Vaqif Əliyevlə Kərim Quliyev Kulevi terminalından qanunsuz neft satırdılar – SENSASİON FAKTLAR

“Mən Kulevi terminalda işləyəndə Vaqif Əliyev və terminalın direktoru Kərim Quliyev qanunsuz neft satırdılar Ukrayna və Rusiyaya”.



Belə bir açıqlamanı saytımıza 2007-2016-cı illərdə Kulevi terminalında çalışdığını deyən Oqtay Həmzəyev verib. Onun sözlərinə görə, 2007-2010-cu illərdə terminalda supervayzer-yuklemeye nəzarət üzrə, 2010-2015-ci illərdə isə planlama və daşınma üzrə menecer vəzifələrində işləyib: “Vaqif Əliyevi şəxsən tanımasam da, terminalda işlədiyim dövrdə bizim kuratorumuz o idi. Direktor Kərim Quliyev bizi qara işlərə məcbur edirdi. 25 nəfərə yaxın azərbaycanlını müxtəlif bəhanələrlə işdən uzaqlaşdırıb yerinə Vaqif Əliyevin Qardabanidən olan qohumlarını yerləşdirdilər. İşdən çıxarma mexanizmi çox asan idi: bəzilərini Gürcüstan polisi “narkotiklə” tuturdu, bəzilərini “qanunsuz neft satmağa”görə. Qalanların da üstünə gürcü rəislər qoyurdular, onlar bezdirib çıxarırdılar işdən. Bütün bu qanunsuzluqları Kərim Quliyev Vaqif Əliyevin adından edirdi, hətta bizim yanımızda onun qarasınca danışırdı. Əslində isə o, Vaqif Əliyevin qara kassası idi. Azərbaycanda gedən neft Kərim Quliyevin göstərişi ilə xaricə ötürülürdü. Gələn gəmilər 15 min sənədli, 10 min sənədsiz olmaqla göndərilirdi. Gömrük və başqaları da pulla susdurulurdu. Bu işi bizə gördürürdülər. Hətta yoldaşlarımızdan iki nəfərini 2012-ci ildə tutdular. Direktor dedi ki, xəbərim yoxdur, uşaqları verdilər qabağa, həbs etdirdilər. Onların arxasında heç kim durmadı, 2 ildən sonra öz güclərinə həbsdən çıxdılar. Murad Alxasov və Emin Məmmədov, istəsəniz araşdıra bilərsiniz. Biz bu oyunlara etiraz etdik, qanunsuz iş görməkdən imtina etdik. Ona görə də yavaş-yavaş yola salmağa başladılar bizi. Birinci 3 nəfəri yola saldılar, onlar da getdilər ölkənin birinci xanımı Mehriban Əliyevaya məktub yazdılar. Ondan sonra heç kimi çıxarmadı, qorxdu, ona görə də üstümüzə gürcü rəislər təyin etdi. Mənə və başqalarına söz verildi ki, Bakıya gəlin, “Neftqazelmitədqiqat” İnstitutunda işlə təmin olunacaqsınız. Ərizəmizi yazıb gəldik, sən demə, bizi aldadıblar. İnstitutun direktoru Fəxrəddin İsmayılovla şəxsən danışdım, hətta e-mailim də var. Dedim dəqiq iş olacaq bizə? Dedi arxayın olun, 2015-ci ilin axırında gəldik, bizi bu gün-sabah edib atdılar bayıra. Hələ də işsizik”.
O.Həmzəyevin sözlərinə görə, hazırda terminalda işləyənlərin hamısı Kərim Quliyev və Vaqif Əliyevin qohumlarıdır: “Kim istəyir gedib yoxlasın, hətta adlarını da deyə bilərəm bir-bir”.

Şikayətçinin verdiyi daha sensasion açıqlama isə K.Quliyevin katibəsi Annanın erməni qızı olması ilə bağlıdır: “Sonra onunla münasibətlərini hamı bildi deyə onu uzaqlaşdırdı. Kərim Quliyevin orada Maya və onun bacısı (adını bilmirəm) bir xanım tanışı var idi onlara hər şəraiti yaratmışdı ev, maşın. Bunun da səbəbi o idi ki, pullar xaricdən o xanımların adına kocurulurdu. Kərim Quliyev çox ağıllı adamdır, onun adına heç nə yoxdur, gürcü xanımlarla iş görürdü. Mən bütün bu faktları dəfələrlə SOCAR-da da demişəm. Dəfələrlə Mehriban xanıma yazdıq, məni bir dəfə SOCAR-da qəbul etdilər, dedilər özün çıxmısan, Kərim Quliyev səni çıxarmayıb, biz heç nə edə bilmərik”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini almaq üçün Kulevi terminalının ofisinə zəng etdik. K.Quliyevin yerində olmadığını deyən xanım ona bizim danışmaq istədiyimizi çatdıracağını bildirdi. Bir neçə gün gözləsək də qarşı tərəfdən cavab çıxmadı. Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

0.051433801651001