Kardiologiya İnstitutunda Səbzəliyeva tandemi – Hər kəs onu müdafiə etməkdən imtina edib

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda aylardı davam edən narazılıq, baş direktor Gülnaz Dadaşovanın professor və həkimlərlə apardığı konflikt mətbuatın gündəmindən düşmür. Butun bunlar azmış kimi, hələ də baş verənlərə İnstitutun rəhbərliyi səviyyəsində heç bir açıqlama da verilmir.

Mətbuat yazır ki, Gülnaz Dadaşova direktor təyin olunandan bu elm ocağında hər kəs bir-birindən şübhələnməyə başlayıb, hətta həkimlər müraciət edən xəstələrin müalicəsindən imtina etmək qərarına gəliblər.

Çünki, həkimlər bu xəstələrin direktor tərəfindən məqsədli şəkildə göndərildiyini və gələcək günlərdə planlaşdırılmış narazılıqların yaradılmasından və direktor tərəfindən haqsız töhmət və işdən uzaqlaşdırılmalarından ehtiyyat edirlər. Bu hallar artıq onu deməyə əsas verir ki, Kardiologiya İnstitutunda vəziyyət nəzarətdən çıxıb.

Məlumatlarda qeyd olunur ki, Gülnaz Dadaşovanın Səhiyyə nazirliyindəki ən yaxın dəstəkçisi belə artıq onun əməllərini ört-basdır etməkdən yorulub. heç bir qayda qanunlara sığmayan baş direktor öz ətrafındakı ən yaxın adamlarını belə hər an təhlükə altında qoya bilər. Odur ki, indi heç kim G.Dadaşovanın ən yaxın adamı olmaq istəmir və onunla heç bir məsələnin müzakirəsinə qatılmır.

Gülnaz Dadaşova (Səbzəliyeva) 2016-cı ildə dosent diplomu alıb. 2018-ci ildə tibbi elmlər doktoru elmi dərəcəsini almışdır. Əsl suaı da budur- xanım Səbzəliyeva tibbi elmlər doktoru elmi dərəcəsini necə alıb.
Daxil olan məlumata görə, hazırda bu fakt üzrə ciddi araşdırmalar aparılır. Bu barədə məlumatlı olan G.Dadaşova da vəziyyətin ağır olduğunu anlayır. Həmçinin bu məsələdə ona kimsənin kömək edə bilməyəcəyini də yaxşı başa düşüb. Səhiyyə Naziriliyində belə artıq G.Dadaşovanın müdafiə etməkdən imtina edirlər.

Bütün bunların fonunda yəqin ki, yaxın günlərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda kadr dəyişikliyinə start veriləcək ki, bu da ilk növbədə direktor və baş həkimin öz postlarını itirməsi ilə nəticələnəcək. /Nuh.az/

0.040122985839844