Korrupsiya.az informasiya agentliyinə şikayət məktubu daxıl olub.
Şikayət edən vətəndaş Səmədzadə Afaq Arif qızı, şikayətində iddia edir ki, 1901ci ildən babasına aid olan Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi Vəlixan Orucov 6 küçəsində yerləşən torpaq sahəsi 1901-ci ildən babasına aid olub.2005 ci ildən isə çıxarışlı sənəd ilə əmisi Cəfərov Azadın adına sənədləşdirilib.Lakin ərazi kimlərinsə maraqına səbəb olub, və vətəndaşın əlindən alınması üçün, saxta sənədlərlə vətəndaşın xəbəri belə olmadan 4 nəfər müəyyən şəxslərində adına çıxarışlar verilib.
Bizim şikayətimiz Əmlak Komitəsinin keçmiş sədri,Kərəm Həsənovdandır, bu işlərin başında Kərəm Həsənovun olduğunu bilirik.
Vətəndaş Səmədzadə Afaq Arif qızı bildirir ki, bizə təhdidlər edilir hədə qorxular gəlinir. Cənab prezident sizə mətbuat vasitəsi ilə, müraciət edib xahiş edirik bizim qanuni sənədlə adıımızda olan torpaqımıza göz tikən məmurların əlindən qutarın.
Qarşı tərəfin mövqeyini dərc etməkə hazırıq.
Vətəndaşın video müraciətini izləyin