Bakı Nəqliyyat Agentliyi effektsiz işə 22 milyon manat xərcləyib - Foto

Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyatın intellektual idarəetmə sistemini təkmilləşdirmək üçün iki il öncə SİNAM şirkətinə bir ay ərzində təxminən 22 milyon manat vəsait verib. Təkcə sistemin ehtiyat variantı (backup) və videorabitə üçün SİNAM-a 20 milyon manat ödənib. Lakin “dirilmə” indiyədək də baş verməyib.

Reyting.az
 xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb.

Onun yazdığına görə, ötən il bu məsələ gündəmə gələndə BNA-dan bildiriblər ki, bu vəsait nəqliyyatın intellektual idarəetmə sisteminin qorunub-saxlanmasına və bərpasına ayrılıb. “Bu, əslində ölünü diriltməyə bənzəyirdi”.

Bakı Nəqliyyat Agentliyi effektsiz işə 22 milyon manat xərcləyib
O. Gündüz

Osman Gündüz iddia edir ki, 100 milyon vəsait xərclənən Nəqliyyatı İntellektual İdarəetmə Sistemi (NİİS) qarşıya qoyulan vəzifələri icra edə bilmir və elə əvvəlcədən iflas olmuşdu. “Elə adi müşahidə ilə görmək olar ki, fiber-optik infrastrukturdan da əsər-əlamət qalmayıb”.

Mövcud olmayan bir layihəyə təxminən 20 000 000 manat dövlət vəsaitinin necə verilməsi ilə bağlı sual da ünvanlayan O. Gündüzün sözlərinə görə, BNA ötən müddətdə Bakı şəhərində nəqliyyat sistemində qayda-qanun yaratmaq üçün xeyli səy göstərib, yeniliklər etməyə çalışıb, xüsusən də ictimai nəqliyyatın normal fəaliyyəti üçün bir sıra tədbirlər görüb: “Amma NİİS-in qarşısına qoyulan vəzifələrin böyük əksəriyyəti indiyədək də həll olunmayıb”.

Forum prezidenti ümid edir ki, BNA bu qədər vəsaitin qarşılığında sistemi qismən də olsa, bərpa edə biləcək.

0.075898885726929