Qəbələ ərazisində yerləşən adı çəkilən bu qurum barədə şikayətçi məktub göndərib və adının çəkilməsini istəmir.Xahiş edir ki,bu yazının adını bu insanın qanı müsəlman ola bilməz kimi dərc edək.Ancaq biz etik normalara riayət etməklə bu istəyi yerinə yetirə bilməyəcəyimizi qeyd edirik və birbaşa şikayət olunan məsələ barədə danışacağıq.Yəni, şikayətçinin məktubunu yalnız üzündən oxuyaraq videonu yayımlayacağıq.
Şikayətçi!
Həmin MMC-də iş saatı müqaviləyə əsasən gündəlik 8 saatdır.Yəni səhər saat 9- dan başlayaraq, axşam saat 5 tamama kimi.
Ancaq reallıq isə budur ki, qeyd olunan MMC-DƏ işçiləri gün ərzində 11 saat,səhər saat 8 dən axşam saat 7 yə kimi işlədirlər.
Müqavilədə istirahət günləri şənbə-bazar günləridir.Ancaq həftədə cəmisi bir gün istirahət verilir.
İldə bir dəfə 15 günlük məzuniyyət verilir.Məzuniyyət günlərimiz kəsilir, məzuniyyət pulları verilmir.Əvvəlcə məzuniyyət pulları işçilərin kartına köçürülür,daha sonra isə geri alınır.
Əmək haqqı rəsmən 480 manatdır,ancaq cəmisi karta 237 manat pul vurulur.Yerdə qalan pulu isə əldən-ələ verirlər.Hansı ki,burada da istənilən işçinin əmək haqqından istənilən qədər tutula bilir.
Əgər iş vaxtı 2 dəqiqə yorulub otursaq və rəhbərlik bilsə cərimələnəcəksən və aylıq əmək haqqından müəyyən qədər pul tutulacaq.Bu əməlliyatlar heç bir sənədə işlənmədən həyata keçirilir.
Qida təhlükəsizliyi agentliyi bura gəlir və heç bir yeri yoxlamadan pulunu alıb gedir.İşçilərə yemək vaxtı verilən ət xəstə olan, iynə-dərman olunmuş dana ya xəstə inək ətidir.İdarədə işçilər ət xörəkləri yemirlər.Çünki əsaslı şübhələr var ki,onlara xəstə heyvanların ətini yedirdirlər.
İdarə rəhbərliyi müxtəlif yollarla dövləti aldadaraq supsidiya və sığorta pulu alır.
İdarədə hər-hansı bir hadisə baş verdikdə lazım olan qurumlara müraciət olunmadan gizlədilir.
Rəhbərlik işçilərlə olduqca kobud şəkildə rəftar edir.
Əkin sahələrində tikinti üçün icazə verilməyən yerlərdə təyinatına uyğun olmadan Oktay Nağıyevə məxsus, ancaq başqalarının adına obyektlər var.
İşçilər hər-hansı narazılıq etdikdə Oktay Nağıyev onlara qapını göstərərək rədd ol get deyir.
Oktay Nağıyev deyir ki,mənim qarşımda heç kəs dayana bilməz.İstəsəniz lap prezidentə şikayət edin.Mən belə işlədirəm.
Bu neçə illər ərzində xeyli dövlət və sair özəl sektorda bir neçə dəfə əmək haqqları artırılıb.Ancaq bizlərin əmək haqqlarımız artırılmır.
Ölmüş buzov,dana və inək ətini işçisinə yedizdirən şəxsdən nə gözləmək olar?
Qoy qida təhlükəsizliyi agentliyi gəlib yoxlasın,onda deyilənlərin heç də yalan olmadığı üzə çıxacaq.
Burada işçilərin əməyi istismar olunur.Onlara işin ağırlığına uyğun olaraq əmək haqqı verilmir.Əmək haqqları tam şəkildə kartlara vurulmur.Dövlətə vergi ödəməkdən yayınma halları hədsiz dərəcədə çoxdur.
Biz bütün medya vasitələrindən xahiş edirik ki, bu məsələ barədə geniş yazılar dərc edilsin və araşdırmalar aparılsın.Eyni zamanda dövlət başçısına bu barədə məruzə olunsun.Bu adamlar kimdir ki,prezidentə meydan oxuyur və ölkə qanunlarını saya salmır?
Biz iş saatlarının 8 saat olmasını istəyirik.Maaşlarımızı tam olaraq,toxunmamaq şərti ilə tələb edirik.
Burada rəhbərliyin aylıq gəliri və yeyintisi 50.000 manatdan çoxdur.Bu adamın əsassız yerə milyonları var.Adam haram və qeyri leqal yolla havadarlarının köməyi ilə dövlət büdcəsindən milyonlarla vəsaiti alaraq mənimsəyib.
Adamın şəxsi evində yağ, pendir,qatıq və sair sexləri var.Bütün bunlardan əldə olunan gəlir mənimsənilir.
Oktay Nağıyev bir il öncə söz verdi ki,əmək haqqları qaldırılacaq.Çünki prezident ölkədə sahibkarlığın inkişafı ilə bağlı sahibkarlara müraciət edərək əmək haqqı məsələsinə də yenidən baxmağı tövsiyə etmişdir.Ancaq aradan bir il keçdikdə biz soruşduqda Oktay Nağıyev bizi təhqir etdi və dedi ki,mən əmək haqqlarını əvvəllər qaldıranda prezident harda idi?Nə prezident-prezident salmısınız?
Redaksiyadan:Qeyd edək ki,əkin sahələrində təyinatı dəyişdirilmədən hər-hansı tikilinin tikilməsi üçün ekologiya və təbii sərvətlər nazirliyinin müvafiq icazəsi olmalıdır.Baş verənlərdə ekologiya və təbii sərvətlər nazirliyinin 6-saylı regional ekologiya və təbii sərvətlər idarəsinin böyük məsuliyyət və günahı var.Digər tərəfindən əvvəl qeyd edilən Əbülfəz Məlikov barəsində kifayət qədər ciddi faktlar mövcuddur və adam bütün işlərdə başqalarının xidmətindən yararlanır.Hesab edirik ki, bu məsələnin arxasında da məhz Əbülfəz Məlikov dayanır.Məsələ diqqətimizdədir, araşdırmalarımız davam edir.
Bizi izləyin,bu haqda yeni məlumatlar əldə etmişik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. İnformasiya şöbəsi. kend.tv