Korrupsiya.az xəbər verir ki,
BTB leasing ASC-nin Baş Direktoru Cavid Zeynalovun mətbuata açıqlamasını olduğu kimi, təqdim edirik.
Vətəndaş Quliyev Cəmil Rauf oğlu tərəfindən, əsassız iddialarla ittiham edilir.
Belə ki, Quliyev Cəmil 99-PX-779 Dövlət qeydiyyat nişanlı Audi S5 markalı avtomobili leasing əsasında 12.03.2020-ci il tarixdə istifadəsinə götürmüşdür. Lakin, 18.05.2020-ci il tarixdə ASC-yə ərizə ilə müraciət edərək, üzərinə götürdüyü öhdəliyi icra etməyə maddi imkanının olmadığnı bildirmişdir. Bundan sonra avtomobili şəxsi istəyi ilə, yazılı ərizəsi əsasında ASC-yə təhvil vermişdir.
Bir müddət sonra vətəndaş Cəmil Quliyev müraciət edərək bildirmişdir ki, o avtomobili təhvil verdikdən sonra onun sürücülük vəsiqəsinə müəyyən cərimələr yazılmışdır. Buna görə də BTB leasing ASC-nin Baş Direktoru Cavid Zeynalov tərəfindən Cəmil Quliyevə dəymiş ziyan 600 azn maddi vəsait ödənilmişdir. Cəmil Quliyev dəymiş ziyanın ödənilməsi ilə bağlı ASC-də könüllü olaraq əlyazma ilə iltizam sənədi tərtib etmiş, imzası ilə təsdiqləmişdir. Lakin, bundan sonra Cəmil Quliyev mütəmadi olaraq ASC-yə gələrək şantaj və şər-böhtan yolu ilə, pul tələb etməyə başlamış.
Bunun qarşılığında ona pul ödənilməsindən imtina olunmuş və Cəmil Quliyev Barəsində adiyyati üzrə hüquq mühafizə orqanlarına müraciət olunmuşdur.
Bundan sonra Cəmil Quliyev qərəzli şəkildə sosial şəbəkələrdə yalan məlumatlar yaymaqla BTB Leasing ASC-nin işgüzar nüfuzuna xələl gətirməyə çalışır.
Quliyev Cəmilin etdikləri qərəzli əməllərə görə məhkəməyə müraciət edəcəksiz? sualına BTB leasing ASC-nin Baş Direktoru Cavid Zeynalov Zeynalovun cavabı : Biz bu kimi hallarda qanunlardan xəbərdar olmayan vətəndaşlarla mübarizə aparmırıq,. sadəcə vətəndaşın məqsədyönlü, qərəzli şəkildə etdiklərinə, mətbuat vasitəsi ilə, açıqlama verdik. statın sonu.
Qeyd edək ki, 44 günlük vətən müharibəsi dövründə “BTB Leasing” ASC şirkətidə ordumuza bir sıra könüllü, yardımlar edib.
Qarşı tərəfin mövqeyini dərc etməkə hazırıq