Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia

Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia

Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yaxın günlərdə yeni təyinat olacaq.

AzFakt.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə bu vəzifəyə əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışan Coşqun Əliyevdir.

Coşqun Əliyev adı mediada müxtəlif qalmaqallarda hallanan, ölkənin ən oliqarx məmurlardan olan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini Vidadi Əliyevin oğludur.

Milyonlarla kapitala, saysız-hesabsız mülklərə sahib olan Vidadi Əliyevin yüksək vəzifəli şəxslərlə sıx münasibətdə olduğu deyilir. Daim əlaqədə olduğu vəzifəli şəxslərə bahalı hədiyyələr verən Vidadi Əliyevin bu yolla təyinatının ilk günündən ondan xoşu gəlməyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun könlünü ələ ala bildiyi deyilir.

Mənbə bildirir ki, Vidadi Əliyev Eldar Əzizova o qədər yaxındır ki, artıq bu münasibəti meriyadakı bəzi qüvvələr həzm edə bilmirlər. Məlumatda iddia edilir ki, yeznəsinin icra başçısı təyin olunmasına nail ola bilən Eldar Əzizov Vidadi Əliyevin oğlunun İcra başçısı təyinatına da kömək edəcək.

Qeyd edək ki, Vidadi Əliyev Azərbaycanda ən böyük pomidor istixanalarına sahib olan məmurlardandır. Zirədə yerləşən bu istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiyaya ixrac edilir.
0.12403702735901