Günün Zirvələrdə Yüksələn Həkimi Rəna Axundova

.Xəstəliklər Tanrının bəndəsinə yer üzərində verdiyi hədiyyələrindən biridir . Bəndələr bəzən xəstəliklərə düçar olduğu zaman Allahına daha yaxın olmaq üçün əməllərəinə daha çox diqqət edərlər.Və elə bu səbəbdəndə insanlar biri-birlərinə dua edərkən can sağlığı arzu edərlər. Bəzən özümüzə və sağlamlığımıza dqqət etməyəndə həll yolunu həkimlərdə axtarırıq.

Həkimlərdə Allahın yer üzərində ən gözəl bəndələrindəndir ki, xəstəliklərdən şəfa tapmaq üçün tanrı ilə insanlar arasında vasitə rolunu oynayır. Mövzumuz həkimlərdən xəstəliklərdən düşdüyü üçün Nəriman Nərimanov adına 1-saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının Baş Həkimi Rəna Axundovadan bəhs edəcəyik.

Rəna Axundova Hopokrat andına sadiq oluğu kimi insani mənəvi dəyərlərinədə sadiq qalaraq günü-gündən zirvələrə ucalmaqla yüksəlir. Rəhbərlik etdiyi 1-saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasına səhhətində yaranan xəstəliklərlə bağlı şəfa tapmaq məsqədi ilə gələn uşaq və körpələrə şəxsən özü baş çəkərək sağalmaları üçün ciddi tapşırıqlar verməklə şəxsi nəzarətində saxlayır.
2-ci Qarabağ Müharibəsində Şəhid ailələrinə və Qazilərimizin övladlarana diqqət etməsidə danılmazdır.

Həkim Rəna Axundova da başqa həkimlər kimi Mehriban xanım Əliyevanın Azərbaycanda qayğıya ehtiyacı olan uşaqlara sevgi ilə yanaşma missiyasını davam etdirir.
Elə bu səbəbdəndə başda Rəna Axundova olmaqla 1-saylı Uşaq Yolxucu Xəstəliklər Xəsaxanasının bütün həkimlərinə dərin təşəkkürümüzü bildirərək işlərində uğurlar arzu edirik.
Müəllif: Rəşad Omar

0.56832313537598