İsmayıllı rayon Basqal qəsəbəsində tikinti-quruculuq işlərinin aparılması və ərazidə infrastruktur layihələrinin həyata keçirilməsi üçün prezident İlham Əliyev cənablarının məlum sərəncamı ilə milyonlarla vəsait dövlət büdcəsindən ayrılaraq işin görülməsi üçün yönləndirilmişdir.Ancaq bu vəsaitin xərclənməsi ilə bağlı xeyli şübhə doğuran məqamların olduğunu bildirirlər.
Qeyd etdiyimiz məsələ ilə bağlı Basqalda olduq və qısa baxış bizdə işlər barədə bəzi təəssüratlar oyatdı.
Basqalda yolların təmiri olduqca keyfiyyətsiz həyata keçirilir.Vurulan asfalt bir yağış kifayət edir ki, yararsız hala düşsün.Çünki yağış sularının yolu dağıtmaması üçün lazım olan heç bir prosedur qaydalarına əməl olunmur.Küçələr olduqca dardır.Hətta vətəndaş yol təmiri həyata keçirən quruma həyətinin bir hissəsini yolun genişləndirilməsi üçün istifadəyə icazə verir, ancaq rəsmi qurumlar bunu da etmirlər.Sulut,Mücü kəndlərinə gedən avtomobil yolu olduqca dardır və oradan hər hansı yük avtomobilinin hərəkəti üçün şərait yoxdur.Çünki 100 evin yerləşdiyi ərazi və yuxarıda qeyd olunan kəndlərə gedən yolun üzərində bir qadın köhnə çörək zavodunu almaqla qanunsuz olaraq yolu kəsmiş və hətta ana xətt olan,əsas qaz xəttini belə öz həyətindən keçirməklə, dövlət qurumları və əhaliyə meydan oxumuşdur.Həmin ərazidən bir müddət əvvəl qeyd edilən kəndlərə material aparmaq mümkün olmamışdır, çünki avtomobil yolu dönə bilməmiş, nəticədə divar sökülmüşdür.Ancaq sonradan həmin qadın divarı yenidən inşa etdirməyə başlamışdır.Məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırova məlumat verilmiş, həmin ərazinin foto şəkilləri Vhatsapp ilə göndərilmişdir.Lakin baş memar əraziyə gəlib baxış keçirdikdən sonra həmin divar yenidən tikilmiş və artıq hazırdır.Eyni zamanda əsas qaz xəttini də həmin qadın öz həyətindən keçirməyə müvəffəq olmuşdur.
Kənd sakinləri söyləyir ki,icra nümayəndəsi Novruz Əsədov həmin qadına şərait yaradan əsas adamlardan biridir.İcra başçısı Nahid Bağırov belə məsələlərdə səriştəsi olmayan biridir.Həm də idarəetmə sistemi haqqında bu adamda elementar anlayış belə yoxdur.Nahid Bağırov 3 nəfərə rəhbərlik edə bilən şəxs deyil,indi təsadüfən 85.000 nəfər sakini olan bir rayona rəhbər təyin olunsa belə,fakt budur ki, adam işləyə bilmir.
Aldığımız məlumata görə Basqal qəsəbəsində baş verənlərlə bağlı birbaşa informasiya toplayıb prezidentə təqdim etməyə çalışan KİV-lər var.Ərazidə böyük maxinasiyalar həyata keçirilir.Növbəti dəfə dövlət başçısını aldatmaq üçün çalışırlar.Əlaqədar qurumlar təcili buradakı bütün işləri nəzarətə götürməli və ayrılan maliyyə vəsaitlərinin xərclənməsi mexanizminə nəzarət etməlidir.
Redaksiyadan:İnanmırıq ki, prezident Basqalda görülən işləri qəbul edə.Azinfo.tv olaraq bütün KİV nümayəndələrinə bu məsələni diqqətdə saxlamalarını xahiş edirik.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Videonu izləməyi unutmayın.
Elçin İsmayıllı.