Ekologiya Nazirliyində qalmaqal: Müavini Muxtar Babayevdən meşələrin qırılmasını qarşısını almağı tələb etdi (FOTO)

Son zamanlar Azərbaycanda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı ayrı-ayrı media orqanları və sosial şəbəkə istifadəçiləri həyəcan təbili çalmaqdadırlar...
Amma bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini narahat etmir, əksinə nazirlik nümayəndələrinin ölkəmizdə yaşıllıq sahələrinin qırılmasına haqq qazandırdığının şahidi olmaqdayıq.

Hakimiyyet.az bildirir ki, AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, meşələrin kütləvi şəkildə qırılmasında birbaşa maraqlı tərəf elə Ekologiya Nazirliyinin əməkdaşlarıdır. Məsələn, cənub rayonlarının meşə fondunun məhv edilməsi ilə bağlı redaksiyamıza daxil olan məlumatlar da bunu təsdiqləyir. Belə ki, Masallı Regional Meşə Təsrərrüfatı Mərkəzinin rəhbəri Mustafa Əhmədov və müavini Abuturab Bağırov (Abuturab Bağırovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Departamentinin sədri Ağaqardaş Qaraşovla kirvə olduğu bildirilir – red.) ayrı-ayrı işbazlara meşələrin qırılmasına şərait yaratdığı bildirilir. Xəbər verdiyimiz kimi Masallının Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayında çınqıl karxanası açılıb. Və karxanada çınqıl satmaq üçün nəzərdə tutulmuş tərəzi də quraşdırılıb. Bütün bunlar isə sözügedən meşə dolayının ağır traktorların tırtılları altında məhv edilməsi və xarabazara çevrilməsi deməkdir.

Bu arada AzToday.az-a daxil olan məlumatda bildirilir ki, nadir ağac növləri ilə dünyada məhşur olan cənub meşələrinin kütləvi şəkildə məhv edilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyində ciddi qalmaqala səbəb olub. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Firdovsi Əliyevin nazir Muxtar Babayevdən meşələrin kütləvi şəkildə məhv edilməsinin qarşısını almağı və günahkarların cəzalandirilmasını tələb etdiyi bildirilir. Amma görünənlər bunu deməyə əsas verir ki, Muxtar Babayevi nazirlikdə heç kim durdura bilməyəcək…


Araşdırmalarımız zamanı məlum olub ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi çınqıl daşımaq üçün meşə ərazisinə təxminən 3,5 kilometr yol çəkib.




Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi Masallıda meşələr kütləvi şəkildə məhv edilərək agac materialları sexlərə satılır.



 

0.053932189941406