Texnologiya Universitetində FETÖ şəbəkəsi... - İDDİA

Oxucumuz Mehman Adilov tərəfindən Təhsil naziri Emin Əmrullayevə açıq məktub ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Emin müəllim! Texnologiya Universitetində aparılan yoxlamalar, baş verən məlum son hadisələr göstərdi ki, universitet uçrumun başındadır. Universitetin belə acnacaqlı duruma düşməsinə səbəbi bilmək üçün 5-6 il əvvələ qayıtmaq lazımdır.

Hər şey 2015 –ciildə Qafqaz Universitetinin baş müəllimi, sosioloq Vüqar İsmayılovun Texnologiya Universitetinə tədris işləri üzrə prorektor vəzifəsinə təyin edilməsindənsonra başladı. Belə ki, bu təyinatdan sonra rektor Akif Süleymanovuniversitetin idarəetmə sükanını və külli ixtiyarı Vüqar İsmayılovun ixtiyarına buraxdı. İşə başlayanda tədris prosesi haqqında heç bir bilgiyə və təcrübəyə malikolmayan, başına “şahlıq quşu” qonmuş baş müəllim V.İsmayılov (Yastı Salman)sözün həqiqi mənasında Mirzə İbrahimovun “Böyük Dayaq” əsərindəki persanajlarından biri, hamımıza məlum olan Yastı Salmanın müasir obrazıdır desək səhv etmərik. Məkirli və hiyləgər V.İsmayılov işə başlayan kimi ağına–bozuna baxmadan (meşə qanunları ilə) vəzifələrdə olan təcrübəli kadrları yeniləri ilə əvəz etməyə başladı. Nəticədə, onlarla şöbəmüdirləri, dekanlar, kafedra müdirləriişdən azad edildivə təsərrüfatla bağlıvəzifələr boşaldıldı. Bu vəzifələrə kənardan Vüqar İsmayılovuntədrisdən və təhsildən xəbəri olmayanyaxın adamları və qohumları gətirildi.Bütün seçkili vəzifələrəV.İsmayılovtərəfindənmüdaxilə edilərək, müəllimlərə müxtəlif vasitələrlə təzyiq edilməklə istədikləri kadr seçilirdi. Beləliklə, iki professor (Şahlar Babayev, Arzu Həsənov) onlarla dosent və çox saylı təcrübəli baş müəllimlər universitetimizi tərk edərək GəncəDövlət Universitetinə, Azərbaycan Dövlət Aqrar Universitetinə və digər universitetlərə üz tutdular. Nəticədə universitetin kadr potensialına sağalmaz zərbə vuruldu. Vüqar İsmayılovun təkidi ilə(mühəndislik ixtisaslarının spesifikasını bilmədiyi üçün)universitetdə mövcud işlək laboratoriya avadanlıqlarının bir çoxu (bəziləriqablaşdırmadanaçılmamış olmaqla) metal kimi silinərək dağıdıldı və bu da təhsilin və maddi-texniki bazanınzəifləməsinə səbəb oldu.

V.İsmayılov tərəfindən, nazirlərkabinetinin qəraları, nazirliyin təlimatları, təhsillə bağlıçoxsaylı qanunlar mütəmadıolaraq pozulmuşdr və bu gün də pozulmaqda davam edir. Universitetdəşəxsi qərəzlik, özbaşnalıq, hərci-mərclik başalıbgedir, nəticə olaraq tədris iflic vəziyyətinə düşmüşdür.

Tədris şöbəsinin müdiri Piri Axundovun rəhbərliyi ilə semestr imtahanlarımərkəzləşdirilmişformada aparılırdı. Müəllimlər imtahanlarda iştirak etmir, imtahan nəticələrindən xəbərləri belə olmur və imtahan vərəqələrinə imza belə atmırlar (pandimeyadövrü istisna olmaqla).

2015–ciildən buraxılış qrupu tələbələrinin böyük əksəriyyəti istehsalat təcrübələrində iştirak etmirlər. Onlara yalançı, xüsusi kurslar adı altındaovşorşirkətlərə (pandimeya dövründən əvvəl) 600 manat pulkecirmələrimüqabilində təcrübədən və yekun dövlət attestasiya imtahanından keçmələri mümkün olacağı sözü verilirdi. Buməqsədləbütün dekanlara, kafedramüdürlərinəvə YDA (DİK)–komisiyaüzvlərinə təzyiqlər göstərilirdi.

Vüqarİsmayılov başına bir neçə vəzifəli şəxsləri yığaraq, dekanların, kafedra və şöbə müdirlərinin səlahiyyətlərini əllərindən alaraq onun tapşırığı ilə işləmələrini təkid edir.

Bu isə idarəetmədə “diktatorluq”dan, “mənəm-mənəmlik”dən başqa bir şey deyildir. Təəsüflə bildiririk ki, universitet rəhbərliyi tərəfindən Vüqar İsmayılova, Piri Axundova və bir qrup digər vəzifə sahiblərnə universitet Elmi Şurasında elan edilmədən əlavə əmək haqları verilmişdir. Baxmayaraq ki, Gəncə şəhərindəki universitetlərlə müqayisədə universitetimiz tədrisin təşkili, keyfiyyəti, tədris binalarının təmiri, maddi-texniki baza, laboratoriya, tələbə yataqxanasının təşkili baxımından və əmək haqqının miqdarına görə dəfələrlə geridir.

Bu yaxınlarda keçirilən universitet elmi şurasında professor F.Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, universitetin bəzi rəhbər işçilərinə verilən əlavə yüksək maaşlar şura üzvülərindən xəbərsiz, səsə qoyulmadan qanunsuz olaraq verilib. V. İsmayılov, P.Axundov və digərlərinin maaşlarına olunan əlavələrin geri qaytarılması tələb edilib. Professor Ə.Nəbiyev və digərləri bildiriblər ki, dosent və professorlar maaşların azlığı üzündən universiteti tərk edib gedirlər. Nümunə üçün bildirək ki, təkcə V.İsmayılov universitet büdcəsindən qanunsuz olaraq şişirtmə maaş şəklində işlədiyi 6 il müddətində 300 min manatdan çox pul mənimsəyib. Qeyd olunan bu pulla universitetin maddi-texniki bazasını yaxşılaşdırmaq, tədrisin səviyyəsini artırmaq,binaları təmir etmək və yaxudda aylıq maaşlarının azlığı üzündən universiteti atıb gedən müəllimlərin əmək haqlarını artırmaq olardı və s. Texnika və texnologiyalar sahəsində mütəxəssiz hazırlayan bir universitet üçün sosioloq V.İsmayılov görəsən nəqədər əvəz edilməz rəhbər və böyük mütəxəssizdir ki, digərlərindən bu qədər fərqlənən böyük maaşla təmin olunub.Görəsən V.İsmayılov olmasa texnologiya universiteti nə itirər. Hansı ki, bu adam yuxarıda qeyd edildiyi kimi 6 il müddətində universitetə nəqədər böyük mənəvi və maddi zərbə vurub.

Universitetdə fəliyyət göstərən “Magistrantura və doktorantura şöbəsinə Sadiq Əfəndiyev rəhbər təyin edildikdə elmi dərəcəsi yox idi. Azər Hüseyn (Yarməmməd, Böyük dayaqdakı) dosent diplomu olmadan (dekan olmaq üçün zəruri faktordur) fakültə dekanı seçilmişdir. Adları qeyd olunan bu adamlar universitetdə vəzifə tutuqdan sonra, qısa müddətdə “təmiz “ işləyərək özlərini ev və maşınla təmin ediblər.

2015–ciildən etibarən Vüqarİsmayılov, Qafqaz Universitetindən və digər təşkilatlardan gətirdiyi Fətullahçıları başına toplayaraq texnologiya universitetində nurçuluq mərkəzi yaratmışdir. Məlum Fətullah qiyamından öncə onların fəaliyyəti nəticəsində Türkiyədə 45-ə yaxın Fətullahçı tədris müəssisələri ilə Texnologiya universiteti arasında müqavilələr imzalanmışdır. Nəticə olaraq bugün Türkiyə milli egitim bakanlığı Texnologiya Universitetini qara siyahıya salıb.

Universitetdə baş verən son hadisələrin özü üçün yaxşı olmayan nəticələrini hiss edən, qazdan ayıq olan hiyləgər V.İsmayılov rektorun tezliklə vəzifədən gedə biləcəyini hiss edir. Sudan quru çıxmağa çalışan bu adam tutduğu prorektor vəzifəsində ilişib qalmaq üçün bütün mövcud imkanlardan istifadə etməyə çalışır. Eyni zamanda o, yeni təyin olunmuş elmi işlər üzrə prorektor, rektor vəzifəsini icra edən Y.Ömərova özünü günahsız, təmiz, işgüzar adam kimi tanıtmaqla məşğuldur. Demə ki, universitetdə baş verən bütün bu neqatif halların tək səbəbkarı, onun dünənə qədər müdrik, reformator, prezidentin əmanəti adlandırdığı A.Süleymanov imiş".

0.086782932281494