Gədəbəyin saxta təhsilli məmuru - İDDİA

Gədəbəyin İcra başçısı İbrahim Mustafayevin dəyərli kadrı, DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyevin ( Manoxin Vitaliy Viktoroviç) ad, soyadı kimi təhsili də saxta imiş.
Teref.az.az bildirir ki, jurnalist Zaur Qənbərov sosial şəbəkənin Mir.az Foto səhifəsində belə bir status yazıb.
Jurnalist Gədəbəy DSMF-nin müdiri ilə bağlı bildirib:”Bu adam əvvəlcə Gəncə Pedaqoji Universitetinin bədən tərbiyəsi fakültəsini bitirib. Həmin fakültəyə keçid balı daim 60-70 bal arası olub. İcra hakimiyyətində işə qəbul olunan vaxt bu adama diplom lazım olduğuna görə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasından əlavə və distant təhsil alması haqqında saxta bir diplom alır. Akademiyadan aldığı bu diplom əsasında da şöbə müdiri olur. İ .Mustafayevi başa düşdük, onun kadr seçmək üsulu məlumdur və yalnız bir şərtə əsaslanır. Bəs bu şəffaf, prinsipial, cavan və sərt nazir Sahil Babayev hara baxırdı. Bu rayonun, elə həmin şöbənin istənilən sayda savadlı, işbilən kadrı yox idimi?
Elsun Xudaverdiyev dövlət qulluğuna qəbul üçün keçirilən müsahibədən də keçmədiyi halda bu vəzifəyə necə təyin edilib?
Hörmətli S.Babayev deməli sizin təşkilatda vəzifə almaq üçün 60 bal səviyyəsində biliyin olsa kifayətdir eləmi? Yetər ki, pulun olsun saxta diplomlar alıb, sonra da lazımi adamları razı salasan.
Hörmətli Fazil Talıbov bu fakta nə deyirsən? Bu günün məktəblisi belə ədalətsizliklərə baxıb həvəslənməlidir?
Onu da qeyd edim ki, bu savadın sahibi olan şəxsin dövlət idarəsində jurnalistə hücum etməsi, onun telefonunu alıb sındırması təəccüblü deyil.
Teref.az olaraq qeyd etmək istəyirik ki, səhifə daha bir sənəd təqdim edib. Bu Aqrar Universitetin rektoru İbrahim Cəfərovun imzası ilə Elsun Xudaverdiyevin həqiqətəndə bu universitetdə oxuyub diplom aldığı haqda arayışdlr. Lakin nədənsə arayışda möhür yoxdur. Ona görədə böyük əksəriyyət arayışıda saxta sayır.

Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq! Teref.az

0.69995617866516