Korrupsiyada adı hallanan Gigiyena Epidemologiya mərkəzinin Baş həkimi haqqında yeni faktlar

Hakimiyyet.az informasiya agentliyi Korrupsiya.az-a istinadən məlumat verir ki,

 

Bundan əvvəl şikayət əsasında yazdığımız Gigiyena Epidemologiya mərkəzinin Baş həkimi Hacıyev Fədai haqqında yeni məlumatlar əldə etmişik.

Bir gün öncə Korrupsiya.az informasiya agentliyində baş həkim haqqında gedən şikayət xarakterli yazımızdan sonra baş həkim Hacıyev Fədai sözün əsl mənasında işçilərlə prinsipə düşüb.

Biz yazaq siz oxuyun.

Baş həkim bu gün rəhbərlik etdiki kollektivi iclas zalına yığaraq, öz korrupsioner əməllərinə son qoymaq əvəzinə, işçilər arasında şikayətçini axtararaq, işdən qovmaq və, prokurorluq orqanlarına şikayət edəcəki ilə hədələyir. Maraqlısı odur ki, baş həkim prokurorluq orqanına hansı halda şikayət edəcək? İnanırıq ki, şikayətində şikayətçi barədə yox, öz korrupsioner əməlləri barədə könüllü müraciət edəcək. Hətta iclasda Korrupsiya.az informasiya agentliyinin saytınıda bağlatdıracaqına işçilərə söz verib.Baş həkimin yadına salmaq istəyirik ki, ölkə prezidenti cənab İlham Əliyev çıxışlarıın birində bildirmişdir “Media nümayəndələrı mənim köməkçilərimdir,” mən bir çox məlumatları mediadan oxuyuram dediki halda bir korrupsioner baş həkim mətbuatı susdurmaq istəyir?  Jurnalişt araşdırması edərək baş həkimin kimlərə arxalandıqını araşdıracaqiq.

Əldə etdiyimiz yeni məlumat onda ibarətdir ki, Baş həkim Hacıyev Fədainin qara kassası kimi, tanınan işçisi Pərizad adlı şəxsdir.

Etibarlı mənbədən əldə etdiyimiz yeni məlumatda bildirilir ki, Baş həkim hətta işçilərə ayrılan, məzuniyyət pullarınıda mənimsəyir.

Yəqin ki, bu məqaləmizdən sonra

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Gigiyena Epidemiologiya Mərkəzində Korrupsiya faktlarını araşdırıb ictimaiyyətə ətraflı məlumat verəcək.

Etibarlı mənbədən bildirilir ki, Baş həkim Hacıyev Fədai, Milli məclisin deputatı Milli Məclis sədrinin 1-ci müavini hörmətli Əli Hüseynlinin yaxın qohumudur,hörmətli millət vəkilimiz, Əli Hüseynli həmdə
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Bir daha Korrupsiya.az informasiya agentliyi olaraq ölkədə aparılan korrupsiya və rüşvəxorluqa qarşı amansız mübarizənin video görüntülərini Gigiyena Epidemologiya Mərkəzinin Baş həkimi Hacıyev Fədai müəllimə xatırladırıq. inanırıq ki, Baş həkim bu görüntüləri yadina salıb koruupsioner əməllərindan aon anda vaz keçəcək.

Cənab prezident İlham Əliyevin tapşırıqi ilə ölkədə aparılan Korrupsiya və rüşvətxorluqa qarşi mübarizədə, uğurlu islahatlara kölgə salan Baş həkim Hacıyev Fədai  haqqinda qanun çərçivəsində ölçü götürüləcək.

 

0.04764199256897