloklu, 364 mənzil 500 nəfərdən çox vətəndaşa satılmaqla yüzlərlə vətəndaşı aldatmışdır.

Həmin məqalədən sonra Emil Səməndərovun məni və ailəmi pis, nalayiq söyüşlərlə təhqir etməsi haqda AR DİN 102 xidmətinə zəng vurub, şikayət etmişəm. Şikayətimlə əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət olunaraq ətraflı izahat vermişəm. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində məndən izahatı bölmənin təhqiqatçısı Vüsal Mehdiyev almışdır.

Həm izahatımda göstərmişəm, həm də təhqiqatçıya Emil Səməndərovun məni və ailəmi çox pis, nalayiq söyüşlərlə təhqir etməsini sübut edən səs yazılarını da təqdim etmişəm. Çünki mənim mobil telefonum avtomatik olaraq gedən-gələn zənglərdəki danışıqları yazır.

Qeyd edim ki, təhqiqatçı mənimlə çox səmimi, nəzakət və hörmətlə davranıb, lakin o sonda bildirdi ki, Emil Səməndərova qarşı cinayət işi qaldıra bilməyəcək. Necə ki, təhqirə xüsusi ittiham qaydasında tərəf ancaq məhkəməyə müraciət edə bilər.

“Proqress-2016” MTK-nın sədri olmuş Emil Səməndərov tərəfindən təhqir olunmağımla əlaqədar “MTK sədri tərəfindən təhqir olunmuş baş redaktor ölkə başçısına və Respublika hüquq mühafizə orqanlarına müraciət ünvanladı” adlı məqaləm təsisçisi və baş redaktoru olduğum “MilletinSesi.İnfo” saytının 23 dekabr 2020-ci il tarixdə saat 13:30 buraxılışda işıq üzü görmüşdür.

Cavabdeh Emil Səməndərov sonradan hətta şikayətçilərə bildirmişdi ki, öz mobil telefonundan mənim mobil telefonuma zənglər vurmuş olaraq məni söyüb, təhqir edib, mən də ondan qorxduğumdan polisə şikayət vermişəm.

Halbuki, mən Emil Səməndərov və onun kimilərdən heç vaxt qorxmamışam, sadəcə belə adamların provakasion hərəkətlərini önləmək üçün müraciətlər etmişəm. Cavabdeh Emil Səməndərovun bu hərəkətlərindən mənim KİV-lərdə işləyən tanışlarım arasında olan baş redaktorlar və jurnalistlər də agah olmuşdurlar. 

Daha sonra xüsusi ittiham qaydasında şikayətim Saatlı rayon məhkəməsinə təqdim edilmişdir.

Xüsusi ittiham qaydasında ittiham edilən şəxs Səməndərov Emil AR CM-nin 148 maddəsindən məlum olur ki, Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi başa düşülür. 

AR Ali Məhkəməsinin Plenumun 21 fevral 2014 il tarixli 3 № -li qərarda qeyd edilir ki, Kütləvi İnformasiya Vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya vasitələrinin) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

AR CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymağa və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltamaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.

Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.

Saatlı rayon məhkəməsindən xüsusi ittiham qaydasında İttiham edilən şəxs Səməndərov Emil Tofiq oğlunun haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148 maddəsinə əsasən cinayət təqibi başlanaraq cinayət məsuliyyətə cəlb edilməsi haqqında ittiham hökmün çıxarılmasını xahiş etmişdim.

Təəssüflər olsun ki, 16 fevral 2021-ci il tarixdə Saatlı rayon məhkəməsinin hakimi İxtiyar Abuşovun qərarı ilə xüsusi ittiham qaydasında ittiham edilən şəxs Səməndərov Emil Tofiq oğlunu təqsirli bilməyərək iddianı qəbul etmədi. 

Onu da qeyd edim ki, məhkəmə prosessində Saatlı rayon məhkəməsinin hakimi İxtiyar Abuşovun qərarının ədalətsiz olduğunu bildirdim. Çünki, AR CM-nin 147 və 148-ci maddələrində hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. 

Burada təhqirə görə isə 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. 

Sonda bildirmək istəyirəm ki, Saatlı rayon məhkəməsinin hakimi İxtiyar Abuşovun ədalətsiz qərarı ilə bağlı Ədliyyə naziri və Məhkəmə-Hüquq Şürasının sədri Fikrət Məmmədova, Şirvan Şəhər Apellyasiya Məhəməsinə yaxın günlərdə müraciət edəcəyəm.

Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin dediyi kimi hər bir vətəndaşın hüquqları dövlətimizin qanunları əsasında qorunur və hər kəs qanun qarşısında öz əməllərinə görə cavab verməlidir.

0.18837714195251