"Lənkəran Tibb Kollecində" rüşvət tüğyan edir ŞİKAYƏT

Korrupsiya.az informasiya agentliyinə vətəndaş şikayəti daxil olub.

Şikayətdə bildirilir ki, Lənkəran Tibb Kollecində məcburi qaydada dövlət imtahanından keçmək üçün hər bir tələbədən 300 azn məbləğində rüşvət yığılıb.Lakin dövlət imtahanı ləğv edildikdən sonra valideynlərin narazı tələbi ilə hər bir tələbədən alınan 300 azn məbləğində rüşvətin, 200 azn qaytarılıb.Valideynlər 100 azn tələb etsədə Lənkəran Tibb Kollecinin şöbə müdiri Babayeva Solmaz hər bir tələbənin 100 azn mənimsəyib.

Valideynlər bildirir ki, şöbə müdirindən 100 azn nə üçün, geri qaytarmirsız? sualını verdikdə  Babayeva Solmaz səbəb kimi  100 azn diplom işinə görə yığıldığını israrla bildirir.

Burdan görünür ki, Lənkəran Tibb Kollecində ölkə rəhbərinin göstərişi ilə ölkədə aparılan Korrupsiya və rüşvətxorluqa qarşı mübarizə tədbirlərindən hələdə məlumatlı deyillər.

Valideynlər iddia edir ki, harasa şikayət edəcəkləri halda tələbə kollecdən qovulacaq hədə qorxusu gəlinir.

İnanırıq ki, məsələ ilə bağlı adiyyatı qurumlar araşdırmaya başlayaraq ictimaiyyətə məlumat verəcəklər.

Mövzunu diqqətimizdə saxlayacaqıq.

Qarşı tərəfin mövqeyini dərc etməkə hazırıq

 

 

 

 

 

0.063915967941284