Hakimiyyet.az Bakufakt.az-a istinadən xəbər verir ki, Son günlərdə “Yeni Musavat” xəbər portalına əsasən müxalifət saytlarında barələrində müxtəlif məlumatlar yayılmış və gündəmdə olan “BTB Leasing” ASC və həmin ASC-nin rəhbəri Zeynalov Cavid Eldar oğlu barəsində araşdırma apardıq və araşdırma nəticəsində çox maraqlı məlumatlar əldə etmişik.
Belə ki, Zeynalov Cavid Eldar oğlu ilə söhbət zamanı C.Zeynalov sosial şəbəkələrdə yayılan məlumatların tamamilə əsassız və yalan olduğunu, rəhbərlik etdiyi “BTB Leasing” ASC-də öz təşəbbüsü əsasında ildə iki dəfə audit yoxlaması keçirildiyini, ölkənin qabaqcıl vergiödəyən şirkətlərindən biri olduqlarını, həmin məlumatları yayan və həmin videoda qeyd edilən şəxslərin cinayətkarlardan ibarət dəstə olduğunu, həmçinin həmin məlumatlarda qeyd edilən xüsusatlarla bağlı artıq aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət etdiyini və bundan başqa da həm özünün, həm də rəhbərlik etdiyi ASC-nin işgüzar nüfuzuna xələl gətirməyə çalışan həmin cinayətkar dəstə üzvləri barədə mənəvi təzminatın alınması üçün aidiyyatı üzrə məhkəməyə də müraciət edəcəklərini bildirdi.
Bundan sonra saytlarda yayılmış həmin video materiallarda adı çəkilən və Cavid Zeynalov tərəfindən cinayətkar dəstə adlandırılan şəxslərin kim olduqları ilə bağlı araşdırma apardıq. Araşdırma nəticəsində daha da maraqlı faktlar ortaya çıxdı və məlum oldu ki, həmin şəxslər sözün əsl mənasında cinayətkarladan ibarət dəstədir. Belə ki, həmin məlumatda qeyd edilmiş və “BTB Leasing” ASC-nin Hüquq Departamentinin rəhbəri vəzifəsində işləmiş və qanunsuz əməlləri aşkar olunduqda sonra ASC-dən Əmək Məcəlləsinin 70Ç maddəsi əsasında işdən xaric edilmiş Əli-zadə Ceyhun Hizbulla oğlu barəsində tutduğu vəzifədən sui-istifadə edərək birbaşa “BTB Leasing” ASC-yə, həmçinin Cavid Zeynalov başda olmaqla bir neçə digər vətəndaşa qarşı dələduzluq edərək qanunsuz yollarla külli miqdarda qazanc əldə etdiyi üçün Xətai rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 309-cu maddələri ilə cinayət işi başlanmış, cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır Cinayətlərin İstintaqı İdarəsinə həvalə edilmiş, Ceyhun Əli-Zadə və araşdırma başlamamışdan qabaq ölmüş Ramiz Mirzəyevə əlbir olaraq dələduzluq törətdikləri üçün qeyd edilən maddələrlə ittiham elan olunmuş, Ceyhun Əli-Zadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Ceyhun Əli-Zadə Bakı İstintaq Təcridxanasında saxlanılır, həmin cinayət işinin ibtidai istintaqı isə davam etdirilir.
Bundan başqa həmin materiallarda adı çəkilən Muradi Anar adlı şəxs dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik vasitə alüdəçisidir. əldə etdiyimiz məlumata əsasən Anar Muradi barəsində Nəsimi rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə cinayət işinin istintaqı aparılır və Anar Muradi məhkəmədən yayındığı üçün barəsində axtarış elan olunmuşdur.
Həmçinin həmin materiallarda adı çəkilən Orxan Nuriyev isə əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsi ilə məhkum edilmiş, indi isə narkotik vasitə alüdəçisi olan bir şəxsdir. Hal-hazırda isə Binəqədi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, yəni qanunsuz olaraq narkotik vasitələrdən istifadə maddəsilə barəsində 30 gün müddətində həbs cəzası seçilmiş və həbsdədir.