Şəhid baş leytenant Qasımov Həmid Oruc oğlu 11 may 1994-cü ildə Şərur rayon Qışlaqabbas kəndində anadan olmuşdur. 2001 ci ildə Qışlaqabbas kəndində 1ci sinifə başlamışdır. 2009-cu ildə Heydər Əliyev adına hərbi liseyə qəbul olmuşdur. Həmid 2012- ci ildə liseydən məzun olaraq,Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə daxil olmuşdur. 15 iyun 2016 cı ildə AAHM-dən məzun olaraq, leytenant rütbəsinə laiq görülmüş və Goranboy rayon N saylı hərbi hissəsində tağım komandiri olaraq xidmətə başlamışdır. Milli Qəhrəman general Polad Həşimovun zabiti olmuş, 2016-cı ilin aprel müharibələrində birgə iştirak etmişdir. Zabitimiz 2017ci ildə Tərtər rayon N saylı hərbi hissəsinin tabeçiliyində olan Milli Qəhrəman Mübariz İbrahimovun postunda xidmətə başlamışdır.2019-cu ildə ordu komandanlığı tərəfindən göstərdiyi xidmətləri nəzərə alaraq,Baş leytenant rütbəsinə laiq görülərək, bölük komandiri vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi 5 il ərzində ordu komandanlığı tərəfindən fəxri fərmanlar və təşəkkürnamələrlə mükafatlandırılmışdır. 9 yaşından atasız böyüyən şəhidimiz anası və qardaşı ilə Kəngərli rayonunda yaşamışdır. 4 fevral 2018-ci ildən bəri nişanlı idi. 27 sentyabr 2020-ci ildə öz taboru ilə başlayan II Qarabağ müharibəsinə qatılmışdır. Böyük şücaət və qəhrəmanlıqla öz döyüş yoldaşları ilə düşmənin ön cəbhəsini məhv etmişdir.Həmid 3 oktyabr 2020-ci ildə, son damla qanına kimi vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.Şəhid Baş leytenant Həmid Qasımov ölümündən sonra " Vətən uğrunda", "Igidliyə görə", " Suqovuşanın azadlığı uğrunda", " Laçının azadlığı uğrunda" medallarına laiq görülmüşdür.
Şəhadətin mübarək.şəhidim !