Prezidentin islahatları Qüdrət Qurbanovu necə bitirir? -Müəmma…

Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanov barəsində mütəmadi olaraq elə ittihamlar səslənir ki, bu reputasiyanın ölkə rəhbərliyinə təqdimatından sonra vəzifədə çətin qalsın.

Hakimiyyet.Az reportyor.info-ya istinadən xəbər verir ki, Q.Qurbanova sabiq MTN şefi Eldar Mahmudovla yaxınlığı, agentlikdə sertifikat biznesi qurması, oğlu və özü haqda xoşagəlməz iddialar səslənməkdədir.

Lakin dəqiqləşdirilməmiş informasiyalar olduğuna, DDA tərəfindən açıqlama verilmədiyinə görə, elektron mətbuatda tirajlanan həmin iddiaların detallarını təkrarlamırıq.

Sadəcə, Q.Qurbanov susqunluğu ilə az qala deyilənlərin həqiqət olduğuna işarə vurur. Halbuki, ittihamlar kifayət qədər ağırdır və aydınlıq gətirilməsinə ehtiyac var.

Üstəlik, ölkədə gedən kadr islahatları, prezidentin yeni elitanı formalaşdırmağa başlaması, müxtəlif sahələrdə özünü doğrultmayan məmurları işdən azad etməsi DDA rəhbəri üçün siyasi kurs olmalıdır.

Amma çox maraqlıdır ki, Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov yox, digər su nəqliyyatı ilə bağlı qurumların rəhbərləri barəsində deyil, məhz DDA şefi Q.Qurbanovun adı tez-tez neqativ hadisələrdə hallanır.

Belə mənfi rəylərdən biri budur ki, administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satır. Üstəlik bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınır.

Agentlik rəhbəri “Yunıy Moryak” gəmisi ilə bağlı sensasion skandala da bu günə kimi aydınlıq gətirməyib. Gəmi sahibi Q.Qurbanovu onun əmlakını mənimsəməkdə ittiham edir.

Bu biznes məqsədləri isə məmur-işbazlar tərəfindən “dövlət əhəmiyyətli layihə” adı altında həyata keçirilib, əvəzində isə onlarla insanın hüquqları pozulub. Son dövrlərisə media onun adını qumarda çəkir.Yenə də Qurbanov susur.

Hətta bir nəfər şəxsin DDA rəhbəri tərəfindən sıxışdırılmasından çəkinərək ölkəni tərk etdiyii ddiaları var. Sual doğurur ki, axı dəniz administrasiyası spesifik strukturdur, bu qurumun rəhbərinin adı nə üçün qalmaqallardan uzaq düşmür?!

Reportyor.info xəbər verir ki, Q.Qurbanova ittihamlar səngimək bilmir.Onun adı gah Monte-Karloya səfər etməkdə, gah mərhum prezident Heydər Əliyevin Naxçıvana getməsinə əngəl olanlardan birikimi çəkilir.

H.Əliyevin ondan xoşu gəlmədiyi iddiaları da səslənməkdədir.Hətta buna görə o dövrdə yüksək vəzifəli bir şəxsə irad tutulub.

Müxtəlif saytlar yazırlarki, MTN şefi Eldar Mahmudovla əlaqələridə onun karyerasında yüksəlişlərə səbəb olub.Qəribəsi budur ki, hörmətli Q.Qurbanov mətbuatı total şəkildə ağuşuna alan, sosial şəbəkələrdə sürətlə yayılan bu ittihamlara lazımı cavab vermir, münasibət bildirmir.

Ola bilsinki, informasiyalar yalandır, mülahizələrdir, fərziyyələrdir.Lakin ən azı agentliyin açıqlaması olmalıdır və Qurbanov təmizə çıxarılmalıdır.Əks halda mediada və sosial şəbəkədə xəbərlər getdikcə tirajlanır, artır.

Bundan başqa, Dövlət Dəniz Agentliyi inzibati binada cari təmir işləri üçün”EKO-KONSTRUKSİYA” MMC-yə 48 min 795.4 manat, az qiymətli avadanlıqlar üçün “ROYALİTİ 2017” MMC-yə 45 min 174 manat, təsərrüfat malları üçün “ALTEZZA-TBS” MMC-yə 23 min 424.4 manat, dəftərxana ləvazimatları üçün “RİTAŞ-33” MMC-yə 36 min 339.5 manat, texniki avadanlıqlar üçün “İNTERNA R” MMC-yə 34 min 540 manatödəyib.

Agentlik eyni zamanda xüsusi geyim formaları üçün“ADESTER” MMC-nin hesabına 19 min 250 manat, istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər (imtahan proqram təminatları ) üçün “MAST CO” MMC-nin hesabına 158 min 500 manat, lisenziya, şəhadətnamə, sertifikat və qeydiyyat kitabçalarının hazırlanması işləri üçün “RUMPEL” MMC-nin hesabına 294 min 176.83 manat köçürüb.

Beləliklə, Agentlik müxtəlif şirkətlərə 660 min 200.13 manat ödəyib.Amma bu vəsaitlərin şəffaf xərcləndiyi məlum deyil.Çünki Q.Qurbanov biznesin ixaricə daşıyıb.Görəsən, xaricdəki biznes hansı pullar hesabına qurulub?

Qüdrət Qurbanov Türkiyədə biznes şəbəkəsi qurub və bu şəbəkəni genişləndirir.Agentlik rəisinin qardaş ölkədə yaratdığı biznesi oğlu Orxan Qurbanovun nəzarət etdiyi bildirilir.

Biznesi inkşaf etdirmək üçün Orxan Qubanovun İstanbul şəhərində dəbdəbəli ofis mərkəz aldığı deyilir.Bir müddət öncə Qüdrət Qurbanovun qızıl biznesinə girişməsi ilə bağlı məlumatlar yayılmışdır.

Qüdrət Qubanovun qızıl biznesini Türkiyəyəköçürdüyü və orda bu işlərə qardaşının nəzarət etdiyiqeydedilirdi.

Bu iddialara da DDA rəhbərliyi münasibət bildirməyib.Görünür, prezident həyata keçirdiyi islahatlarla öz mövqeyini ifadə edəcək…

 

0.082391977310181