Korrupsiya.az xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə. Vətən müharibəsində böyük şücaət göstərərək torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərin ailələrini ziyarət ediblər, eləcə də, qazilərlə görüşüblər.
Şöbə əməkdaşları onların problemləri ilə maraqlanıb, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim ediblər.
Görüşlərdə ailələrin problemləri dinlənilib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, torpaqlarımızın azad olunmasında qəhrəman oğullarımızın igidliyindən və şücaətindən danışılıb.