Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı

Hərbi yaşda olan ukraynalılar bundan sonra xaricdə xarici pasport ala bilməyəcəklər.

Bu barədə Ukrayna hökuməti qərar qəbul edib.

Bildirilir ki, Ukrayna Xarici İşlər Nazirliyi 18 yaşdan 60 yaşa qədər kişilər üçün xaricdə konsulluq xidmətlərinin göstərilməsinə qadağa qoyub. Artıq beynəlxalq pasportların verilməsi yalnız Dövlət Miqrasiya Xidmətinin ölkə üzrə idarələrində həyata keçirilir.

“Bu cür pasportların (xaricə) göndərilməsi həyata keçirilmir”, - deyə sənəddə vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna XİN xaricdə olan hərbi mükəlləfiyyət yaşlı ukraynalı kişilərlə bağlı daha bir qərar vermişdi. Yeniliyə əsasən, onlar yalnız vətənlərinə qayıtmalarını rəsmiləşdirmək üçün istifadə edə biləcəklər.

0.048261880874634