Başçının qardaşı oğlu gənc qızı zorladı və 30 minə işi bağladı...
Başçının oğlu Məhəmməd xalqımızı niyə təhqir edir ?
Xanım başçı killer Hacı Məmmədovla qohum olub
Gələcəkdə müstəqil dövlətçilik tariximizi araşdıranlar yazacaq ki, Allah qoymasa, Azərbaycanın İLK QADIN İCRA BAŞÇISI şuşalı Akifin qızı İradə Gülməmmədova olub.
Necə icra başçısı olub ?
Hansı yolla icra başçısı olub ?
Hansı oyunlardan çıxıb, hansı əməllərin sahibi olub ?
Bax, əsas məsələ budur.
Məlumat üçün qeyd edək ki, ixtisasca həkim olan İradə Gülməmmədova 10 ilə yaxın ucqar Balakən rayonunda həkim işləyib.
1995-ci ildən Bakıya, daha doğrusu, Abşerona köçən İradə Gülməmmədovanın 34 yaşında “baxtı təzədən açılıb”.
Əvvəlcə Abşeron uşaq poliklinikasında baş həkim, sonra icra başçısının 1-ci müavini vəzifəsində çalışıb.
2015-ci ildən isə Abşeron rayonunun icra başçısı vəzifəsində çalışır, daha doğrusu, çalır-çapır.
Bəli, bu xanımın fəaliyyəti sözün həqiq mənasında çapıb-çalmaq, rayonu talan etməkdir. Bunun başqa adı yoxdur.
Təsəvvür edirsiniz, Balakəndən Abşerona köhnə, sınıq taxta çamadanla gələn İradə Gülməmmədova bu gün Azərbaycanın ən varlı, milyonçu məmurlarından birinə çevrilib.
Maraqlıdır ki, köhnə çamadanın sahibi hansı yolla, hansı möcüzə ilə milyonçuya çevrildi ?
Bu sualın bircə cavabı var: rüşvət və korrupsiya yolu ilə.
Bəli, İradə Gülməmmədova icra başçısı təyin olunan kimi özünün və Gürcüstandan olan əri Yolçu Gülməmmədovun harada savadsız, debil, xalqın qanını içməyə hazır olan qohum-əqrəbası varsa, gətirib Abşerondakı dövlət qurumlarına vəzifəyə doldurdu. Və zəli kimi, gənə kimi yapışdılar camaatın canına, sorhasor başladı. Və nəticədə təkcə İradə Gülməmmədovanın özü deyil, qohum-əqrəbası, əri, övladları da milyonçuya çevrildi.
Cənab Prezidentimiz harınlamış məmurlar, onların qudurğan övladları ifadəsini əbəs yerə işlətməyib.
İradə Gülməmmədovanın Milli Məclisdə çalışan oğlu Məhəmməd xalqı niyə təhqir edir ?
Mamasının güloğlu mamasının “şotuna” milyonçuya çevrilib
Görün İradə Gülmmədova və ailəsi nə qədər harınlayıb ki, icra başçısının oğlu ( 1992-də doğulub ) Məhəmməd Gülməmmədov hətta millətimizi, xalqımızı təhqir etməkdən də çəkinmir. Məhəmməd Gülməmmədov öz fb səhifəsində yazır: “Etikasız, estetikasız, görməmiş, günorta yuxudan duran millətimiz”.
Görəsən. “mamasının gül oğlu” bu ağılla, bu tərbiyəsizliklə Milli Məclisdə necə işləyir ?
Bəli, babasının adını daşıyan bu Gül-məmməd Allah qoymasa, Milli Məclisdə çalışır. Amma bircə dəfə də onu parlamentin binasında görən olmayıb.
Bu “növü bilinməyən” növcavanın, yəni Məhəmməd Gülməmmədovun Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq Sovxozunun ərazisində 2 mərtəbəli, mansardlı villasının sahəsi 1855 kv. metrdir. Villa 18 sot torpağın içində tikilib.
Bu güloğlanın anasının “şotuna” sahib olduğu obyektlərə baxın:
Paytaxtın bir neçə ünvanında fəaliyyət göstərən “Gutab House” restoranlar şəbəkəsi Məhəmməd Gülməmmədova məxsusdur:
Nəsimi rayonu, Bakıxanov küçəsi 75/1-də yerləşən “Gutab House”;
Fəvvarələr Meydanında, Tərlan Əliyarbəyov küçəsi 9-dakı “Gutab House” restoranı;
Yasamaldakı “Gutab House”;
Bakıxanov qəsəbəsindəki (keçmiş Razin) “Gutab House”,
Nərimanov rayonu, Ağa Nemətulla küçəsində “Gutab House”.
Hələ üstəlik villaları, mülkləri, dükanları və s.
Yeri gəlmişkən, bala Məhəmmədi bir dəfə Qızlar “zapravka”sının yanında möhkəm döyüblər, əməlli-başlı əzişdiriblər.
İradə Gülmmədovanın bacısı oğlu Babək AZalovu isə az qala bütün ölkə tanıyır.
Bəli, bir müddət əvvəl bacısı oğlu Babək Zalov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbs edildi.
Həm də necə həbs edildi ?
Bu adam sözün həqiqi mənasında “banda başçısı” imiş.
Şübhəniz varsa məhkəmənin qərarına baxın.
Ağır Cinayətlər Məhkəməsi Babək Zalov, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Aşağı Güzdək bələdiyyəsinin sədr müavini Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfər barəsində qərar verib.
Gördünüzmü, cinayətkar dəstənin başında kim durur?
İcra başçısının bacısı oğlu Babək Zalov.
Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Bəli, həbs edilən şəxslərə başçılıq edən Babək Zalov rüşvət almaqla rayon ərazisindəki tikintilərə yaşıl işıq yandırıb, qanunsuz tikililərə icazə verib. Və rayon ərazisində toplanan pullar Babəkə, sonra isə xalası İradəyə çatırmış.
Yaxşı, rayon icra hakimiyyətinin rəhbər şəxsləri həbs olunur, bəs bu işlərin başında duran İradə Gülməmmədova niyə həbs olunmur ?
Ən maraqlısı odur ki, Babək Zalov məhkəmədə deyir ki, istintaq zamanı atam öldüyü üçün başımı itirmişdim, mən heç kimdən rüşvət almamışam.
Atan ölmüşdü, başını itirmişdinsə, rüşvətin miqdarını aşağı salardın, niyə qaldırırdın, ay xalası...rüşvətxor..?
Yeri gəlmişkən, həbs olunan baş memar Akif Əliyevin qardaşı Prezidentə müraciətində deyir ki, qardaşım Akifin heç möhürü də yox idi, icra başçısı möhürü Akifdən almışdı, hətta Akifin əvəzindən qanunsuz sənədlərə saxta imza atırdı.
Buyurun, bu da İradə Gülməmmədovanın falsifikasiya əməlləri. Buna görə adamı divara dirəyib...
İndi isə keçək İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin əməllərinə.
Özünü Qarabağ qazisi kimi qələmə verən Rövşən Quliyev Abşeronda “idman” məsələlərini kuratsiya edir.
“İRS Mobil” şirkəti ona məxsusdur. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigar-Q.S” MMC-dir. Yeri gəlmişkən, Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır.
Qardaşla bacı birləşərək Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajlar sökülərkən onlara verilməli olan kompensasiyaları mənimsəyiblər.
İradə Gülməmmədova sökülən qaraj sahiblərini aldadıb ki, guya Prezidentin tapşırığı ilə qarajlar sökülür və həmən yerdə parklar salınacaq, yaşıllıqlar olacaq.
Fikir verirsinizmi, icra başçısı Prezidentin də adından yalan danışır. Sökülən qarajların yerini isə fərdi evlər və obyektlər üçün satıb, yazıq qaraj sahiblərinin pulunu isə verməyib. Bunu İradə Gülməmmədova ilə qardaşı Rövşən Quliyev ediblər.
Xanımın qardaşı hələ Allah qoymasa yolun ortasında “novostroyka” tikdirir və insanların keçməsi üçün balaca cığır saxlayıb.
Yeri gəkmişkən, Rövşən Quliyevin ailəsi, daha doğörusu, oğlu Rauf Quliyev bir cavan qızı bədbəxt edib, onun ailəsi üçün az qala faciəli dram yaşadıb.
Bəli, İradənin qardaşı Rövşənin oğlu Rauf Quliyev öz nişanı olan gün başqa bir gənc qızı zorlayıb. Qız 28 Malla-da işləyirmiş. İşə Binəqədi rayon prokurorluğunda baxılıb və Rövşən Quliyevin qızının orada müstəntiq işləyən ərinin əli ilə iş 30 min manata bağlanıb. Qızın ailəsi əslən Ermənistanlı olub. Qızın atasının adı Roman Arcut olub.
Zorlanan qıza İradə Gülməmmədova xeyli vədlər verib ki, şikayət etməsin. Sonra qıza Moskva univermağının yanında ev alıblar.
İndi isə keçək İradə Gülməmmədovanın əri Yolçu Katamazye oğlunun bines şəbəkəsinə.
Yolçu Gülməmmədovun adına olan müəssisələr – “İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti
“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. “İRS Mobil” MMC
“Afgen” MMC-nin təsisçisi də Gülməmmədov Yolçu Katamazya oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir.
“Vimay-Med” klinikası, Nabat Tibb Mərkəzi,
“Herbimed” MMC, “Fidanfarma” da Gülməmmədovlar ailəsinə məxsusdur.
Yazinin girişində İradə Gülməmmədovanın güloğlu Məhəmmədin əməllərindən bəhs etdik.
İndi isə xanım icra başçısının qızı ( 1996-cı ildə doğulub ) Vüsalə Yolçu qızının ömür yoluna nəzər salaq.
Vüsalə Gülməmmədova Abşeron rayonunda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Bağça özəl fəaliyyət göstərir. Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.
Vüsalə Gülməmmədovanın həyat yoldaşı isə məşhur killer Hacı Məmmədovun qaynının oğludur. DEMƏLİ, İradə Gülməmmədova məqsədli şəkildə “Qanqsterlə” qohum olub ki, “QANQSTERİN” qohumlarından törəyənlər də qaniçən olacaq. Mən gələcəyi ürəkli oğlanlara təhvil vermək istəyirəm. Hacı Məmmədov bir cür banda yaratmışdır. Onun qohumu isə başqa cür. Hacı Məmmədov həbs olundu. Onun qohumu isə azadlıqda gəzir. Amma onlarında öz zamanı catacaq.
Xalqın və dövlətin milyonlarını oğurlayan İradə Gülməmmədova təzə kürəkəninə və öz qızına Gallenvaqen bağışlayıb.
Vüsalə Gülməmmədovanın Goradildə anasının evinin yanında 4 mərtəbəli villası var.
İradə Gülməmmədova akademik Zərifə Əliyeva adına göz klinikasının yanında özünə və qızına villa tikib.
İndi görək, İradə Gülməmmədovanın “qara kassa”sı Fuad Cəbrayılov kim olub ?
İcra başçısının qara kassası Fuad kimdir ?
Vaxtilə Baş Tikinti İdarəsində (BTİ) işləyən Fuad Cəbrayılovu rüşvətxorluğuna və “kupça” satmağına görə Kərəm Həsənov onu işdən qovub. İradə Gülməmmədova isə onu Abşeron İcra Hakimiyyətinin başçısının ictiami-siyasi və humanitar məsələlər üzrə müavin vəzifəsinə gətirib. Və İradə Gülməmmədovanın ondan nə qədər alması başqa yazının mövzusudur.
İradə Gülməmmədova tikinti işlərini və pulun necə yığılması yollarını yaxşı bildiyindən Fuad Cəbrayılova rayonun bütün tikinti işlərini hədiyyə edib.
Çox maraqlıdır ki, Abşeronda o boyda həbslər oldu, ancaq Fuad Cəbrayılovun adı hallanmadı. O, hazırda Suraxanıda “külüng çalır “.
Vaxtilə Babəklə aralarındakı pul bölgüsünə görə, Fuad Cəbrayılov qaçıb Türkiyədə gizlənirdi, sonradan qayıdıb gəlib.
Və hazırda Fuad Cəbrayılovun Abşeronda görüdüy işləri, RİH-nin hüquq şöbəsinin müdiri Rəşad aparır. Rəşad vaxtilə Qaradağda icra nümayəndəsi olub. O, Qoç Avtoritetin- Qoç Hökməlinin qardaşı oğludur.
Hazırda bu üçlük - Rəşad, memar Şahin, icra başçısı İradə Abşeronu əməlli-başlı dağıdır.
Deməli, hər gün saat 17-18-00 radələrində bütün icra nümayəndələri hesablaşmaya gəlirlər.
Məktəblərdən və bağçalardan pulları Azər yığır.
Hazırda rayonda ən problemli məsələ kənd təsərürfatı əhəmiyyətli torpaqların fərdi tikinti üçün satılmasıdır.
Deməli, İradə Gülməmmədova bir mərtəbəli evin tikintisi üçün 3000 manata, 2 mərtəbə üçün 6 min manata icazə verir. İcra başçısı Şəhərsalama və arxitektura komitəsini heç vecinə almır.
Hətta 2 mərtəbəyə icazə alıb 5 mərtəbəli binalar tikənlər də az deyil.
Başçının qardaşları Rövşən Quliyev və Rizvan bütün qadağan olunmuş ərazilərdə tikinti aparır və sonra satırlar. Hətta strateji əhəmiyyətli boruların üstündə, yüksəkgərginlikli ərazilərdə, SOCAR-ın, Neftin mühafizə ərazilərində qanunsuz binalar tikilir.
Yeri gəlmişkən, İradə Gülməmmədova icra nümayəndələrinin iclasında deyib ki, içəridəkilər, yəni həbsxanadakılar bir gün çıxıb qisaslarını alacaqlar, onları tutduranlarla haqq-hesab çəkəcəklər. Sanki Abşeronu içəridən idarə edirlər və icra başçısı onlarla hesablaşmağa məcburdur.
Bu adamdan soruşan yoxdur ki, sənə bu boyda rayon etibar edilib, bəs sən nə işlə məşğul olursan, bəlkə camaatı etiraz aksiyasına-zada hazırlayırsan ?
Bəlkə söyüş müxalifəti ilə iş birliyindəsən ?
Vaxtilə bələdiyyə seçkilərində hakim partiyanı AXC-yə uduzdurmağın bəs deyil ? .
Bəli, İradə Gülməmmədovun sifarişi ilə Mehdiabadda AXC nümayəndəsi Niyaməddin Orduxanlı bələdiyyə sədri seçildi. Hansı ki, Niyaməddin Orduxanlının həyat yoldaşı ermənidir.
Səni bunlara görə, icra başçısı qoyublar, cənab Gülməmmədova ?
İradə Gülməmmədovanın bacısı hörmətli Nərgiz xanımın adında istifadə edir. Başçının bacısı uşaqları Abşeron ərazisindəki bütün köşklərin sahibidir.
İcra başçısı ilə bağlı iki biabırçı olayı da yada salaq.
Deməli, 8 martla bağlı bayram tədbirində özünü kraliça kimi aparan İradə Gülməmmədovanın qapısının ağzında uzun bir növbə var imiş.
Bəli, məktəb direktorları, bağça və idarə müdirləri, icra nümayəndələri, bələdiyyə sədrləri ...
Məktəblər böyük-kiçikliyindən asılı olaraq 1000-2000 manat, hətta böyük məktəblər 3000 manat, bağça müdirləri 500-1000 manat, icra nümayəndələri, bələdiyyə sədrləri 2000-3000 arası və daha böyük məbləğdə kraliçaya rüşvət verirmişlər. Hansı ki, həmən günlər xalqımız böyük kədərlə Qarabağ şəhidlərini qəbul edirdi.
Daha bir fakti İradə Gülməmmədovanın qabağına qoyaq.
Sentyabrın 27-də Vətən müharibəsi başladı, oktyabrın 1-də isə İradənin ad günü idi, yenə şəhidlər gəlirdi. İcra başçısı isə heç nə olmamış kimi, bayram ovqatında hədiyyələri qəbul edirdi. Bax, İradə Gülməmmədovanın əsl sifəti budur.
İradə Gülməmmədova təkcə Abşeronun torpaqlarını deyil e, hər şeyini satışa çıxarıb.
Bu adam bələdiyyə sədrlərinin bir-bir uçorunu aparır, seçkidən qabaq hamısını çağırıb haqq-hesab edir. Və gərəkən “summa”nı alandan sonra gələcək bələdiyyələrə xeyir-dua verir.
İradə Gülməmmədova qanunsuz tikintilərlə bağlı yeni qayda tapıb. Deməli, deyir ki, pulunu ver, gözümü yumuram, get tik, sonrası Allah kərimdir...
Yəni başçı pulunu bəri başdan alır, sonra nə olacaqsa, olacaq.
Yeri gəlmişkən, Abşeron təhsilin müdiri Nazilə Məmmədova da icra başçısı ilə cici-bacıdır. Nazilə xanımın müdirliyi 300 min manata başa gəlib.
İradə xanım tez-tez Nazilə Məmmədovaya deyir ki, sən mənim el qızımsan, mənə arxalan, nə edirsən, et, kimsə bizə bata bilməz.
Deyəsən bu xanım icra başçısı bütün hədləri keçib, milyonlar onu havalandırıb.
Onun havasını almağın vaxtı çatıb.
İradə Gülməmmədovanın daha bir “el qızı” Qəmər xanım rayonun arxivini saxtalaşdırıb
Yeri gəlmişkən, İradə xanım təkcə Abşeron təhsilin müdiri Nazilə xanıma “El qızı” demir.
İradə Gülməmmədovanın “el qız”ları bir deyil, iki deyil.
Bəli, icra başçısının “el qızı” dediklərindən biri də Qəmər xanımdır. İcra başçısı bir müddət əvvəl yazıçı Fərman Kərimzadənin qızı Qəmər xanımı Abşeron rayonunun arxiv idarəsinə müdir təyin etmişdi. Və Qəmərin əli ilə arxivdə saxtalaşdırmalar aparıb.
Deməli, icra başçısı İradə Gülməmmədova Qəmər xanımın əli ilə arxivə baxış keçirərək, rayon ərazisindəki boş torpaq sahələrini axtarıb tapır, hamısını ötən əsrin 90- cı illərinə sənədləşdirərək “hərraca” çıxarıb satır.
Bu əslində dövləti cinayətdir. Və təkcə buna görə, xanım icra başçısına cinayət işi açıla bilər.
Deməli, icra başçısı 90-cı illərdəki idarə, müəssisə rəhbərlərindəki köhnə möhürlərə yenidən “can verir” və milyonlar qazanır.
Təsəvvür edirsiniz, Abşeron rayonu ərazisində 90-cı illərdə nə qədər koxoz, sovxoz və s var idisə, hamısının köhnə “peçat”larını İradə Gülməmmədova “torba”sına yığıb, yanında xəzinə kimi gəzdirir. Və sənədləri köhnə möhürlərin hesabına elə abıra salır ki, lap daşdan keçən sənədlər olur. Hətta İradə Gülməmmədova özündən razı şəkildə yaxınlarına deyir ki, bu saxtakarlıqdan heç ekspertlər də baş aça bilməz.
İcra başçısı deyir ki, bu köhnə möhürlərin kimlərdə olduğunu ancaq mən bilirəm.
Ay İradə Gülməmmədova, bilmirsən ki, biz araşdırmaçı jurnalistlər bir şeyin izinə düşdüksə, onun axırına çıxırıq. Və sənin o köhnə möhürlərinin kimlərdə olduğunu da dəqiq bilirik.
Bəli, İradə Gülməmmədova 90-cı illərin sənədlərini saxtalaşdıraraq milyonlar qazanır.
Ancaq son vaxtlar İradə xanımın arxiv əməliyyatında xeyli axsama olub. Və Qəmərin işləri qarışdırdığını görən, İradə Gülməmmədova 10 gün öncə Qəməri vəzifəsindən uzaqlaşdırıb və onun yerinə başqa bir “El qızı”nı, bu dəfə Məlahət xanımı gətirib.
İndi arxivin təzə müdiri Məlahət xanım İradə ilə bazarlığa başlayıb, köhnə sənədlərin tozunu alıb təzə adı ilə satışa çıxarıblar. Məlahət xanım icra başçısının “zakaz”larını nə qədər yerinə yetirəcək, ya yetirə bilməyəcək, bunu zaman göstrəcək.
Biz yuxarıda “El qızı” ifadəsini əbəs yerə işlətmədik.
Yuxarıda qeyd etdiyimiz kimi İradə Gülməmmədova Abşeron təhsilinin müdiri Nazilə Məmmədovaya “El qızı, arxanda möhkəm dayanmışam, heç nədən çəkinmə” desə də axıradək dalında dura bilməyib.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi təhsil müdiri icra başçısına arxayın olub, 30-40, hətta 50 min alıb direktor, “zavuç” təyin etdiyi adamların səs-sorağı təzə təhsil naziri Emin Əmrullayevə çatıb. Və cənab nazir Nazilə Məmmədovanı vəzifəsindən azad edib.
İndi Nazilə Məmmədovanın fəaliyyəti araşdırılır. Və Nazilə Məmmədova deyib ki, azca ayağım büdrəsə, İradəni “baqaja” qoyacam.
Əslində Nazilə Məmmədova düz eləyir, çünki aldığı pulların böyük hissəsi xanım icra başçısına çatıb.
Ümumiyyətlə, İradə Gülməmmədova macəraları yaman xoşlayır.
İndi də sonuncu iclasda deyib ki, mən yaxşı bilirəm ki, bu məlumatları Gündəlik Bakıya kim çatdırır.
İradə Gülməmmədova, siz nəyi bilirsiniz, nəyi bilmirsiniz o bizlik deyil. Biz isə hələ bildiklərimizin mində birini demirik.
Biz demirik ki, siz iclasda məmurları təhqir edirsiniz, kobud söyüşlər söyürsünüz..
Biz demirik ki, Kürdəxanıya “peredaça”nı kimlər və hansı maşınlarda aparır ?
Biz demirik ki, həbs olunanların evlərinə, ailəsinə, övladlarına ayda nə qədər ayırmısan ?
Biz...Bəli, biz kimlərinsə xatirinə sənə hörmət qoyduq, sən də orda-burda dedin ki, ağızlarını bağladım.
Sən bizim ağzımzı yuma bilərsən, cənab Gülməmmədova?
Buna sənin daxili və xarici resursların yetməz.
Həə, indi də İradə Gülməmmədovanın başqa bir macərasından bəhs edək.
İradə Gülməmmədova ilə Məhərrəm kişi niyə cütləşib ?
Deməli, sabiq səhiyyə naziri Oqtay Şirəliyev Abşeron “SanEp”-in ( el arasında siçan-pişik idarəsi deyirlər) müdiri, 74 yaşlı Məhərrəm kişini təqaüd yaşı ilə bağlı vəzifədən çıxaran kimi, İradə Gülməmmədovanın “quşu qonub” Məhərrəm kişiyə.
Və onu gətirib Abşeron icra hakimiyyərində vəzifə verib.
Deməli, “siçan-pişik” idarəsinin keçmiş müdiri hazırda Abşeronda həm memardır, həm hüquqşünasdır, həm sökür, həm tikir, bir sözlə İradə Gülməmmədovanın bütün yırtıq-deşiklərini yamayır.
Zarafat öz yerində, heç kimin ağlına başqa nəsə gəlməsin. Yuxarıda yazdıq ki, İradə Gülməmmədovanın Məhərrəm kişiyə quşu qonub.
Yəni tərcüməsi budur ki, Məhərrəm kişinin oğlu məhkəmə sistemində çalışır, yəni hakimdir.
Və Məhərrəm kişi İradəyə söz verib ki, oğlunun köməkliyi ilə Babək Zalovu azadlığa buraxdıracaq.
Yəqin söhbətin İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalovdan getdiyini diqqətli oxucular bildi.
Bəli, Babək Zalov Abşeronda baş verən qanunsuzluqlara, rüşvət və korrupsiya hallarına görə, həbs olunan 8 nəfərdən biri, əslində birincisi, yəni cinayətkat dəstənin başçısıdır.
İndi İradə Gülməmmədova Məhərrəmin əli ilə bacısı oğlunu azadlığa çıxartmaq istəyir.
Ay camaat, ayılın, bilin ki, İradə Məhhərəm kişini niyə yanında saxlayır, gözündən uzaq qoymur.
Bəli, İradəni ancaq bacısı oğlu düşündürür, qalan 7 nəfərin talehi İradə üçün heç nədir.
Bu adam başa düşmür ki, eyni aqibətlə onun oğlu Məhəmməd də qarşılaşa bilər.
Biz inanırıq ki, İradənin istəyinə və arzusuna baxmayaraq Ağır Cinayətlər Məhkəməsi Abşeron camaatının qəzəbini nəzərə alıb, İradə və Məhərrəm cütlüuyünə görə, öz reputasiyasını korlamaz və obyektiv qərar verəcək.
P.S. Etika naminə qucağında “bilyo” olan xanımın böyük otağın solundakı əməllərindən yazmırıq. Bizim yaxşılığımız bundan artıq olmaz. Özündə bilirsən.
Qarşı tərəflərə cavab haqqı tanyırıq. gundelik-baku.com