Bu ölkədə ən gəlirli 10 şirkətindən 5-i qumar biznesinə məxsusdu - RƏSMİ

2018-ci ildə Gürcüstanda ən gəlirli şirkətlərin adları açıqlanıb. İlk onluqda yer alan beş şirkət qumar biznesinə məxsus olub.

APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi (GEOSTAT) yerli KİV-lərin sorğusuna cavabında bildirib.

Qeyd edilib ki, 2018-ci ildə bu ölkədə qumar biznesinin dövriyyəsi əvvəlki illə müqaisədə 128% artaraq 13,806 milyard lariyə (7,915 manat) çatıb. 2017-ci ildə isə dövriyyə 6,050 milyard lari (3,468 milyard manat) təşkil edib.

0.052028894424438