Bu gün Milli Məclis buraxılacaq

Bu gün - dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək.
Teref.az xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ daxildir: Parlamentin buraxılması üçün Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların müraciətinə baxılması...

Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar adından Milli Məclisin buraxılması ilə bağlı müraciət qəbul olunub.

69 nəfər YAP-çı deputatın təşəbbüsünə daha sonta müstəqil deputatlar da dəstək verib.

Ehtimal olunur ki, bugünkü iclasın sonunda Milli Məclis parlamentin buraxılması təşəbbüsünü dəstəkləyəcək və 2 ay ərzində növbəti seçkilərin keçirilməsi üçün ölkə başçısı tərəfindən qərar veriləcək. /Modern.az

 

0.048418998718262