Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri Əliyev İntiqam Nizam oğlu nazir Sahil Babayevin əmri ilə vəzifəsindən azad olunub.
“Təzadlar”a daxil olmuş tutarlı məlumatlar və keçirilmiş məxfi əməliyyat-istintaq hərəkətləri nəticəsində əldə edilmiş faktlara görə, 04 noyabr 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 15 nəfərlik əməliyyat-istintaq qrupu növbəti əməliyyat keçirmişdir. Nəticədə DSMF-nin İmişli rayon şöbəsinin müdüri Əliyev İntiqam Nizam oğlu və onun müavini Atakişiyev Nofəl Çingiz oğlundan neçə illər bundan öncə dünyasını dəyişmiş şəxslərin ümümi sayı 117-dən çox pensiya kartı ələ keçmişdir. Bundan başqa, onlardan həmçinin aztəminatlı ailələr üçün nəzərdə tutulan birdəfəlik dövlət sosial yardımı verilməsi üçün 150-dən çox kart da müsadirə edilmişdir... Əməliyyat mərkəz işçilərinin iştirakı, yəni gözü qarşısında olmuşdur.
Onlar saxlanılmışlar. Lakin bir neçə saat sonra hər ikisi azad buraxılmışlar. Bəli, “sehirli əl” öz işini görmüşdür... Və bu “sehirli əl”, deyəsən, Prezident İlham Əliyevin çıxış və tövsiyyələrindən ya xəbərsizdir, ya da... Budur, Prezident iki gün əvvəl Xətai, Yasamal və Suraxanı rayonlarının yeni İH başçılarını qəbul edərkən deyib: “...Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir”.
Bəs İmişli DSMF-nin müdiri İntiqam Əliyev neçə gün əvvəl qovulduğu vəzifəsinə necə təyinat almışdı?
....2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən 3-cü çağırış deputat seçkilərində 80 saylı İmişli-Beyləqan ərazi seçki dairəsindən nazmizədliyi qeydə alınan şəxslərdən biri də Novruzov soyadlı şəxs idi. O, əslən Cəbrayıl rayonundan olan namizəd idi.
Digər namizədlərin əksəri isə İmişli rayonundan olan namizədlər təşkil edirdi. Həmin namizədlərdən biri də Sumqayıt şəhərində yaşayan və iş adamı kimi tanınan Aslan Manafov olmuşdu. İntiqam Əliyev isə ozünü Aslan Manafovun gözündə daha sədaqətli və yaxşı bir kadr kimi göstərmək üçün İmişli Dəmiryol Vağzalının yanında (indiki Bayraq meydanının yerində) Novruzovun təşviğat və təbliğat kampaniyasının rəhbəri olan Fərahim adlı şəxsə “vinçestir” silahı ilə bir neçə dəfə atəş açmışdı.
Lakin atılan güllələr Fərahimdən yan ötmüşdü. Baş verən hadisədən sonra MSK Aslan Manafov və Novruzovun namizədliklərini ləğv etmişdi. O vaxtlar İmişli RİH-nin başçısı Əbülfəz Ağayev isə Aslan Manafova deputat seçkilərində idarə rəhbərlərinin və məmurların köməyi ilə səs veriləcəyinə söz verdiyindən, Aslan Manafovdan külli miqdarda (rəqəm bizə bəllidir) pul da almışdı, bunu bütün imişli ziyalıları bilir. Aslan Manafov İntiqamın onun sifarişlərini yerinə yetirilməsindən razı qaldığı üçün həmin vaxtlar boş olan İmişli DSMF-nin müdiri vəzifəsi postuna onun təyin olunması üçün Əbülfəz Ağayevdən xahişçi olmuşdu. Həmin vaxtdan bəri DSMF-nin bəzi işlərini İntiqam Əliyev aparmışdır.
***
Beləliklə, DSMF-nin artıq sabiq müdiri olan İntiqam Əliyev şöbənin sabiq sektor müdiri Mübarizə çay fincanını baş nahiyəsindən və kül qabını kürək nahiyəsindən vurmaqla az ağır xəsarətlər yetirmişdi. Mübarizin İntiqam Əliyevin arasında yaranan mübahisə sonuncunun qanunsuz və saxta hərəkətlərinə etirazından yaranmışdı. Qeyd edək ki, Mübariz İmişli şəhərində fəaliyyət göstərən “Araz” MMC-nin icraçı direktoru olan Tağı Quliyevlə qudadır. Tağı Quliyev isə Əziz Quliyevin əmisi oğludur. Əziz Quliyev “bəymamed” ləqəbli bir tanınmışın isə İmişli rayonundakı ticarət obyektlərinə, karyerlərinə və mal və kolxoz bazarına rəhbərlik edir.
Beləliklə, İntiqam Əliyev Aslan Manafovun kölgəsində özünü əsl kral hesab etmişdir. Belə ki, o, 2018-ci ildə oğlunu Aslan Manafovun qardaşı nəvəsinə nişanlayaraq, böyük təntənə ilə toy mərasimi keçirmişdi. Lakin...
Nə isə... Baş verən bir hadisədən sonra isə Aslan Manafovun əhatə dairəsindən uzağlaşmağa məcbur olan İntiqam Əliyev bu dəfə özünə yeni arxa axtarmağa məcbur olmuşdu.
İntiqam Əliyevin bu dəfə arxası yüksək vəzifədə çalışan polkovnik Kamil Atakişiyev olmuşdur. Onu da deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri Əliyev İntiqam Nizam oğlu ilə bərabər onun müavini Atakişiyev Nofəl Çingiz oğlu da tutulmuşdu. Və Nofəl Atakişiyev isə polkovnik Kamil Atakişiyevin əmisi oğludur. O, “Təfəkkür” Universitetinin diplomuna qeyri-qanuni yolla yiyələnib (“Təzadlar” DİM-ə rəsmi sorğu göndərib). DSMF-yə müdir postuna hazırlandığı üçün praktika əldə etmək məqsədi ilə o, İntiqam Əliyevə müavin təyin edilmişdi. İntiqam Əliyev isə səlahiyətlərin 50%-ni Nofələ ərmağan etməklə yuxarılarda özünü Kamil Atakişiyevin vasitəsi ilə sığorta etdirirdi. Belə ki, təkcə 2019-cu ilin son 8 ayında 4 dəfə prokurorluq və polis orqanlarında şikayətlərinə xitam verilməsində İntiqam Əliyevə məhz Kamil Atakişiyevin yardımçı olmasını bütün İmişlidə hamı bilir.
Kamil Atakişiyevin monopoliyası...
...Kamil Atakişiyevin Bakı şəhəri Yasamal rayonu ərazisində, Nərmanov rayonunda, Qəbələ və Şamaxıda, Sumqayıt və İmişlidə bir sıra ticarət, iaşə və restoranlar şəbəkəsinə sahib olduğu deyilir, sübutlar da var... Bundan başqa, Bərdə RPŞ-nin polis rəisi M.Babayevin, onun qardaşı Münasib Babayevin və Sabirabadlı deputat Yusifcanın qudasıdır. Kamil Atakişiyevin atası Atakişi Atakişiyev isə uzun müddət prokurorluq orqanlarında xidmət edib. Xocalının alınmasında göz yaşları axıdan prokurorun həmin anları hər kəsin yadındadır. Halbuki Xocalıdan İmişliyə gətirilən xırda və iri buynuzlu mal-qara, xalça və döşəmə əşyaları dolu maşınların nömrəsinədək hamı bilir.
Atakişi Atakişiyevin çoxlu övladları vardır. Məsələn, Kamil Atakişiyev Prezidentin mühafizə xidmətində, Vidadi Atakişiyev Milli Onkologiya Mərkəzində baş mühafizəçisi, Anar və Əbülfəz Atakişiyevlər Nazirlər Kabinetinin mühafizəsində, İmran və Orduxan Atakişiyevlər Azərbaycan “Dəmiryolu” ASC-də stansiya rəisi, Bakıxan, Səfiyar və Ataxan Atakişiyevlər Dövlət Yol Polisində, Sulduz, Samir, Sadiq.. isə FHN-də, Beyrək isə Dövlət Təhlükəsizlik Xidmətində işləyirlər. Əli adlı digər oğlu isə Sərhəd Qoşunlarının Biləsuvar keçid məntəqəsində yük şöbəsinin rəis müavinidir. Digər yaxın qohumları Dadaş Atakişiyev isə FHN-nin DYMX-nın İmişli rayon şöbəsinin rəisidir, şəxsi heyəti də öz qohum əqrəbasından təşkil edir.
Bəs İmişli DSMF-nin müdiri İntiqam Əliyev hansı deputatlığa namizədin nümayəndəsinə atəş açmışdı?
....2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən 3-cü çağırış deputat seçkilərində 80 saylı İmişli-Beyləqan ərazi seçki dairəsindən namizədliyi qeydə alınan şəxslərdən biri də Novruzov soyadlı şəxs idi. O, əslən Cəbrayıl rayonundan olan namizəd idi.
Digər namizədlərin əksəri isə İmişli rayonundan olan namizədlər təşkil edirdi. Həmin namizədlərdən biri də Sumqayıt şəhərində yaşayan və iş adamı kimi tanınan Aslan Manafov olmuşdu. İntiqam Əliyev isə ozünü Aslan Manafovun gözündə daha sədaqətli və yaxşı bir kadr kimi göstərmək üçün İmişli Dəmiryol Vağzalının yanında (indiki Bayraq meydanının yerində) Novruzovun təşviğat və təbliğat kampaniyasının rəhbəri olan Fərahim adlı şəxsə “Vinçestir” silahı ilə bir neçə dəfə atəş açmışdı.
Lakin atılan güllələr Fərahimdən yan ötmüşdü. Baş verən hadisədən sonra MSK Aslan Manafov və Novruzovun namizədliklərini ləğv etmişdi. O vaxtlar İmişli RİH-nin başçısı Əbülfəz Ağayev isə Aslan Manafova deputat seçkilərində idarə rəhbərlərinin və məmurların köməyi ilə səs veriləcəyinə söz verdiyindən, Aslan Manafovdan külli miqdarda (rəqəm bizə bəllidir) pul da almışdı, bunu bütün İmişli ziyalıları bilir. Aslan Manafov İntiqamın onun sifarişlərini yerinə yetirilməsindən razı qaldığı üçün həmin vaxtlar boş olan İmişli DSMF-nin müdiri vəzifəsi postuna onun təyin olunması üçün Əbülfəz Ağayevdən xahişçi olmuşdu. Həmin vaxtdan bəri DSMF-nin bəzi lazımi işlərini İntiqam Əliyev aparmışdır.
DSMF-nin sabiq müdiri olan İntiqam Əliyev Fondun sabiq sektor müdiri Mübariz Həsənova çay fincanı ilə necə xəsarətlər yetirmişdi?
Beləliklə, artıq DSMF-nin sabiq müdiri olan İntiqam Əliyev fondun sabiq sektor müdiri Mübariz Həsənova çay fincanını baş nahiyəsindən və kül qabını kürək nahiyəsindən vurmaqla az ağır xəsarətlər yetirmişdi. Mübarizlə İntiqam Əliyevin arasında yaranan mübahisə sonuncunun qanunsuz və saxta hərəkətlərinə etirazından yaranmışdı. Qeyd edək ki, Mübariz Həsənov İmişli şəhərində fəaliyyət göstərən “Araz” MMC-nin icraçı direktoru olan Tağı Quliyevlə qudadır. Tağı Quliyev isə Əziz Quliyevin əmisi oğludur. Əziz Quliyev “Bəymamed” ləqəbli bir tanınmışın isə İmişli rayonundakı ticarət obyektlərinə, karyerlərinə və mal və kolxoz bazarına rəhbərlik edir.
Beləliklə, İntiqam Əliyev Aslan Manafovun kölgəsində özünü əsl kral hesab etmişdir. Belə ki, o, 2018-ci ildə oğlunu Aslan Manafovun qardaşı nəvəsinə nişanlayaraq, böyük təntənə ilə toy mərasimi keçirmişdi. Lakin... Nə isə... Baş verən bir hadisədən sonra isə Aslan Manafovun əhatə dairəsindən uzağlaşmağa məcbur olan İntiqam Əliyev bu dəfə özünə yeni arxa axtarmağa məcbur olmuşdu...
O, bu dəfə yüksək vəzifədə çalışan polkovnik Kamil Atakişiyevə sığınmışdır. Əgər xatırlayırsınızsa, bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri Əliyev İntiqam Nizam oğlu ilə bərabər onun müavini Atakişiyev Nofəl Çingiz oğlu da saxlanılmışdı. Nofəl Atakişiyev isə polkovnik Kamil Atakişiyevin əmisi oğludur. O, “Təfəkkür” Universitetinin diplomuna qeyri-qanuni yolla yiyələnib (“Təzadlar” DİM-ə rəsmi sorğu göndərib).
DSMF-yə müdir postuna hazırlandığı üçün praktika əldə etmək məqsədi ilə İntiqam Əliyevə müavin təyin edilmişdi. İntiqam Əliyev isə səlahiyətlərin 50%-ni Nofəl Atakişiyevə ərmağan etməklə yuxarılarda özünü Kamil Atakişiyevin vasitəsi ilə sığorta etdirirdi. Belə ki, təkcə 2019-cu ilin son 8 ayında 4 dəfə prokurorluq və polis orqanlarında İntiqam Əliyevdən şikayətlərə xitam verilməsində məhz Kamil Atakişiyevin yardımçı olmasını bütün İmişlidə hamı bilir.
Sabiq prokuror Atakişi Atakişiyevin Xocalı dərdi, ətrafının ticarət monopoliyası...
...Kamil Atakişiyevin Bakı şəhərinin Yasamal rayonu ərazisində, Nərmanov rayonunda, Qəbələ və Şamaxıda, Sumqayıt və İmişlidə bir sıra ticarət, iaşə və restoranlar şəbəkəsinə sahib olduğu deyilir, bu barədə yetərincə şahidlər, digər maddi sübutlar da vardır... O, Bərdə RPŞ-nin polis rəisi M.Babayevin, onun qardaşı Münasib Babayevin və Sabirabadlı deputatın qudasıdır.
Nəhayət, Kamil Atakişiyevin atası Atakişi Atakişiyev uzun müddət prokurorluq orqanlarında işləyib, sonuncu iş yeri Xocalı rayon Prokurorluğu olub. Xocalının alınmasından sonra göz yaşları axıdan prokurorun TV və mətbuatdakı həmin anları hər kəsin yadındadır. Halbuki Xocalıdan İmişliyə gətirilən xırda və iri buynuzlu mal-qara, xalça və döşəmə əşyaları ilə dolu maşınları nömrəsinədək hamı bilir. Xocalıdan bu yükü daşıyan sürücülərin bizə söylədiyi açıqlamaları var və fərqli yazının mövzusudur.
Xocalılar da yaxşı bilir ki, sabiq prokuror Atakişi Atakişiyevin çoxlu övladları vardır... Məsələn, oğlu Kamil Atakişiyev Prezidentin mühafizə xidmətində çalışır, digər oğlu Vidadi Atakişiyev Milli Onkologiya Mərkəzində mühafizə rəisi, Anar və Əbülfəz Atakişiyevlər Nazirlər Kabinetinin mühafizəsində, İmran və Orduxan Atakişiyevlər Azərbaycan “Dəmiryolu” ASC-də stansiya rəisi, Bakıxan, Səfiyar və Ataxan Atakişiyevlər Dövlət Yol Polisində, Sulduz, Samir, Sadiq... isə FHN-də, Beyrək isə Dövlət Təhlükəsizlik Xidmətində işləyirlər. Əli adlı digər oğlu isə Sərhəd Qoşunlarının Biləsuvar keçid məntəqəsində yük şöbəsinin rəis müavinidir. Digər yaxın qohumlarından biri Dadaş Atakişiyev isə FHN-nin DYMX-nın İmişli rayon şöbəsinin rəisidir, şəxsi heyəti də öz qohum- əqrəbasından təşkil edib və sair və ilaxır.
***
İnanırıq ki, ölkə başçısı bu yazı ilə bağlı xüsusi tapşırıqlarını verəcək və daha bir “MTN sayağı” əmaliyyat keçirən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İntiqam Əliyevi və Nofəl Atakişiyevi necə saxlamasına, iki saat sonra isə necə buraxılmasına aydınlıq gətiriləcək. Necə ki, Ulu Öndər Heydər Əliyev deyirdi: “Dövlət iki halda sarsıla bilər: Cinayətkar cəzasız qaldıqda və günahsıza cəza verildikdə”.
- Bəs İntiqam Əliyevin məsələsi hazırda prokurorluqda necə sənədləşdirilir?
- Kimlər müstəntiqlərə “dosta zəng”lə təsir etmək istəyir?
(Davamı var)tezadlar.az