Uzun illər Abşeron rayonu, 2015-ci ildən isə Sumqayıt şəhər içra başçısı işləyən 65 yaşlı Zakir Fərəçov da təqaüdə göndərilir. Bizimxeber.az-a daxil olan məlumata görə, Z.Fərəcov postunu gənc kadra verməyə hazır olduğunu deyib və yaxın günlərdə vəzifədə uzaqlaşdırılması ilə bağlı veriləcək əmri gözləyir.
Məlumatda qeyd olunur ki, Zakir Fərəcov hələ bir neçə ay əvvəl vəzifədən getmək üçün müraciət etsə də, qəbul edilməyib.
Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın da bu məmurun kadrı olması barədə müəyyən bilgilər var. Məlumatda əlavə olunur ki, İradə Gülməmmədova Zakir Fərəcovun yerinə təyinat alacaq.
Hələ Abşeron rayonunda olarkən adı ciddi maliyyə qalmaqalında hallanan Zakir Fərəcovun Sumqayıtda böyük biznes şəbəkəsinə sahib olduğu bildirilir. Həmçinin onun Abşeron rayonunda da sayı bilinməyən mənzilləri, biznes şəbəkəsi, marketlərinin olması barədə məlumatlar var.aqreqator.az