AZƏRBAYCANI DÜNYAYA TANIDAN HAKAN SARI… FOTO

…Hakan Sarı! Bu ad hamımıza tanışdır. İsveçrədə İNK nümayəndəliyinin rəhbəri, 6 ay keçməmiş İNK-nın Avropa ölkələri üzə rəhbəri olmaqla İsveçrədə, Almaniya və Fransada dayaq nöqtələrinin açılmasına nail olmuşdur.

Azərbaycana sevgisini əməli işi ilə ifadə edən, İsveçrədə Ümummilli lider Heydər Əliyevin dünya siyasətindəki roluna, eləcə də Ali Baş Komandan İlham Əliyevin Zəfər yollarındakı ugurlarına həsr edilmiş video-çarxlarını yayımlayaraq Azərbaycan-Türkiyə qardaşlığının əbədi oldugunu əminliklə dünyaya çatdıran fədakar türk oglu Hakan Sarı! O, qisa müddətdə milyona yaxın izləyicilərinin sevimlisinə çevrilmişdir. Belə ki, İNK-nın bütün fəaliyyətini, tədbirlərini və özünün bu sahədə gördüyü işlərinin video- çarxlarını hazırlayıb  yayımlamışdır. O, özünün bu sosial şəbəkə hesablarını da açmışdır: facebook, instagram, YouTube, tvitter və tik-tok.  

Hakan Sarı Ali Baş Komandan İlham Əliyevin 44 günlük Zəfər səlnaməsi və şəhidlərimizin 27 sentyabr -anım gününə "Qarabag Azərbaycandır!" şüarlı video-çarx da hazırlayaraq yayımlamışdır.  Ali Baş Komandanımızın hədəf göstərdiyi ugurlu yolda İNK və SİM İB-nin Avropa və İsveçrə üzrə nümayəndəliyində Hakan Sarının köməkçisi Tuncay Sevindik, Baş katib Tahla Sarı, İsveçrə nümayəndəliyinin rəhbəri Mustafa Bayrak olmaqla Bakıda 15 nəfərlik nümayəndə heyətilə İNK-nın sədri Rasim Məmmədovun qonağı olmuşlar.

 

İNK-nın gündəlik fəaliyyətini yuxarıda qeyd olunan sosial şəbəkə hesablarında müntəzəm işıqlandırdığına, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən video-çarxlar hazırlayıb yayımladığına, Azərbaycanın türksoylu xalqlarla əlaqələrinin genişləndirilməsinə və digər xidmətlərinə göoə Hakan Sarı SİM İB və İNK- nın rəhbəri Rasim Məmmədov tərəfindən "Əbədi Lider" qızıl döş nişanına və Fəxri Diploma layiq görülmüşdür.

İNK ailəsi adından dəyərli Hakan Sarını ürəkdən təbrik edir, davamlı olan gələcək fəaliyyətində böyük uğurlar və can sağlığı arzu edirrik.

Nəzakət Əhmədova,

"Yazarlar" jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri

0.59643983840942