"Xalq Bank"ın sahibkara qarşı SAVAŞI... DAVAM EDİR

"Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi və çoxdandır məhkəmələrdə mübahisə obyektinə çevrilən “Yasmin” biznes mərkəzi ilə bağlı qalmaqallar getdikcə daha da böyüyür. İctimai qınağa səbəb olan bu olaylar barədə araz.az saytı da yazılar dərc edib. Yazılarda bildirilib ki, ictimaiyyətin də pis əməllər sahibi kimi tanıdığı və hazırda həbsdə olan "Yasmin"in sahibi Mərhəmət Bəşirovun, "Xalq Bank" ASC-nin rəhbər şəxsləri ilə saxta biznes əlaqələrinə girərək, bu biznes mərkəzindəki 22 obyektin 22 nəfər sahibinin başlarına oyunlar gətirməkdən çəkinmirlər. Mərhəmət Bəşirovun “Xalq Bank”-a külli miqdarda kredit borcu olduğu üçün, bank bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən halal obyektlərinə də əl qoyub:

"Artıq, əzab-əziyyətlə topladığımız külli miqdarda pullarımızla aldığımız obyektlərimiz əllərimizdən çıxmaq təhlükəsi ilə üz-üzədir. İndi biznesimizi davam etdirməyə imkan da verilmir. "Xalq Bank", biznes mərkəzinin girişinə qanunsuz olaraq "Cəsur" mühafizə qurumundan mühafizəçilər də yerləşdirib və onlar tərəfindən öz halal obyektlərimizə daxil olmağımıza belə qanunsuz qadağalar qoyub. Bir sözlə, obyektlərimiz ticarət mərkəzinin içində yerləşdiyindən, fəaliyyətimiz dayandırılıb.
Ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, prezidentin siyasi iradəsinə hörmət və ehtiram göstərilməli, dövlət qurumları inkişafa maneçilik törətməməli, əksinə, buna daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Lakin Azərbaycan dövlətinin rəhbərinə məxsus ciddi ittiham xarakterli bu göstərişlərdən hələ də çəkinməyərək, "Xalq Bank" da ölkə biznesinin inkişafına əngəl olur. "Xalq Bank”la Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməlidirlər. Sahibkarın əmlakını zəbt etməyə heç bir Azərbaycan qanunu yol vermir. Özünüz deyin, vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, necə mənimsənilməlidir?!...", -- həmin yazıların əsas mövzusu daha çox bu barədədir.
Bu gün günorta saatlarında isə, biznes mərkəzinin qarşısında "Cəsur" Mühafizə Xidmətinin əməkdaşları ilə, biznes mərkəzindəki obyekt sahibləri arasında qarşıdurma baş verib. Mühafizə, 2008-2009-cu illərdə böyük həcmdə vəsait ödəməklə buradan əmlak alan və obyektlərinə girmək istəyən iş adamlarına hücum edərək, onları zor gücünə çölə çıxarıblar. Bu davada Afət Ağazadə, Fuad Ramazanov, Natəvan Bağırova daha çox əziyyət çəkiblər. Xidmətin Arif adlı əməkdaşı, hətta qadın iş adamlarına qarşı zor tətbiq etməkdən belə çəkinməyib. Nəticədə, Afət Ağazadə ciddi bədən xəsarətləri alıb. Özünə qarşı bu sayğısızlığı görən və elmlər doktoru, professor olan bu xanım hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Alim xanım bu olaydan sonra da ölkə rəhbərinə müraciət edib. Fırlldaq nəticəsində haqqlarının pozulmasına, əmlaklarının qanunsuz ələ keçirilməsinə imkan verməməsi, bu ciddi məsələnin vicdan çərçivəsində həllini tapmasını təcili nəzarətə götürməsi üçün, bir daha dövlət rəhbərinə səslənib.
Həmin iş adamlarının dərdlərinə şərik olmaq üçün, araşdırmalarımızı davam etdiririk. Yazılarımızı izləyin.teref.az
 
 
0.043887138366699